Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 19
  • İranla TİCARƏT dövriyyəmiz KİÇİLİR – İlginc SƏBƏB, bahalaşma RİSKİ

İranla TİCARƏT dövriyyəmiz KİÇİLİR – İlginc SƏBƏB, bahalaşma RİSKİ

admin 19/02/2026
az-iir6

 

Cari ilin 10 ayı ərzində (21 mart 2025 – 20 yanvar 2026) İranın Azərbaycandan məhsul idxalı ötən ilin eyni dövrü ilə (20 mart 2024 – 19 yanvar 2025) müqayisədə dəyər baxımından 58 faiz, çəki baxımından isə 53,7 faiz azalıb.

Məlumatı “Trend” İran Gömrük Xidmətinin statistikasına istinadən yayıb.

Statistikaya əsasən, cənub qonşumuzun 10 ay ərzində Azərbaycandan idxalı təxminən 11,4 milyon dollar dəyərində 5000 ton təşkil edib. Əvvəlki ilin eyni dövründə İran ölkəmizdən 27 milyon dollar dəyərində 10900 ton məhsul idxal etmişdi. Bunlar – müxtəlif avadanlıqlar, preslənmiş soya, müxtəlif növ profillər və digər məhsullardır.

İlk 10 ayda İran və Azərbaycan arasında ticarət dövriyyəsi 724 min ton təşkil edib ki, bu da 496 milyon dollar dəyərindədir. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 17,3 faiz, çəki baxımından isə 1,9 faiz azalıb.

Azərbaycan Dövlət Gömrük Komitəsi xarici ticarət statistikasını Miladi təqvimi ilə – yanvar-dekabr ayları üzrə apardığına görə İran tərəfinin açıqlamaları ilə Azərbaycanın rəqəmlərini müzayisə etmək mümkün deyil. Azərbaycanın gömrük statistikasına əsasən, 2025-ci ildə İranla ticarət əməliyyatlarının həcmi 644,1 milyon dollar təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3 milyon dollar və ya 0,5 faiz azdır. Ötən il Azərbaycandan İrana 20 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 6 milyon dollar və ya 42,9 faiz çoxdur. İl ərzində İrandan Azərbaycana ixrac 624,1 milyon dollar olub, bu, 2024-cü illə müqayisədə 9 milyon dollar və ya 1,4 faiz azalma deməkdir.

2026-cı ilin yanvarında isə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 57,1 milyon dollar təşkil edib. Azərbaycan Gömrük Komitəsinin statistikasına əsasən bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,1 faiz çoxdur. Hesabat dövründə İrandan Azərbaycana 56,1 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 959,8 min dollar təşkil edib. Yanvarda İrana ixracımız 50 faizə yaxın, idxalımız isə 800 min dollar artıb.

Beləliklə, Azərbaycan gömrük statistikası ötən il İrandan idxalın cüzi azaldığını, bu ilin yanvarından isə artmağa başladığını, İran tərəfi isə azalmanın davam etdiyini və daha böyük rəqəmlərlə ifadə olunduğunu deyir…

İran və Azərbaycan arasında rəsmi ticarət mübadiləsi təqribən 671,5 milyon dollara çatıb

İranla Azərbaycan arasında ticarətin azalmasında ötən ilin may-iyun aylarında İran-İsrail, İran-ABŞ toqquşması mühüm rol oynayıb. Gömrük statistikasından aydın olur ki, may ayına qədər ticarət həcmləri artıb, maydan sonra müəyyən azalma olub, sentyabrdan bu, dayanıb. Hazırda İranla ABŞ arasında növbəti gərginlik yaşanır. ABŞ prezidenti Donald Trampın yanvar ayında verdiyi qərara əsasən İranla ticarət aparan bütün ölkələr ABŞ-la ticarətində 25 faiz gömrük rüsumu ödəyəcəklər. Qərarın icra mexanizmi hələ açıqlanmayıb.

Lakin analitik mərkəzlərə görə, qərarı onun qəbulundan sonra İranla ticarəti dayandırmayan ölkələrə qarşı tətbiq edəcəklər. Bundan əlavə, ABŞ İran ətrafına böyük hərbi qüvvələr yığmaqdadır. Əksər ekspertlər iki ölkə arasındakı danışıqlara baxmayaraq, yaxın həftələrdə ABŞ-ın İrana zərbə endirəcəyini gözləyirlər.

ABŞ-ın mümkün zərbələrinin əsas məqsədi kimi İranın nüvə silahı yaratmaq, həmçinin ballistik raket istehsalı potensialının məhv edilməsi göstərilir. Lakin real olaraq məqsədin İrandakı rejimin devrilməsi olduğu şübhə doğurmur. ABŞ maliyyə naziri Skott Bessentin açıqladığı məlumata görə, ABŞ ötən ilin sonlarına doğru məqsədyönlü şəkildə İranın dollara çıxışını bağlayıb, ölkənin ən böyük bankının iflasına nail olub ki, bu da İran valyutasının kəskin dəyərsizləşməsi və əhali etirazlarına gətirib çıxarıb.

Hazırda ABŞ İran neftinin ixracına sərt nəzarət tətbiq edib, Tehran neftini daşıyan tanker və şirkətlərə sanksiya tətbiq edir. Eyni zamanda, İran neftinin ən böyük alıcısı olan Çinin bu alışları dayandırması üçün tədbirlər hazırlanır. Bütün bunlar yaxınmüddətli dövrdə İranda iqtisadi problemlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. Bu isə ölkənin ixrac imkanlarını məhdudlaşdıra bilər.

Azərbaycan üçün İranın ixrac potensialının zəifləməsi müəyyən problemlər yarada bilər. Belə ki, İrandan idxalın strukturuna baxdıqda bu ölkə ilə ticarətin dayanmasının, yaxud zəifləməsinin əhalinin aztəminatlı təbəqələri üçün böyük zərər yetirəcəyini görə bilərik. Belə ki, bu halda İrandan idxal edilən və həmin təbəqələr üçün əlçatan olan ərzaq məhsulları, məişət avadanlıqlar, təsərrüfat mallarını daha baha olan digər mənbələrdən tədarük etməli olacağıq. Bir sıra mühüm ərzaq məhsullarının idxalında İranın payı 60-70 faizə, bəzən 90-100 faizə çatır.
Cənub qonşudan idxalın digər əsas komponenti kütləvi istehlak mallarıdır. Bura maye və quru sabundan, qadınlar üçün kosmetik vasitələrdən tutmuş aftafa və dəsmala, uşaq oyuncaqlarından tutmuş, geyimlərə qədər çoxçeşidli məhsullar aiddir. Bunlardan əlavə, İrandan böyük həcmdə müxtəlif tikinti materialları, keramika-qranit məhsulları, divar kağızı və digər materiallar da idxal olunur.

İrandan idxal olunan bütün məhsullar digər bütün bazarladan alınanlardan ən azı 20 faizədək daha ucuzdur. Bu isə o deməkdir ki, bu ölkədən idxalın azalması, yaxud tamam dayanması aşağı büdcəli ailələr üçün böyük problemlər yarada bilər…/musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Zəngin ölkənin turist dərdi… – Azərbaycan əcənəbilər üçün niyə cazibədar ola bilmir?
Next: Şoyqudan Ermənistana xəbərdarlıq: Bir gecədə çökə bilər!

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.