Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 19
  • “EFENDİLER AUTO” ilə bağlı qalmaqal – DİN rəhbərliyinə müraciət edildi

“EFENDİLER AUTO” ilə bağlı qalmaqal – DİN rəhbərliyinə müraciət edildi

admin 19/02/2026
logo-efendi

Vətəndaş Ağayev Əli Rza oğlu “EFENDİLER AUTO” MMC-nin vəzifəli şəxslərinin cinayət əməllərindən Daxili işlər naziri Vilayət Eyvazova, Daxili işlər nazirinin Birinci müavini Seyfulla Əzimova, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyevə şikayət edib.

Bu barədə redaksiyamıza ünvanlanmış məktubda deyilir.

Şikayətçi bu müaricətinə səbəb olaraq deyib:

Bildirirəm ki, Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevə məxsus və onun oğlu Ənvər Ənvərli (Vəliyev) tərəfindən idarə olunan “EFENDİLER AUTO” MMC ( VÖEN: 160524907) özünü Azərbaycanda ZEEKR avtomobillərinin rəsmi idxalçısı kimi təqdim etmişdir. 04 oktyabr 2025-ci il tarixdə, mən, yeni çıxmış “ZEEKR 9X” modelini almaq üçün MMC-nin Bakı şəhəri, Babək prospekti 37 ünvanında yerləşən avtomobil salonuna getdim. Orada mənə bildirdilər ki, “ZEEKR 9X” modelinin müxtəlif komplektasiyaları mövcuddur və əgər siz “ZEEKR 9X, Black exterior package/Blue/22-inch mirror wheels” (qara maşın, göy salon) sifariş versəniz, bu komplektasiya 1-3 həftəyə hazırlanıb yola salınaçaq və ilk gətirilən məhz bu komplektasiya olacaqdır. Məni əmin etdilər ki, bu komplektasiya, şübhəsiz, ilin axırına qədər gətirilib təhvil veriləçəkdir. Həmən komplektasiyanın ümumi qiyməti 88.500 (səksən səkkiz min beş yüz) ABŞ dolları edirdi. Qeyd etmək istəyirəm ki, 04 okryabr 2025 tarixdə mən, avtomobili sifariş verən zaman, bütun elektrik və plug-in hibrid avtomobilləri ƏDV-dən (Əlavə Dövlət Vergisi) azad idi və yeni ildən ƏDV əlavə olunacağı bilinmirdi. Mən də, onların avtomobilin ilin sonuna qədər çatdırılacağına dair vədinə inandım və məhz o komplektasiyalı avtomobili sifariş etdim. Məni əmin etdilər ki, ilin sonuna qədər avtomobili gətizdiriləcək və ƏDV-dən xaric olacaq. Mənimlə beh müqaviləsi bağlandı və məndən beh olaraq 30.000 (otuz min) ABŞ dolları məbləğində pul aldılar. Ödəniş şirkət əməkdaşlarının tələbi ilə həyata keçirilmiş, rəsmi qəbz təqdim ediləcəyi vəd olunmuş, lakin heç bir qəbz verilməmişdir.

Ağayev Əli Rza oğlu eyni zamanda deyib ki, dəfələrlə telefonla cavabdehin məsul işçisi ilə əlaqə saxladıqda ona avtomobilin müqavilədən dərhal sonra sifariş verildiyini və ilin sonuna qədər gələcəyi bildirilib:

“Dövlət tərəfindən ƏDV-nin əlavə olunduğunu biləndən sonra şirkətə zəng vuraraq bildirdim ki, əgər avtomobili ilin sonuna qədər təhvil verməyə çatdırmayacaqlarsa, mən pulumu geri götürüm və avtomobili başqa yerdən sifariş edim. Çünk əlavə vergi ödəməyi öhdəmə götürmək istəmirdim. Yenə də mənə maşının vaxtında çatdırılacağını bildirdilər. 25.11.2025 tarixdə maşın barədə məlumat almaq ücün Qurban bəyə (Zeekr servisin satış müdüru) zəng vurdum. O mənə maşınların Harqos şəhərində oldugunu dedi və bir neçə gün ərzində oradan çıxacağını bildirdi. 01.12.2025 tarixdə maşının Harqos şəhərindən çıxıb-çıxmadığını öyrənmək üçün yenə də Qurban bəyə zəng vurdum. Qurban bəy mənə bildirdi ki, maşın artıq Harqos şəhərindən çıxıb və mən də 25.12.2025 tarixinə qədər maşının təhvil alacağıma arxayın olmalıyam.

Vətəndaş məsələnin sonrada bu cür olduğunu deyib:

“18.12.2025-ci il tarixdə Rəvayət bəy (Zeekr servisin satış nümayəndəsi) mənə zəng vuraraq deyir ki, ağ rəng maşın gəlib, istəyirsinizsə, onu sizə verək. Mən təəccüblənərək bildirdim ki, əvvəlcə göy salonlu qara maşınlar çatdırılmalı idi. Rəvayət bəy cavab verdi ki, o komlektasiyalar hələ çatmayıb. Nə vaxt çatacağını soruşanda isə “bilinmir” cavabı verdi. Daha sonra 22.12.2025 tarixdə mən Qurban bəyə zəng vurdum. Qurban bəy bildirdi ki, yolda maşınları var, amma hansı komplektasiya olduğunu bilmir və mənin sifariş etdiyim komplektasiya gəlsə, xəbər edəcəklər. Bundan əlavə, 27.12.2025 tarixində təkrarən Qurban bəyə zəng vurdum və bildirdim ki, 01.12.2025-tarixdə maşınlar yolda olduğunu demiş və 25.12.2025 tarixədək təhvil alacağımı söz vermişdi. Belə halda necə ola bilər maşınlar çatmasın? Maşının hazırda harada olduğunu soruşanda da Qurban bəy xəbərsiz olduğunu bildirdi.

Şikayətçi qeyd edir ki, Qurban bəy sonradan ona cavab verməyib:

“29.12.2025 və 30.12.2025 tarixlərində Qurban bəyə zəng vurdum amma Qurban bəy telefona cavab vermədi. 30.12.2025 tarixində getdim Zeekr satış mərkəzinə, Qurban bəylə orada danışanda dedi ki, ” Bu gün də-sabah da maşınlar çatacaq, amma bilmirik ki, hansı komlektasiyada olan maşınlardı”. Orada Rəvayət bəylə də görüşdüm və maşınların harada olduğu barədə maraqlandım. Rəvayət bəy onlarda məlumatın olmadığını bildirdi. Onun sözlərinə görə, maşınlar gəldikcə sıralama ilə təhvil verilir, mən də sırada 7-ciyəm. Ancaq mən 30.12.2025 ci il tarixinə qədər, maşının harada olması barədə heç bir məlumat ala bilmədim. 06.01.2026 il tarixdə yenə də Rəvayət bəylə bir məlumat almaq üçün əlaqə saxladım. Rəvayət bəy maşınların ÇXR ərazisindən hələ çıxmadığını bildirdi. 10.01.2026 il “EFENDİLER AUTO”-ya rəsmi məktub göndərdim və həmin gün Rəvayət bəy votsap vasitəsilə yoldakı maşınların sayı və komplektasiyası ilə bağlı dəqiq məlumat verdi. Habelə onlardan birinin mənə veriləcəyini bildirdi. 14.01.2026 tarixində mən Zeekr satış mərkəzinə getdim, orada Rəvayət bəylə görüşdüm. Rəvayət bəy yanvar ayının birindən 14-nə qədər 2 maşının gəldiyini və onlardan birinin mənə veriləcəyini bildirdi. Mən ondan soruşdum: “Siz iddia edirsiniz ki, maşınlar sıralama ilə təhvil verilir, 30.12.2025 tarixdə sırada 7-ci olduğum halda, maşını mənə necə verə bilərsiz?” Rəvayət bəy cavabında: “Siz sırada birincisiniz”, – dedi. Başa düşdüm ki, şirkət rəhbərliyi sıralamanı öz istədiyi kimi dəyişir. O, həmçinin avtomobilin qiymətinin 109.000 (bir yüz doqquz min ABŞ dollarına) qaldırdıqlarını bildirdi.

Şikayətçi son olaraq bildirib:

Şirkətdən avtomobilin nə vaxt sifariş verildiyini, mənim onlara verdiyim 30.000 (otuz min) ABŞ dollarının nə vaxt istehsalçıya göndərdiyini və mənim avtomobilimin çatdırılma tarixi barədə sənədlər tələb etdim. Şirkət mənim avtomobilimi gətirib başqasına verdiyindən o sənədləri mənə vermədi. Beləliklə, şirkət rəhbərliyi qulluq mövqeyindən sui-istifadə edərək ya mənim avtomobilimi məndən pul aldığı halda istehsalçı şirkətə sifariş verməyib, ya mənim sifarişim əsasında avtomobili gətirib və onu başqa şəxsə satıb, nəticədə vəzifə səlahiyyətlərindən tamah (artıq pul qazanmaq) məqsədi ilə sui-istifadə edib. Bu halların CM-nin 178 və 308-ci maddələri üzrə cinayət tərkibi yaradıb-yaratmadığının araşdırılmasını xahiş edirəm. Şirkətin rəhbəri Ənvər Ənvərli atasının vəzifəsinə güvənərək, məsuliyyətdən yayınacağını düşünərək belə qanunsuzluqlara yol verir. Lakin Cənab Prezidentimiz İlham Əliyev dəfələrlə vurğulamışdır ki, məmurlar və onların övladları qanunlara əməl etməli, ədalət təmin edilməlidir. Göstərilənlərə əsasən, xahiş edirəm ki, “EFENDİLER AUTO” MMC-nin  rəhbərliyinin mənə qarşı törətdikləri cinayət əməllərinin araşdırılmasına və bu barədə müvafiq cinayət işinin başlanılmasına və onların məsuliyyətə cəlb edilməsinə, eyni zamanda harınlamış məmur övladları tərəfindən mənim pozulmuş hüquqlarımın bərpasına köməklik edəsiniz./gununsesi.info

PAYLAŞIN:

Continue Reading

Previous: Vüsal Aslanov “Bakı Metropoliteni”ni idarə edə bilmir?
Next: ABŞ Prezidenti İlham Əliyev və Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib

OXŞAR MÖVZULAR

anar-arxkom

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

admin 15/04/2026
yeni_klinika

Yeni Klinikada böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

admin 14/04/2026
şapka mamed

“Aqrarkredit”lə “Azərinşaatservis” arasında milyonluq qalmaqal: Əmlaklar hara yoxa çıxıb?

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.