Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 11
  • “Ramco” QSC müəmması – Dəfələrlə inzibati xəta protokolu tərtib edilən QSC milyonluq tenderləri necə əldə edə bilir

“Ramco” QSC müəmması – Dəfələrlə inzibati xəta protokolu tərtib edilən QSC milyonluq tenderləri necə əldə edə bilir

admin 11/02/2026
ramco-qscm

 

Dünən mediada Qarabağda tikinti işlərinə cəlb olunan “Ramco” Qapalı Səhmdar Cəmiyyətinin xeyli miqdarda cərimələnməsi xəbəri yayıldı. Məlumata görə, Füzuli rayon Prokurorluğunun apardığı araşdırma nəticəsində şirkətin inzibati xətaya yol verdiyi müəyyən edilib.

Belə ki, şirkət Hadrutda təmir-tikinti prosesinə işçiləri əmək müqaviləsi bağlamadan cəlb edib. Nəticədə Yasamal rayon Məhkəməsinin qərarına əsasən, “Ramco” QSC 20 000 manat məbləğində cərimə olunub. Məlumatda həmçinin bildirilir ki, “Ramco” QSC dəfələrlə bir sıra dövlət qurumlarının tenderlərinin qalibi olub. “Ramco” QSC Şuşada “Xarıbülbül” və “Qarabağ” hotellərinin də əsaslı təmir işini icra edib.

Bundan əlavə medianın 2 sentyabr 2023-cü ildə yaydığı məlumata görə “Ramco” QSC barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.  Sözügedən maddəyə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Medianın 18 oktyabr 2024-cü yaydığı məlumata görə İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Ramco” QSC-ni məhkəməyə verib.İddia icarə müqaviləsindən qaynaqlanan öhdəliklər üzrə qaldırılıb.

Medianın 18 oktyabr 2024-cü yaydığı məlumata görə “Ramco” QSC siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

Yuxarıda qeyd edildiyi kimi “Ramco” Qapalı Səhmdar Cəmiyyəti son illər bir neçə dövlət qurumu tərəfindən milyonlarla manat dəyəri olan açıq tenderrlərin qalibi seçilib.

Dövlət satınalmalarının portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, QSC əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti publik hüquqi şəxsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi, hazırda “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin hüquqi varisi olmuş “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ilə daha çox işbirliyində olub. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti publik hüquqi şəxsi Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi üzrə 12.11.2025-ci ildə “Ramco” QSC ilə 6.889.036,99 manat məbləğində müqavilə bağlayıb. QSC elə həmin qurumla 03.11.2022-ci ildə “Aşağı Köndələnçay, Köndələnçay 1 və Köndələnçay 2 su anbarlarının təmiri, bərpası” üzrə 11.484.444,69 manat dəyərində, Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirlərinin satın alınması üzrə 8.279.945,55 manat dəyərində müqavilə isə 09.09.2021-ci ildə bağlayıb.

Göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti son 5 ildə “Ramco” QSC ilə ümumi dəyəri 25 milyon manatdan çox olan 3 satınalma müqaviləsi bağlayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi isə “Gəncə Memorial Kompleksinin tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili xidmətləri”nin satın alınması üzrə 12.639.345,25 manat dəyərində 15.10.2025-ci ildə, “Gəncə Memorial Kompleksi”nin tikintisi işləri üzrə 5.959.189,86 manat dəyərində müqaviləni isə 01.11.2023-cü ildə “Ramco” QSC ilə bağlayıb.  Bu isə iki il ərzzində 18 milyon manatdan çox dövlət vəsaiti deməkdir.

Qeyd edək ki, yalnız Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti 16.09.2025-ci ildə kçürülmə işləri ilə əlaqədar daşınmaz əmlakların söklülərək ərazinin təmizlənməsi üzrə 17.051.000 manat dəyərində müqavilə bağlayıb.

Göründüyü kimi “Ramco” QSC yalnız son 3 ildə 50 milyon manatdan çox dəyəri olan tenderlərin qalibi olub. İndi gəlin görək QSC-nin barəsində nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RAMCO”  (VÖEN: 1501703131) Qapalı Səhmdar Cəmiyyətinin Milli Gəlirlər Baş İdarəsində 20.12.2010-cıuil tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan QSC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, MƏTBUAT PR., ev.35A, m.40, qanuni təmsilçisinin isə Abdullayev Rövşən Hüseyn oğlu olduğu qeyd edilib.

Qeyestr məlumatlarına edilmiş dəyişikliklərdə “Ramco” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. 22.05.2019-cu ildə təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Əzimova Valeriya Oqtayevna olub. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.

QSC barəsində açıq mənbələrdə olan məlumatlar bu qədərdir. Hər il dövlətdən milyonlarla manat sifarişi alan QSC-nin açıq mənbələrdə illik maliyyə hesabatlarına də rast gəlinmir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,
5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

Amma internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “Ramco” QSC -nin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə məlumat yoxdur. Bu da Nazirlər Kabinetinin Qərarının pozulması deməkdir.

Göründüyü kimi, “Ramco” Qapalı Səhmdar Cəmiyyəti son illər müxtəlif inzibati xətalar törətdiyinə görə dəfələrlə məhkəmələrə cəlb edilib, müəyyən miqdarlarda cərimələr tətbiq edilib. Buna baxmayaraq “Ramco” QSC yenə də satınalmalarda iştirak edir, qalib çıxır. Amma Qanunla sonbir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsinə yol verən təchizatçılar satınalmalarda iştirak edə bilməzlər.

Amma göründüyü kimi “Ramco” QSC həm qalib seçilir, həm də qalib seçildiyi dövlət sifarişlərini həyata keçirərkən Əmək Məcəlləsin tələblərini pozur. Bu dünən yayılan məlumatdan da göründüyü kimi bir hal üzrə olub. İndi kim zəmanət verə bilər ki, “Ramco” QSC Gəncə Memorial Kompleksinin tikinti-quraşdırma işlərində də analoji qanun pozuntularına yol verməyib, ya da hazırda Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatının tikintisi işlərində də analoji hallara yol vermir…? Nə isə müəmmalı işlərdi.

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi
Next: İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

OXŞAR MÖVZULAR

saleh məmmədov

Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib

admin 01/05/2026
afaq-eliyeva

ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı

admin 01/05/2026
yasar-omerov-1

Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.