Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 23
  • Çin avtomobilləri ilə bağlı qərar verildi – Bu tarixdən MƏCBURİ OLACAQ

Çin avtomobilləri ilə bağlı qərar verildi – Bu tarixdən MƏCBURİ OLACAQ

admin 23/02/2026
çin-avto

 

Son illər avtomobil sənayesində rəqəmsallaşma və futuristik dizayn tendensiyaları ön plana çıxsa da, təhlükəsizliklə bağlı artan risklər bəzi ənənəvi elementlərin yenidən gündəmə gəlməsinə səbəb olub.

Xüsusilə qeyri-standart sükan formaları, gizli qapı tutacaqları və tam elektron idarəetmə sistemləri ilə bağlı baş verən qəzalar və xilasetmə problemləri dünya üzrə mütəxəssisləri ciddi narahat etməyə başlayıb. Bu fonda Çin avtomobil sektorunda mühüm qərar qəbul edərək, təhlükəsizliyi prioritet hesab edən yeni standartlara keçid elan edib.

Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin yeni qaydalarına əsasən, 2027-ci il yanvarın 1-dən etibarən avtomobillərin sükan və qapı tutacaqlarının dizaynında məcburi dəyişikliklər tətbiq olunacaq.

Qaydalar Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanıb və yol hərəkəti təhlükəsizliyinin artırılmasına yönəlib.

Aparılan araşdırmalar göstərib ki, sürücü xəsarətlərinin təxminən 46 faizi yarım dairəvi və ya qeyri-standart sükan mexanizmləri ilə bağlıdır. Bu səbəbdən yeni reqlament belə sükanların istifadəsini qadağan edir və ənənəvi dairəvi formaya qayıdışı tələb edir.

Mütəxəssislərin fikrincə, dairəvi sükanlar qəza zamanı zərbəni daha geniş sahəyə yayaraq ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır.

Yeni qaydalarda diqqət çəkən digər mühüm məqam müasir avtomobillərdə geniş yayılmış gömülmüş və sensorlu qapı tutacaqları ilə bağlıdır. Son illərdə bir çox istehsalçı dizayn və aerodinamik üstünlüklər naminə bu tip tutacaqlara üstünlük versə də, qəza zamanı avtomobilin elektrik sistemi sıradan çıxdıqda qapıların açılmasında ciddi problemlər yaranır. Xüsusilə yanğın və ya güclü toqquşma hallarında xilasedicilərin avtomobilə müdaxiləsi çətinləşir.

Yeni qaydalara əsasən, bu riskin qarşısını almaq üçün mexaniki qapı tutacaqları yenidən məcburi olacaq.

Texnoloji dəyişikliklər bununla bitmir. Bildirilir ki, 2026-cı ildən etibarən avtomobillərdə uzun illərdir istifadə olunan hidravlik əyləc sistemi mərhələli şəkildə tam rəqəmsal texnologiya ilə əvəzlənməyə başlayacaq. “Elektron Mexaniki Əyləc” sistemi vasitəsilə hidravlik borular və mayelər istifadədən çıxarılacaq. Yeni sistem əyləc məsafəsini qısaltmaqla yanaşı, avtonom idarəetmə texnologiyalarının daha dəqiq və təhlükəsiz işləməsinə imkan yaradacaq. Eyni zamanda, sistem avtomobilin elektron təhlükəsizlik blokları ilə birbaşa əlaqədə çalışaraq qəza riskini minimuma endirməyi hədəfləyir.

Qeyd olunur ki, bu tələblər hazırda yalnız Çin bazarında istehsal olunan və satılan yeni avtomobillərə şamil edilir. Lakin ekspertlər hesab edirlər ki, Çin avtomobil sənayesinin qlobal bazarda böyük paya malik olması bu standartların gələcəkdə digər ölkələrdə də tətbiqinə yol aça bilər. Bir çox beynəlxalq brend artıq istehsal proseslərini bu dəyişikliklərə uyğunlaşdırmağa başlayıb.

Eldəniz Cəfərov

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında bildirib ki, Çinin bu addımı avtomobil sənayesində təhlükəsizliyə yenidən baxılmasının göstəricisidir.

Onun sözlərinə görə, son illərdə dizayn və texnoloji görüntü təhlükəsizlikdən daha çox ön plana çəkilirdi.

Eldəniz Cəfərov qeyd edib ki, yarım dairəvi sükanlar və sensorlu qapı tutacaqları vizual baxımdan cəlbedici olsa da, real qəza şəraitində ciddi risk yaradır:

“İstehsalçılar futuristik görünüş naminə bəzən əsas təhlükəsizlik prinsiplərini arxa plana keçirirdilər. Çin bu qərarla göstərir ki, əsas prioritet insan həyatıdır. Dairəvi sükan və mexaniki tutacaq illərlə sınaqdan çıxmış təhlükəsiz elementlərdir”.

Ekspertin fikrincə, elektron mexaniki əyləc sisteminə keçid də mühüm mərhələdir:

“Bu texnologiya avtomobillərin həm daha sürətli reaksiya verməsinə, həm də avtonom idarəetmənin inkişafına şərait yaradacaq. Amma sistemin etibarlılığı tam sübut olunana qədər hidravlik əyləclərin paralel saxlanması vacibdir”.

O əlavə edib ki, bu yeniliklər gələcəkdə Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək:

“Çin istehsalı avtomobillər ölkəmizdə geniş yayılıb. Bu standartlar tətbiq olunmağa başladıqdan sonra bizdə satılan modellərdə də dəyişikliklər qaçılmaz olacaq”./nocomment.az

PAYLAŞIN:

Continue Reading

Previous: Pensiya və müavinətlərlə bağlı YENİLİK
Next: Deputat işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı qərara aydınlıq gətirib

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.