Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 19
  • Ombudsman “Amnesty International” rəsmisinin Ruben Vardanyanla bağlı bəyanatına münasibət bildirib

Ombudsman “Amnesty International” rəsmisinin Ruben Vardanyanla bağlı bəyanatına münasibət bildirib

admin 19/02/2026
sebine-eliyeva

 

Ombudsman Səbinə Əliyeva “Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazersin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı cinayətlərdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində çıxarılan məhkəmə hökmü ilə əlaqədar bəyanatına mübasibət bildirib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Ombudsmanın münasibətində qeyd edilib ki, məlum olduğu kimi, Bakı Hərbi Məhkəməsində Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə beynəlxalq məhkəmə təcrübəsinə tam uyğun şəkildə açıq məhkəmə prosesləri keçirilib, məhkəmə prosesində təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri və onların nümayəndələri sərbəst şəkildə iştirak etmiş, məhkəmənin gedişatı mediada geniş şəkildə işıqlandırılıb. Yekunda R.Vardanyan ittiham edildiyi cinayətlərdə təqsiri tam sübuta yetirilərək məhkəmə tərəfindən qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bildirilib ki, beynəlxalq insan hüquqları hüququnun müddəaları və beynəlxalq məhkəmə təcrübəsinə tam uyğun olaraq keçirilmiş məhkəmə prosesinin yekunu olaraq məhkəmə tərəfindən Ruben Vardanyan barəsində çıxarılmış hökmlə əlaqədar Amnesty International beynəlxalq qeyri-hökumət təşkilatı rəsmisinin yaymış olduğu bəyanat istər hüquqi, istərsə də mənəvi baxımdan yanlış, qeyri-obyektiv və qərəzlidir.

Belə ki, bəyanatda irəli sürülən iddialar, səsləndirilən ifadələr BMT Nizamnaməsinin və digər beynəlxalq hüquqi sənədlərin tələbləri ilə tam ziddiyyət təşkil edir, İkinci Dünya müharibəsində sülh və bəşəriyyət əleyhinə cinayətlər törətmiş şəxslərlə eyni statusa malik şəxslər müdafiə altına alınır, 30 ildən artıq bir müddətdə azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri barədə hər hansı bir fikir bildirilmir.

Ombudsman vurğulayıb ki, adıçəkilən təşkilatın sərgilədiyi yanaşma beynəlxalq qeyri-hökumət təşkilatları üçün zəruri olan obyektivlik, balanslılıq və peşəkar etika prinsiplərinə ziddir və bəyanatın qeyri-obyektivliyini ehtiva edir.

“Amnesty International” təşkilatı rəsmisinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər ağır cinayətlər törətməkdə ittiham olunan bir şəxsin “müdafiəsi” məqsədilə Azərbaycana qarşı bu cür ittihamların irəli sürülməsi təşkilatın qərəzli mövqeyini, ölkəmizə qarşı yürüdülən ikili standartları bir daha nümayiş etdirir. Belə selektiv yanaşma və faktların kontekstdən çıxarılması həmin qurumun fəaliyyətində obyektivlikdən uzaqlaşdığını göstərir və bu, təşkilatın hansı mənbələrdən maliyyələşdirildiyi və hansı siyasi təsirlər altında fəaliyyət göstərdiyi məsələsini yenidən gündəmə gətirir.

Səbinə Əliyevanın fikrincə, hüquqi baxımdan vurğulanmalıdır ki, Ruben Vardanyan barəsində irəli sürülmüş ittihamlar həm Azərbaycan Respublikasının milli qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına uyğun olaraq ağır və xüsusilə təhlükəli cinayətlər kateqoriyasına aiddir. Cinayət təqibi konkret sübutlara və hüquqi faktlara əsaslanmış və məhkəmə araşdırması qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.:

“Bütün istintaq və məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqları tam təmin edilmişdir. Şəxsin vəkillə təmin olunması, müdafiə mövqeyini hazırlaması və məhkəmə prosesində iştirak imkanları qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təmin edilib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları məhkəmə proseslərində iştirak edərək təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının təmini vəziyyətini bilavasitə müşahidə ediblər.

Bununla yanaşı, Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən təqsirləndirilən erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla görüşlər keçirilmiş, onların saxlanma şəraiti və rəftar məsələləri davamlı monitorinq edilmişdir. Bu monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilib, şəxsin fundamental hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb. Ombudsman Aparatının əməkdaşları tərəfindən həyata keçirilən başçəkmələrdə təqsirləndirilən erməniəsilli şəxslərə, o cümlədən R.Vardanyana öz ana dilində hüquqları izah edilib, MPQ-nin həkim üzvü tərəfindən səhhətlərinin mövcud vəziyyəti yoxlanılmış, onlara istəklərinə uyğun olaraq müvafiq nəşr vəsaitləri və öz ana dillərində qanunvericilik aktları təqdim edilib”.

Ombudsman vurğulayıb ki, “Amnesty International” təşkilatı rəsmisinin bəyanatında hüquqi aspektlərdən kənara çıxılaraq məsələyə siyasi çalar verilməsi, eləcə də təsdiqlənməmiş iddiaların fakt kimi təqdim edilməsi həmin təşkilatın Azərbaycana qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirir:

“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatını qərəzli və selektiv yanaşmadan imtina etməyə, hüquqi proseslərə siyasi çalar verməkdən çəkinməyə və insan hüquqlarının müdafiəsinə həqiqətən obyektiv, balanslı və peşəkar prinsiplər əsasında xidmət etməyə çağırırıq.

Beynəlxalq hüquq müdafiə fəaliyyəti yalnız faktlara, hüquqa və ədalətə söykəndiyi halda legitim və inandırıcı ola bilər”.

PAYLAŞIN:

Continue Reading

Previous: Cəbrayılın Şükürbəyli kəndində bir evin tikintisi neçəyə hesablanıb – Lap tapmacadır
Next: Bu, tammiqyaslı savaş olacaq: ABŞ İrana doğru nələr göndərir?

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.