Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 8
  • Qarabağ separatçılarının liderləri Ermənistana təhvil verilə bilərlərmi? – “Xarici təzyiq nəticəsində…”

Qarabağ separatçılarının liderləri Ermənistana təhvil verilə bilərlərmi? – “Xarici təzyiq nəticəsində…”

admin 08/02/2026
unnamed-2026-02-06t184805_285

 

Bakı Hərbi Məhkəməsi separatçıların sabiq lideri Araik Harutyunyanı ömürlük azadlıqdan məhrum edib.

Separatçı silahlı birləşmələrin keçmiş komandiri Levon Mnatsakanyan, onun müavini David Manukyan, separatçıların “parlament sədri” David İşxanyan və keçmiş “xarici işlər naziri” David Babayana da ömürlük həbs cəzası verilib.

Separatçıların sabiq rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə təqsirləndirilən şəxslərin yaşının 65-dən yuxarı olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun şəkildə onlara ömürlük cəza tətbiq etməyib.

Beləliklə, separatçı liderlər faktiki olaraq ömürlük həbsə məhkum ediliblər. Bu qərar onların Ermənistana verilməsi üçün hansısa imkan saxlayırmı? Azərbaycan rəhbərliyi bu şəxslərin azadlığa buraxılmasına hansısa şərtlərlə razılaşa bilər?

Mövzu ilə bağlı Pressklub.az-a danışan təhlükəsizlik məsələləri üzrə tanınmış mütəxəssis İlham İsmayılın sözlərinə görə, tarixi təcrübə göstərir ki, hökmün müddətindən asılı olmayaraq, dövlətlərarası münasibətlərin qorunması, inkişafı və normallaşdırılması, eləcə də ölkənin beynəlxalq imicinin yaxşılaşdırılması məqsədilə ya məhbus mübadiləsinə gedilir, ya da birtərəfli qaydada humanitar addım atılaraq xarici vətəndaş azad edilərək öz ölkəsinə təhvil verilir.

“Hazırkı vəziyyətdə məhbus mübadiləsi prinsipi mövcud deyil. Ermənistan həbsxanalarında konkret Azərbaycan vətəndaşları yoxdur. Bir neçə gün əvvəl Azərbaycan üç erməni məhbusu əfv edərək Ermənistana təhvil verdi. Bu, Azərbaycanın atdığı ciddi humanitar addımı idi. Onilliklər boyu müharibə vəziyyətində olan Azərbaycan və Ermənistan arasında yaxınlaşmaqda olan sülh müqaviləsi ərəfəsində bu humanitar jest sülhün bərqərar olunmasına mühüm töhfə verdi.

Düz qeyd olunur ki, separatçı liderlərə çıxarılan hökmlər faktiki olaraq ömürlük həbs deməkdir. Lakin istisna edilmir ki, müəyyən müddətdən sonra bu şəxslər mərhələli şəkildə Ermənistana təhvil verilə bilər”, – mütəxəssis bildirib.

Onun fikrincə, burada artıq təkcə humanizm deyil, siyasi prinsiplər, münasibətlər və siyasi maraqların incə məqamları ön plana çıxır və humanitar addım atılarkən bunlar mütləq nəzərə alınacaq.

“Əlbəttə, hər hansı xarici təzyiq və ya şərt qəbuledilməzdir. Belə bir humanitar addım yalnız Azərbaycanın siyasi iradəsi və maraqları əsasında atıla bilər. Ermənistandakı siyasi vəziyyət də nəzərə alınacaq. Hesab edirəm ki, iyunda Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri fonunda formalaşacaq situasiya da qiymətləndirilməlidir.

Cinayətkarlar törətdikləri əməllərə görə layiqli cəza alıblar və yaxın zamanda Ermənistana verilməyəcəklər. Bir daha vurğulayıram ki, separatçıların Ermənistana ekstradisiyası hər hansı xarici təzyiq nəticəsində deyil, Azərbaycanın siyasi maraqları və iradəsi əsasında mümkün ola bilər”, – İsmayıl qeyd edib.

PAYLAŞIN:

Continue Reading

Previous: Avropa Birliyi Türkiyənin ayağına gəlir – AB komissarı Ankaraya niyə gedib?
Next: “166 Global Logistics” MMC nədən rahatlıqla meydan sulayır… – İcazə verin şübhələnək…

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.