Skip to content
04/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 4
  • Neftin bahalaşması da Rusiyanı xilas etmir – Büdcə kəsiri dəfələrlə arta bilər

Neftin bahalaşması da Rusiyanı xilas etmir – Büdcə kəsiri dəfələrlə arta bilər

admin 04/03/2026
rosneft

 

ABŞ və İsrailin İrana hücumlarından sonra qlobal neft qiymətləri artaraq 2024-cü ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Lakin bu artım hələ də Rusiya büdcəsini balanslaşdırmaq üçün kifayət deyil.

“Reuters”-də dərc edilən məqalədə belə deyilir.

Yazıda qeyd olunur ki, Rusiya hazırda böyük büdcə kəsiri ilə yaşayır və bu kəsir büdcə gəlirlərinin təxminən dörddə birini təşkil edən neft və qazdan əldə edilən gəlirlərin azalması səbəbindən artır. Neft qiymətləri bir barel üçün 86 dollara çatsa da, Rusiya nefti endirimlə satılır və bu da büdcə problemlərini ağırlaşdırır.

“Reuters” hesablamalarına görə, fevral ayında orta endirim bir barel üçün 26,50 dollar olub. Rusiya nefti əsasən Ukraynadakı müharibəyə görə Qərbin sanksiyaları, xüsusən də qiymət məhdudiyyəti mexanizmi vasitəsilə endirimlə satılır. 1 fevralda Avropa Birliyi Moskvanın neft gəlirlərini məhdudlaşdırmaq üçün qiymət məhdudiyyətini bir barel üçün 44,10 dollara endirib. Rusiyanın müharibə xərcləri isə bunun fonunda durmadan artır.

Agentliyin hesablamalarına görə, büdcə hədəflərinə çatmaq üçün Rusiyanın Urals markalı xam neftinin qiyməti 2 mart tarixindəki 46,13 dollar səviyyəsindən azı 50% artmalıdır. Lakin bu, yaxın zamanda real görünmür.

Rusiya Federasiyasının 2026-cı il büdcəsində neftin orta qiyməti 5440 rubl (təxminən 59 dollar) və rublun məzənnəsi 92,2 rubl/dollar proqnozlaşdırılır. Eyni zamanda, neft qiymətlərinin sabit qalması şərtilə, büdcəni balanslaşdırmaq üçün dollar hazırkı 77,65 rubl səviyyəsindən təxminən 117,5 rubl səviyyəsinə qədər zəifləməlidir. Lakin Rusiya Mərkəzi Bankı sədrinin müşaviri Kirill Tremasov bildirib ki, tənzimləyici orqan rublun kəskin şəkildə ucuzlaşmasını gözləmir və neft qiymətlərinin hazırkı artımı qısamüddətli ola bilər. O əlavə edib ki, hökumət qarşıdakı həftələrdə və ya aylarda dalğalanmalara deyil, uzunmüddətli proqnoza diqqət yetirir.

Məsələ ondadır ki, qiymətlər artsa belə, Rusiya neft hasilatını artıra bilmir. Buna fiziki imkanları çatmır. Sanksiyalar və qiymət məhdudiyyəti isə Rusiya neftini istənilən qədər baha satmağa imkan vermir. Üstəlik, bazardakı hazırkı qiymət artımı gözlənilən qədər yüksək deyil və onun nə qədər davamlı olacağı da sual altındadır.

“Reuters”-in hesablamalarına görə, ilin sonuna qədər neft satışlarının azalması və daha dərin qiymət endirimləri səbəbindən Rusiyanın büdcə kəsiri üç dəfə arta, xərclər isə planlaşdırılan rəqəmləri aşa bilər.

Sonda deyilir ki, bu ilin büdcəsində neft və qaz satışından 8,92 trilyon rubl gəlir proqnozlaşdırılır, lakin hazırkı gəlir artımı tempi hədəfdən xeyli geri qalır. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Kənddən Şəhərə” yarmarkası: Məqsəd ucuzluqdursa, qiymətlər niyə dəyişmir?
Next: İranda üsyana hazırlıq – Mərkəzi Kəşfiyyat İdarəsinin kimə “stavka” etdiyi AÇIQLANDI

OXŞAR MÖVZULAR

putin-s

Putinin reytinqi düşür, Kreml narahatdır!

admin 04/05/2026
gemi-abş

ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək

admin 04/05/2026
0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir 04/05/2026
  • Kəndlidən ucuz çıxan məhsul Bakıda niyə bahalaşır? – Əsl səbəblər 04/05/2026
  • Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq? 04/05/2026
  • Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: “Onlar bizə nümunədir” 04/05/2026
  • Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir 04/05/2026
  • ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində 04/05/2026
  • İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq 04/05/2026
  • 2026-cı ilin ən yaxşı yeni avtomobilləri 04/05/2026
  • Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq 04/05/2026
  • FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür 04/05/2026
  • ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir 04/05/2026
  • Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? – Yeni mexanizm GÜNDƏMDƏ 04/05/2026
  • Putinin reytinqi düşür, Kreml narahatdır! 04/05/2026
  • Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ 04/05/2026
  • Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub 04/05/2026
  • ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək 04/05/2026
  • Gübrə bahalaşır: Dünayada aclıq və sosial iğtişaşlar gözlənilir 04/05/2026
  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.