Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 12
  • İRAN REJİMİ HÖRMÜZÜ CƏHƏNNƏMƏ ÇEVİRİR – ABŞ və İsrail acizdir, nə olacaq?

İRAN REJİMİ HÖRMÜZÜ CƏHƏNNƏMƏ ÇEVİRİR – ABŞ və İsrail acizdir, nə olacaq?

admin 12/03/2026
c089faaf-dd59-479e-aadc-9f54f4c9e299

 

Fars körfəzi və Hörmüz boğazında altı ticarət gəmisinə hücum edilib. Bu, hazırda İran ətrafında baş verən hadisələrlə bağlı əsas gündəm xəbəri və mövzusudur. Çünki tankerlərə və neft yataqlarına açıq hücumlar İranla ABŞ-İsrail qüvvələri arasında münaqişənin yeni eskalasiya mərhələsinə çıxması deməkdir.

Dəniz təhlükəsizliyi şirkətlərinin məlumatına görə, partlayıcı maddələrlə silahlanmış İran pilotsuz qayıqları dünən İraq ərazi sularında iki yanacaq tankerinə – Marşal və Malta bayraqlı gəmilərə hücum edib. Hər iki gəmi İraqdan yanacaq daşıyırdı. Hücumlar nəticəsində tankerlərdə yanğın baş verib və bir heyət üzvü həlak olub. 25 dənizçi xilas edilib, digərlərinin axtarışı davam edir.

İraq Dövlət Neft Marketinq Təşkilatı (SOMO) hücumun gəmilər arasında neft köçürmə zonasında baş verdiyini bildirib. Hadisədən sonra İraq neft limanları fəaliyyətini dayandırıb.

İrana qarşı işğalçı hərbi əməliyyatın başlamasından bəri bölgədə ən azı 16 gəmiyə hücum edilib. Nəticədə Fars körfəzində gəmiçilik faktiki olaraq dayandırılıb.

Xatırladaq ki, qlobal neft ticarətinin təxminən 20%-i Hörmüz boğazından keçir və davam edən müharibə fonunda neft qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) bəyan etmişdi ki, İrana hücumlar davam edərsə, ABŞ-yə, İsrailə və ya onların müttəfiqlərinə bölgədən “bir litr də olsun” neft göndərilməsinə icazə verməyəcək.

 

Donald Tramp isə Vaşinqtonun İrana daha sərt zərbələr endirəcəyi barədə xəbərdarlıq etmişdi. Elə həmin gün SEPAH qüvvələri Hörmüz boğazında Taylandın “Mayuree Naree” adlı yükdaşıyan gəmisinə atəş açıb. Gəmidə yanğın baş verib və üç heyət üzvü itkin düşüb.

Bundan əlavə, SEPAH-ın hücumları nəticəsində daha üç gəmi – iki konteyner gəmisi və bir yükdaşıyan gəmi zədələnib.

ABŞ Hərbi Dəniz Qüvvələri hücum riskini çox yüksək hesab edərək ticarət gəmilərini Hörmüz boğazından keçirməkdən, onları müşayiət etməkdən imtina edir.

Bütün bunlar onu göstərir ki, İran rejimi Hörmüz boğazı ilə bağlı daha çox sözünün üzərində durur, nəinki Tramp administrasiyası. Doğrudur, ABŞ və İsrailin İranın müxtəlif şəhərlərini, hərbi və mülki infrastrukturunu bombardmanları davam edir və şiddətlənir. Lakin bu, rejimi qətiyyən dayandırmır və geri çəkilməyə məcbur edə bilmir.

Əvəzində, SEPAH strateji əhəmiyyətli Hörmüz boğazını və ümumilikdə Fars körfəzini cəhənnəmə çevirə bilir. Özü də bunun üçün onun ABŞ və İsraildən fərqli olaraq, elə də çox və bahalı hərbi resurslara ehtiyacı yoxdur. Bu savaşda İranın coğrafi mövqeyi onun ən böyük müttəfiqidir və bu gedişlə ABŞ-İsrail alyansının Fars körfəzində və Hörmüz boğazında vəziyyəti nəzarətə götürməsi ehtimalı çox azdır.

Əlac yalnız quru əməliyyatına qalır ki, Trampın da buna gedəcəyi olduqca problemli və qeyri-real görünür.

PAYLAŞIN:

Continue Reading

Previous: İraqın da neft terminalları dayandı – Qlobal enerji bazarında çaxnaşma
Next: Boşananların sayı sürətlə artır, aliment problemi ciddiləşir – HƏLL YOLU NƏDİR?

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.