Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 25
  • Maaşlar nə zaman artacaq? – “Bir ay müddətində həyata keçirilir”

Maaşlar nə zaman artacaq? – “Bir ay müddətində həyata keçirilir”

admin 25/02/2026
manat-maaş

 

Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiq edib.

Yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov açıqlamasında bildirib ki, minimum əməkhaqqının artması Vahid Tarif Cədvəli ilə əməkhaqqı ilə işləyən bütün işçilərin əməkhaqlarının artmasına təsir göstərəcək.

“Bu həm də özəl sektorda çalışanların əməkhaqların da artmasına gətirib çıxaracaqdır. Çünki, ölkədə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının ödənilməsi qadağan oldunduğundan bu artıma mütənasib şəkildə özəl sektordada əməkhaqlarda  artımlar olacaqdır”.

Deputat qeyd edib ki, ümumiyyətlə minimum əməkhaqqının artması 700 mindən çox işləyənin əməkhaqqının artmasına gətirib çıxaracaqdır:

“Beləliklə minimum əməkhaqqının artması müvafiq qanuna görə hər ilə artırırılacaqdır. Bu həm də  əməkhaqlarının hər il artması deməkdir”.

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, bu dəyişiklik minimum əməkhaqqındakı artımların mütəmadiliyini təmin edəcək və bu prosesin qanunla tənzimlənməsi anlamına gəlir.

Deputat qeyd edib ki, minimum əməkhaqqındakı artım təkcə az maaş alan vətəndaşlara deyil, həm də Vahid Tarif Cədvəlinə uyğun maaş alan şəxslərin gəlirlərinə təsir edəcək:

“Hazırda Vahid Tarif Cədvəli üzrə ən aşağı maaş 400 manat, ən yüksək vəzifə maaşı isə 1150 manat təşkil edir. Söhbət dövlət idarələrində çalışan, lakin dövlət qulluqçusu olmayan vətəndaşlardan gedir. Qərar qəbul edildikdən sonra Nazirlər Kabineti tərəfindən bir ay müddətində Vahid Tarif Cədvəli üzrə vəzifə maaşlarının uyğunlaşdırılması həyata keçirilir. Bununla da, praktik olaraq dövlət qurumlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşların da əməkhaqlarında artımlar qeydə alınır. O baxımdan minimum əməkhaqqının artırılması həm də Vahid Tarif Cədvəlinə uyğun maaş alan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın da əməhaqlarının artmasına imkan yaradacaq”.

V.Bayramovun sözlərinə görə, minimum əməkhaqqının artması həm də özəl sektorda maaş artımı deməkdir. İzah edib ki, qanunla müəyyən edilmiş minimum məbləğdən az əməkhaqqı ödənilməsi mümkün olmayacaq:

“Minimum əməkhaqqının artırılması bütövlükdə 700 mindən artıq vətəndaşı əhatə edəcək. Artıq dövlət başçısı tərəfindən Məcəlləyə edilən dəyişikliklər təsdiqlənib və növbəti dövrlərdə bu artımların praktik tətbiqi müşahidə olunacaq”.

Qeyd edək ki, Əmək Məcəlləsində qeyd edilir ki, ölkədə minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Prezidentin minimum əmək haqqı ilə bağlı sərəncamlarında konstitusiyanın 109-cu maddəsinin (AR Prezidentinin səlahiyyətləri) 32-ci bəndinə istinad edilir. Həmin bənddə isə qeyd edilir ki, bu bənd Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. Yəni, Azərbaycanda minimum əmək haqqının müəyyən edilməsi prosesində işə götürənlərin və işçilərin nümayəndələri və ya parlament müzakirələri rol oynamır, bu barədə icra hakimiyyəti orqanları müstəqil şəkildə qərar qəbul edir.

PAYLAŞIN:

Continue Reading

Previous: Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı
Next: Müharibənin 4 ili: Rusiya nə qədər dözə biləcək?

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.