Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 3
  • Ali Məhkəmə: Qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kimə cinayətkar demək olmaz

Ali Məhkəmə: Qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kimə cinayətkar demək olmaz

admin 03/03/2026
ali məhkəmə

 

Təqsirsizlik prezumpsiyası şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan onun təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir.

Bu barədə mediaya Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, bu qadağa ibtidai istintaq və məhkəmə istintaqının aparıldığı dövrü də əhatə edir. Bu o deməkdir ki, yalnız şəxsin məhkum edilməsi barədə məhkəmənin hökmü varsa və həmin hökm qanuni qüvvəsini almışsa şəxs cinayət əməlini törətməkdə təqsirli bilinir.

Azərbaycan Respublikası Ali Məhkəməsi ilk dəfə olaraq təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə bağlı mühüm məqamları “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında Plenum Qərarında açıqlayıb.

Təqsirsizlik prezumpsiyasının əsas məqsədi cinayət mühakiməsi üzrə icraatı həyata keçirən şəxslərə (təhqiqatçı, müstəntiq, prokuror, hakim) əsassız təzyiq və təsirin qarşısının alınmasına, şəxsin obyektiv şəkildə mühakimə olunmasına nail olmaqdır.

Bu baxımdan, xüsusən mediada yazılar dərc ediləndə bu məsələyə diqqət yetirilməli, şəxsin təqsirliliyinə dair qanuni qüvvəsini almış hökm olmadan onun tərəfindən hər hansı cinayətin törədilməsi ilə bağlı təsdiqedici ifadələrdən çəkinilməlidir.

Konstitusiyanın 63-cü maddəsi ilə təminat altına alınmış təqsirsizlik prezumpsiyasının pozulması 2 halın eyni anda mövcudluğu ilə şərtləndirilir: şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökmün olmaması; şəxsin cinayət əməlinin törədilməsində təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılması

Məsələn. Mediada “A adlı şəxsin B şəxsinə münasibətdə dələduzluq edərək, onun 10.000 manat məbləğində vəsaitini talamışdır.” və ya “A adlı vəzifəli şəxs B adlı şəxsin işlə təmin edilməsi məqsədi ilə ondan 100.000 manat məbləğində rüşvət almaqla, korrupsiya cinayətini törətmişdir.” məzmunda məqalənin dərc edilməsi, “A” adlı şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittihamedici hökmü yoxdursa, onun təqsirsizlik prezumpsiyasını pozur.

Təqsirsizlik prezumpsiyası hüququna qanunsuz müdaxilə edilmiş şəxs həm bu hüququn müdafiəsi üsullarının tətbiqi, həm də bu hüququn pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası tələblərini irəli sürə bilər.

Təqsirsizlik prezumpsiyası hüququnun pozulması şəxsin şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi ilə nəticələndiyindən, onun müdafiəsi üsullarını da şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi üsulları (biri və ya bir neçəsi tətbiq oluna bilər) təşkil edir: pozuntunun təsbit edilməsi; pozuntunun qarşısının alınması (məlumatın yayılmasının qarşısının alınması, qadağan edilməsi); pozuntunun aradan qaldırılması (yayılmış məlumatların təkzib edilməsi, silinməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.); digər üsullar. (məsələn, şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuzu ləkələyən məlumatları yaymış şəxsin, yəni cavabdehin müəyyən edilməsi mümkün olmadıqda hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi üsulu).

Şəxs, təqsirsizlik prezumpsiyası pozulduğu andan sadalanan tələbləri irəli sürə bilər. Şəxs barəsində sonradan ittihamedici hökm çıxarılaraq qanuni qüvvəsini alsa belə, tələb hüququ aradan qalxmır. Çünki, cinayət əməlinin törədilməsi ilə bağlı təsdiqedici ifadələrin işlədildiyi və ya məlumatların yayıldığı vaxt qanuni qüvvəyə minmiş hökm mövcud olmayıb.

Təqsirsizlik prezumpsiyası hüququnun cinayət mühakiməsi icraatının hansı mərhələsində pozulması isə vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir. Məsələn, ibtidai araşdırma mərhələsi ilə müqayisədə cinayət işi üzrə birinci instansiya məhkəməsində ittiham hökmünün çıxarılmasından sonra şəxsin cinayəti törətməsinə dair təsdiqedici məlumatların yayılması ona daha az həcmdə mənəvi zərərin vurulmasına səbəb olacaq.

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Next: Tıxac probleminə SON: Bu ərazidə yeni yol və tunellər tikiləcək

OXŞAR MÖVZULAR

b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026
dim_imtahan_3

Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik

admin 26/05/2026
2736edfb-ba1b-3ccf-af18-bf367824ab80_1200

Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.