Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 6
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir?

240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir?

admin 06/03/2026
medaura-klinik
240 min manatdan çox vergi borcu, uğursuz əməliyyatlar, ölüm və koma qalmaqalları ilə gündəmə gələn “MedAura” klinikası fəaliyyətini dayandırmaq əvəzinə adını dəyişərək yenidən bazara qayıtmağa hazırlaşır.
Əldə etdiyimiz məlumata görə, hazırda sosial şəbəkə hesablarını bağlayan klinika yaxın vaxtlarda tamamilə başqa adla fəaliyyətə başlamağı planlaşdırır.
Məqsəd isə əvvəlki qalmaqalları arxada qoyaraq yeni pasiyentlər cəlb etməkdir. 20 manat kapital, 240 min vergi borcu 2010-cu ildə dövlət qeydiyyatına alınan klinikanın nizamnamə kapitalı cəmi 20 manat təşkil edir.
MMC-nin qanuni təmsilçisi İsbiyev Mübariz Qabil oğlu göstərilir. Dövlət Vergi Xidmətinin məlumatına görə, müəssisə fəaliyyət dövründə iki dəfə adını dəyişib. Klinika əvvəlcə “Nihat Klinika”, 2018-ci ildən isə “MedAura Klinika” MMC kimi fəaliyyət göstərib.
Eyni ünvanda fəaliyyət göstərən klinika əsasən estetik, plastik və kosmetoloji əməliyyatlar üzrə xidmətlər göstərib. Mənbələrin sözlərinə görə, klinikada əməliyyat otaqları müxtəlif həkimlərə və kosmetoloqlara kirayə verilir, həmçinin bazar qiymətindən aşağı qiymətlər elan edilərək müştərilər cəlb olunurdu. Son illərdə isə klinika daha çox uğursuz əməliyyatlar və pasiyent şikayətləri ilə gündəmə gəlib.
 
Baş həkim dəyişdi
Uzun müddət klinikanın baş həkimi olmuş Nigar Məhəmmədova çoxsaylı pasiyent ağırlaşmaları səbəbindən vəzifəsindən uzaqlaşdırılıb. Hazırda klinikanın baş həkimi Münəzzim Zahidov göstərilir. Lakin klinikanın fəaliyyətində problemlər bununla bitmir.
Dövlətə 241 min manat borc Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, klinikanın hazırda dövlət büdcəsinə 241 690,82 manat vergi borcu var. Bundan başqa, 2011, 2012, 2016, 2017, 2018, 2019, 2021, 2022, 2023 və 2024-cü illərdə vergi hesabatlarını vaxtında təqdim etmədiyinə görə müəssisəyə 15 dəfə maliyyə sanksiyası tətbiq edilib.
Bütün bu pozuntulara baxmayaraq, klinikanın fəaliyyətini davam etdirməsi ciddi suallar doğurur.

Lisenziyasız plastik cərrahiyyə
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan plandankənar yoxlamalar zamanı klinikada lisenziyadan kənar fəaliyyət, sertifikatsız plastik cərrahiyyə halları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib olunub.
Hətta baş həkim Nigar Məhəmmədovanın belə adı Səhiyyə Nazirliyinin plastik cərrahlar siyahısında yox idi.
 
Ölən və komaya düşən pasiyentlər
MedAura klinikası ilə bağlı şikayətlərin sayı kifayət qədər çoxdur. Lakin onların yalnız bir hissəsi ictimailəşdirilib.
Ən səs-küylü hadisələrdən bəziləri bunlardır:
  • 2019-cu il Estetik əməliyyat zamanı 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziyadan sonra həyatını itirib. 2023-cü il Lamiyə Kərimova burun əməliyyatının uğursuz olduğunu bildirərək klinikadan şikayət edib.
  • 2024-cü il aprel Lətafət Məmmədova septoplastika əməliyyatından sonra səhhətinin daha da pisləşdiyini iddia edib. 2024-cü il may Pasiyent üzərində lipoma əməliyyatı aparılmalı olduğu halda əməliyyatın liposaksiya kimi icra edildiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə klinika 6000 manat cərimə olunub.
  • Ən böyük qalmaqal isə ötən il baş verib. 2024-cü il aprelin 30-da Nigar İlham qızı Budaqlı burun əməliyyatı zamanı komaya düşüb. Hadisə ilə bağlı lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb. Pasiyentin əməliyyatdan sonrakı ağır vəziyyətini əks etdirən videogörüntülər sosial şəbəkələrdə geniş yayılıb və hətta xarici mediada da işıqlandırılıb.


Qalmaqallı baş həkimin yeni klinikası


MedAura-da uzun müddət baş həkim olmuş Nigar Məhəmmədova daha sonra MediHall adlı klinikada fəaliyyətini davam etdirib. Lakin bu müəssisədə də qalmaqal yaşanıb. 2025-ci ilin fevralında bədənşəkilləndirmə əməliyyatı etdirən 41 yaşlı Nigar İsmayılova həyatını itirib. Səhiyyə Nazirliyi isə açıqlayıb ki, Nigar Məhəmmədova rəsmi plastik cərrahlar siyahısında yoxdur.

Faktla bağlı Baş Prokurorluq araşdırma aparır.


Ad dəyişmək problemləri həll edəcək?

Onlarla şikayət, ölüm hadisələri, cinayət işləri, vergi borcu və lisenziya pozuntuları… Bütün bunlardan sonra MedAura klinikasının sadəcə adını dəyişərək fəaliyyətini davam etdirməsi ciddi suallar doğurur. Əgər klinika həqiqətən də yeni adla bazara qayıdacaqsa, o zaman əsas sual dəyişməz qalır: Bu qədər qalmaqala baxmayaraq, klinikanın arxasında duran kimdir?/medicina.az

PAYLAŞIN:

Continue Reading

Previous: BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir
Next: “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu

OXŞAR MÖVZULAR

esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.