Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 18
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “səfər qrantları”nın pərdəarxası -Müsabiqə, yoxsa münasibət?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “səfər qrantları”nın pərdəarxası -Müsabiqə, yoxsa münasibət?

admin 18/02/2026
qht-sefer

 

Dövlət vəsaitini idarə edən bir publik hüquqi şəxsin hesabat bölməsinin boş olması təsadüf sayıla bilməz. Bu, ya məsuliyyətsizlikdir, ya da şüurlu gizlətmə

 Son illər vətəndaş cəmiyyətinin inkişafı adı altında milyonlarla dövlət vəsaiti xərclənir. Bu vəsaitlərin əsas operatorlarından biri də publik hüquqi şəxs kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Qurumun üzərinə düşən əsas öhdəlik isə sadə və aydındır: qanunçuluq, şəffaflıq və cəmiyyət qarşısında hesabatlılıq. Lakin mövcud faktlar göstərir ki, kağız üzərində yazılan prinsiplərlə real fəaliyyət arasında ciddi uçurum var.

Əvvəlki araşdırmalarımızda Agentliyin qrant siyasətində şəffaflıq problemlərinə toxunmuşduq. Qrantların bölüşdürülməsində rəfiqəlik, tanışlıq və yaxınlıq faktorlarının rol oynadığına dair ciddi faktlar təqdim etmişdik. Tenderlərin hansı şirkətlərə və hansı şərtlərlə verilməsi məsələsi də ictimaiyyət üçün açıq deyil. Lakin bu dəfə diqqətimizi daha az müzakirə olunan, amma kifayət qədər böyük maliyyə tutumuna malik olan bir istiqamətə – səfər qrantı müsabiqəsinə yönəltdik.

Araşdırmalarımızla məlum olur ki, bu günə qədər Agentlik hər hansı il üzrə kimlərə və hansı məbləğdə səfər qrantı verildiyini sistemli şəkildə açıqlamayıb. Məsələni dəqiqləşdirmək üçün qurumun rəsmi saytına baxdıq və ortaya çıxan mənzərə sadəcə təəccüb doğurmadı, həm də narahatlıq yaratdı: nəinki səfər qrantları, ümumiyyətlə Agentliyin fəaliyyətinə dair hesabatlar bölməsi faktiki olaraq boşdur. Dövlət vəsaitini idarə edən bir publik hüquqi şəxsin hesabat bölməsinin boş olması təsadüf sayıla bilməz. Bu, ya məsuliyyətsizlikdir, ya da şüurlu gizlətmə.

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, səfər qrantı müsabiqəsi QHT-lərin Azərbaycan Respublikasının hüdudlarından kənarda milli maraqların müdafiəsi, xarici siyasət prioritetlərinin və təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirdikləri layihələrin maliyyələşdirilməsi üçün təşkil olunur. Yəni söhbət sıradan turistik səfərlərdən yox, dövlətin strateji maraqlarına xidmət edən fəaliyyətlərdən gedir. Bu halda daha yüksək hesabatlılıq standartı tətbiq olunmalıdır. Amma real vəziyyət bunun tam əksini göstərir.

Bu günə qədər cəmi bir neçə səfər barədə ümumi məlumat istisna olmaqla, digər səfər qrantları barədə ictimaiyyətə açıq, detallı informasiya tapmaq mümkün deyil. İllər üzrə siyahı yoxdur, məbləğlər göstərilmir, səfərlərin konkret nəticələri açıqlanmır. Hansı beynəlxalq platformada nə deyilib? Hansı təşəbbüs irəli sürülüb? Hansı sənəd qəbul olunub? Azərbaycanın maraqları hansı formada müdafiə edilib? Bu sualların heç birinə rəsmi və sistemli cavab verilmir.

İddialara görə, Nazirlər Kabinetinin müəyyən etdiyi istiqamətlərdən kənara çıxmaların çoxluğu səbəbindən Agentlik səfər qrantları barədə məlumatları geniş şəkildə açıqlaya bilmir. Çünki açıqlama olacağı təqdirdə ictimaiyyət bəzi faktlarla əyani tanış ola bilər. Əgər doğrudan da istiqamətdən kənaraçıxmalar varsa, bu artıq inzibati səhlənkarlıq yox, normativ aktların pozulmasıdır. Daha təhlükəlisi isə budur ki, bu pozuntulara görə hər hansı məsuliyyət mexanizmi işləmir.

Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumatlar isə daha qalmaqallıdır. Bildirilir ki, bəzi hallarda qrant layihələri dəstəklənməyən şəxslərin “könlünü almaq” üçün onlara səfər qrantı ayrılır. Əgər belə mexanizm mövcuddursa, bu, müsabiqə prinsipinin formal xarakter daşıdığını göstərir. O halda “milli maraqlar”, “xarici siyasət prioritetləri” kimi anlayışlar sadəcə vitrin rolunu oynayır, real qərarlar isə subyektiv münasibətlər əsasında verilir. Dövlət vəsaiti isə şəxsi balanslaşdırma alətinə çevrilir.

Cəmiyyətə ötürülən başqa bir mesaj isə budur ki, guya Agentlik yaradılana qədər QHT-lər beynəlxalq tədbirlərdə aktiv iştirak etmirdi və səfər qrantları məhz yeni mərhələnin başlanğıcıdır. Halbuki Agentlikdən əvvəl fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövründə də çoxsaylı QHT-lər əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirak üçün səfər qrantları almışdı. Bu məlumatlar arxivlərdə açıq şəkildə mövcuddur. Deməli, məsələ “ilk dəfə kimisə xaricə göndərmək” deyil. Məsələ bu prosesin nə dərəcədə ədalətli və şəffaf təşkil olunmasında, habelə nəticəliyindədir.

Ən narahatedici məqamlardan biri də bəzi səfər qrantlarının faktiki olaraq turistik xarakter daşıması ilə bağlı iddialardır. Əgər səfərin nəticə hesabatı ictimaiyyətə təqdim olunmursa, konkret fəaliyyət və əldə olunan nəticələr göstərilmirsə, onun dövlət maraqlarına xidmət etdiyini necə müəyyən etmək olar? Şəffaflıq seçmə xarakter daşıya bilməz. Bir neçə nümunəvi tədbiri qabardıb digərlərini gizlətmək hesabatlılıq deyil.

Burada problem təkcə səfər qrantları ilə məhdudlaşmır. Bu məsələ dövlət vəsaitinin idarə olunmasında ümumi yanaşmanın göstəricisidir. Əgər hesabat bölməsi boşdursa, müsabiqə nəticələri detallı açıqlanmırsa, məbləğlər və meyarlar gizli saxlanılırsa, bu artıq sistemli qeyri-şəffaflıq deməkdir. İctimai etimad isə məhz belə məqamlarda sarsılır.

Səfər qrantı müsabiqəsi ilə bağlı illər üzrə tam siyahının, ayrılmış məbləğlərin, səfərin məqsəd və nəticələrinin açıqlanmaması ciddi suallar yaradır. Əgər hər şey qaydasındadırsa, bu məlumatları açıqlamaq niyə problemə çevrilir? Əgər qaydalar işləyirsə, niyə onların tətbiqi real sənədlərlə sübut olunmur? Əgər milli maraqlar müdafiə olunursa, niyə bu müdafiənin nəticələri ictimaiyyətlə bölüşülmür?

Şəffaflıq iddia ilə yox, faktla sübut olunur. Qanunçuluq isə selektiv tətbiq oluna bilməz. Dövlət vəsaiti hesabına həyata keçirilən hər bir səfər, hər bir layihə və hər bir qərar ictimai nəzarətə açıq olmalıdır. Əks halda “səfər qrantı” anlayışı milli maraqların müdafiəsi mexanizmi yox, qapalı dairədə bölüşdürülən imtiyaz təsiri bağışlamağa davam edəcək./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq
Next: TƏBİB-də köklü dəyişikliklər – Zaur Əliyev də gedir, kimlər gələcək?

OXŞAR MÖVZULAR

anar-arxkom

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

admin 15/04/2026
yeni_klinika

Yeni Klinikada böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

admin 14/04/2026
şapka mamed

“Aqrarkredit”lə “Azərinşaatservis” arasında milyonluq qalmaqal: Əmlaklar hara yoxa çıxıb?

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.