Skip to content
29/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 6
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb

İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb

admin 06/03/2026
karta-qaf

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Elxan bəy, İran ətrafında baş verənlər, bu ölkədən Azərbaycana qarşı olan hərbi təxribat fonunda bölgə ilə bağlı proqnozlar nədən ibarətdir?

– Türkiyənin xarici işlər naziri Hakan Fidan son müsahibəsində mövcud vəziyyətlə bağlı aydın izahat vermişdi. O İranı nəzərdə tutaraq “mən batıramsa, qoy bölgə də, hamı batsın” deyimini dilə gətirmişdi. İran indi sanki, bu prinsipdən çıxış edir. Hazırda İranın hərbi resursları da tükənir. Əgər, İran müharibənin ilk günlərində İsrailə və körfəz ölkələrinə ballistik raket, dronlarla hücum edirdisə, üzərindən bir həftə keçib artıq onun atdığı sursatların sayı azalır. Çünki dron və raketlərin atılma mexanizmlərinə də ABŞ və İsrail tərəfindən zərbələr endirilir, onlar sıradan çıxarılır. Bunlar olmadan isə ballistik raketləri, dronları hərəkətə gətirmək mümkün deyil. Eyni zamanda dron və ballistik raket istehsal edən müəssisələr, yeraltı bunkerlər də dağıdılıb. Ona görə də İran əlində olan hərbi resurslardan tədricən istifadə etməyə çalışır. Bunu etməsə, İran müharibəni davam etdirə bilməyəcək.

– Sizcə, İran tərəfi ABŞ və İsrailin davamlı zərbələrinə nə vaxta qədər duruş gətirə biləcək?

– Hazırda İranın vəziyyəti ağırdır, mərkəzləri dağılıb, ölkədə rəhbərlik yoxdur, xaos hökm sürür. Yenidən vəzifəyə təyin edilənlər də neytrallaşdırılır. Bu xaosda İran başını o qədər itirib ki, əvvəlcə körfəz ölkələrinə zərbələr endirirdi, orada ABŞ-nin iddia edilən hərbi bazalarını vurmağa çalışırdı. Amma hərbi bazalarla yanaşı, İran həmin ölkələrin neft və qaz resurslarına da zərbələr endirdi. Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft resurslarına malik ölkələrdən biridir. Qətər də öz növbəsində dünyada böyük qaz resurslarına malikdir. Faktiki olaraq, İranın zərbələrindən sonra Qətər Avropaya sıxılmış qaz nəql edə bilmir. Yəni, bunlar da ABŞ-nin hərbi bazaları deyil? Əslində həmin körfəz ölkələri müharibənin əleyhinə çıxan dövlətlərdən idi. Onlar məhz ABŞ Prezidenti Donald Trampa təzyiq etməyə çalışırdılar ki, müharibə başlamasın. Bu dövlətlərin İrana yaxşılığının cavabı da bu oldu ki, İran onların ərazisinə zərbələr endirdi.

– Türkiyənin İran tərəfindən hədəf seçilməsində səbəb nə idi?

– İran tərəfindən Türkiyəyə atılan raketlə bağlı onların izahı fərqli oldu. İddia edirdilər ki, guya Türkiyə hədəf götürülməyib, raket təsadüfən düşüb.

– Azərbaycan ərazisinə, Naxçıvanda mülki aeroporta İranın dron hücumu hansı məntiqlə izah oluna bilər?

– İranın Azərbaycan ərazisinə dron hücumu etməklə hər şeyin lap “ağını çıxartmış” oldu. Azərbaycan cəbhə bölgəsində deyil, şimal istiqamətində yerləşir. Burada da yalandan kimsə deyə bilməz ki, “mən başqa bir hədəfi seçmişdim, təsadüfən bura olub”. Ötən gün İran tərəfindən bununla bağlı verilən açıqlamalara da diqqət yetirdikdə çox ciddi ziddiyyətlərin olduğu üzə çıxdı. İranda sanki hərənin ağzından bir avaz eşidildi, biri dedi ki, belə bir hadisə olmayıb, digəri isə səhvən olduğunu iddia etdi. Amma digər qrup yəni, SEPAH-a bağlı teleqram kanalları açıq şəkildə dedilər ki, “biz bununla dərs vermək istəyirik”. Bu isə o deməkdir ki, İranda çox ciddi xaos yaşanır, idarəetmə dağılıb, birinin o birindən xəbəri yoxdur. Əslində İranda əvvəllər də belə olub.

– İranın daxilindəki problemlərin bu məsələ ilə nə əlaqəsi var?

– Sözsüz ki, bu Azərbaycanın problemi deyil. Dron məhz İran ərazisindən Azərbaycana atılıb. Türkiyəyə atılan raket boş əraziyə düşmüşdüsə, Azərbaycana Naxçıvandakı hava limanı ərazisi dron hücumuna məruz qalı. Bu, o deməkdir ki, hücum bilərəkdən həyata keçirilib.

– Azərbaycana dron hücumunu İran tərəfi hansı bəhanələrlə ört-basdır etməyə çalışır?

– Yeni bəhanələri odur ki, bu İsrailin casus şəbəkəsidir və İran ərazisindən belə bir təxribata əl atılıb. Əslində bu da Azərbaycanın problemi deyil. Ölkə ərazisində casus şəbəkəsi varsa, İran dövləti özü bu məsələni həll etməlidir. Ona görə də bütün bunların hamısı bəhanədir.

– Bu günlərdə İran və bölgə ətrafında baş verənlərlə bağlı sosial media və digər platformalarda səslənən fikirlərin ümumi məcmusu nədən ibarətdir? Narahatlıq yaradan əsas xətt nə ilə bağlıdır?

– Azərbaycanda sosial şəbəkələrdə baş verənlərlə bağlı yazılan, səslənən fikirləri heç də birmənalı qarşılamaq olmur. Özüm də liberal düşüncəliyəm və fərqli fikirlərə hörmətlə yanaşıram, hamımız eyni cür düşünə bilmərik. ABŞ-ni də, İsraili də tənqid etmək olar. Müharibənin beynəlxalq hüquqa zidd olduğunu da söyləmək mümkündür. Amma bəzi soydaşlarımız deyəndə ki, “İran nə edirsə, düz edir”… Sözsüz ki, bu kimi yanaşmaları anlamaq çox çətindir. Bu cür “fikirlərə” sahib olanlar da az deyil. Çünki dünənki hadisədən sonra yəni, Naxçıvandakı mülki aeroporta dron hücumuna görə, İrana “haqq” qazandırmaq dövlətə və millətə xəyanət kimi qiymətləndirilir./teleqraf.az

PAYLAŞIN:

Continue Reading

Previous: Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək?
Next: İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-04-28 at 17.27.56 (2)

Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

admin 29/04/2026
zel-ilham-qebele

Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir?

admin 29/04/2026
Screenshot

Heydər Əliyevin idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir – Subut Mehdiyev yazır

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026
  • “4 minə yaxın itkinin taleyi Azərbaycan cəmiyyəti üçün ən həssas məsələlərdəndir” – “Münaqişənin elə nəticələri var ki…” 28/04/2026
  • MAQATE: Nüvə fəlakəti riski Soyuq müharibə səviyyəsinə yüksəlib 28/04/2026
  • Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər 28/04/2026
  • Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı yenilik 28/04/2026
  • Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir 28/04/2026
  • Azərbaycanın nə qədər daxili və xarici borcu var? – Rəqəmlər açıqlandı 28/04/2026
  • “Bu, Trampın başına gələ biləcək ən pis şeydir” – İran münaqişəsi “dondurulur”? 28/04/2026

Sağlamlıq

derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.