Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 6
  • Trampın gizli əli: Hər daşın altından çıxan “Chevron”un Azərbaycan planı

Trampın gizli əli: Hər daşın altından çıxan “Chevron”un Azərbaycan planı

admin 06/02/2026
tr-şevron

 

ABŞ Prezidenti Donald Trampın administrasiyasının atdığı bir çox geosiyasi addımın arxasında eyni enerji gücü görünür – “Chevron”.  Administrasiyanın xarici siyasət kursu getdikcə daha açıq şəkildə enerji maraqları üzərində qurulur və “Chevron” bu xəttin əsas icraçılarından biri kimi çıxış edir.

Venesuelaya qarşı sanksiyalardan tutmuş Yaxın Şərq açılımına, Şərqi Aralıq dənizindən Suriyaya qədər uzanan proseslərdə “Chevron”un adı, demək olar, hər yerdə qarşıya çıxır. Bu tablo Trampın geosiyasi baxışında neft və qazın əsas siyasi alətə çevrildiyini göstərir.

Türkiyə – Suriya xəttində enerji diplomatiyası

2025-ci ildə “Türkiye Petrolleri” ilə “Chevron” arasında imzalanan memorandum Tramp administrasiyasının regionda enerji üzərindən yeni tərəfdaşlıq modeli qurduğunu göstərir. Bu razılaşma Türkiyənin enerji sahəsində qlobal oyunçu olmaq istəyinə uyğun gəlir və eyni zamanda, Şərqi Aralıq dənizində Türkiyəni kənarda saxlayan mövcud düzənə alternativ yol açır.

Eyni vaxtda Suriya rəhbərliyi də “Chevron”la əməkdaşlıq barədə razılaşma imzalayıb. Bu addım Suriya enerji sektorunun Qərb şirkətlərinə açılması ilə yanaşı, Türkiyə–Suriya xəttində enerji üzərindən yeni diplomatik imkanların yarandığını göstərir. Tramp administrasiyası bu prosesi regionda təsirini artırmaq üçün alət kimi istifadə edir.

Venesuela: enerji üzərindən təzyiq siyasəti

“Chevron”un qlobal strategiyasında Venesuela hələ də xüsusi yer tutur. Şirkət uzun illərdir Venesuelanın dövlət neft şirkəti PDVSA ilə birgə işləyən yeganə böyük ABŞ enerji nəhəngi olub.

Hazırda Tramp administrasiyası “Chevron”un Venesueladakı fəaliyyətinə verilən lisenziyaları ləğv edərək sanksiyaları sərtləşdirib. Bununla da enerji birbaşa siyasi təzyiq vasitəsinə çevrilib. Vaşinqton neft ixracını məhdudlaşdırmaqla Karakası sıxışdırır, “Chevron” isə bu strategiyanın mərkəzində dayanır.

İsrail – Misir qaz xətti

“Chevron”un Tramp dövründə atdığı ən mühüm addımlardan biri Leviathan qaz yatağından çıxarılan qazın Misirə daşınmasının genişləndirilməsidir. Nitzana boru xətti layihəsi İsrail qazının Misirə və oradan Avropaya çıxışını sürətləndirir.

Bu xətt təkcə kommersiya layihəsi deyil. O, İsrail və Misir arasında böhran dövrlərində belə işləyən enerji əsaslı diplomatik körpü rolunu oynayır. “Chevron” isə bu körpünün əsas operatoru olaraq Tramp administrasiyasının regional prioritetlərinə uyğun hərəkət edir.

Şərqi Aralıq dənizində LNG mərkəzi

Misir “Chevron”un Şərqi Aralıq dənizi strategiyasında əsas ixrac qapısına çevrilib. Cənubi Kipr və İsrail qazının Misir LNG terminalları üzərindən Avropaya daşınması planı Tramp administrasiyasının Avropanın enerji təhlükəsizliyinə təsir etmək niyyətini açıq göstərir.

Burada enerji artıq sadəcə iqtisadi resurs deyil, siyasi təsir vasitəsidir. “Chevron” bu çoxqatlı enerji diplomatiyasında əsas icraçı rolunu oynayır.

Afrodit planı və rum xətti

2025-ci ildə “Chevron”un rəhbərlik etdiyi konsorsiumla Cənubi Kipr arasında təsdiqlənən “Afrodit” qaz yatağı planı bu sahəni real istehsal mərhələsinə gətirib. Qazın Misirə ötürülərək LNG-yə çevrilməsi və Avropaya göndərilməsi nəzərdə tutulur. Bu addım rumların bölgədə enerji mərkəzi olmaq iddiasını gücləndirir və Tramp administrasiyasının Şərqi Aralıq dənizi siyasəti ilə üst-üstə düşür.

Hər daşın altından “Chevron” çıxır

Trampın hazırkı prezidentliyi dövründə ortaya çıxan mənzərə aydındır. Türkiyədən Suriyaya, İsraildən Misirə, Venesueladan Avropaya qədər uzanan enerji xəritəsində “Chevron”, demək olar, hər nöqtədə var. Neft və qaz Tramp administrasiyası üçün diplomatiyanın əsas alətinə çevrilib və “Chevron” bu siyasətin səssiz, amma təsirli icraçısıdır.

Azərbaycan ayrıca xətt kimi

“Chevron” üçün Azərbaycan təkcə enerji resursları ilə deyil, eyni zamanda, uzunmüddətli etibarlılığı və siyasi sabitliyi ilə də cəlbedici tərəfdaşdır. Şirkətin rəhbərliyinin İ.Əliyevlə görüşlərdə bu marağı açıq şəkildə ifadə etməsi təsadüfi deyil. “Azəri-Çıraq-Günəşli” kimi strateji yataqlarda əməkdaşlığın davam etdirilməsi, “Chevron”un Azərbaycanı regionda əsas enerji dayaq nöqtələrindən biri kimi gördüyünü göstərir. Bu fakt onu deməyə əsas verir ki, “Chevron” üçün Azərbaycan yalnız mövcud layihə yox, həm də gələcək regional enerji planlarında xüsusi yer tutan strateji tərəfdaşdır./yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Əsrin fəlakəti”ndən üç il ötür
Next: Əliyev güclü liderdir, çalışacaq ki, İran… – Mixaylov

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.