Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 13
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı?

50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı?

admin 13/03/2026
mekteb-mllm
Azərbaycanda 50 minə yaxın müəllim işsiz qala bilər. Bu barədə birinci Milli Məclisin vitse-spikeri Əli Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında bildirib. 
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı vitse-spiker son bir neçə ildə Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunduğunu xatırladıb:
“2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub. 2015-ci ildə orta məktəblərdə 1.5-1.6 milyon uşaq təhsil alırdısa, bir neçə il sonra məktəblərdə təhsil alan uşaqların sayı 1 milyon olacaq. Bu da 50 minə yaxın müəllimin ixtisarı riskini də yaradır”.
50 minə yaxın müəllimin işsiz qalmaması üçün hansı addımlar atıla bilər?
Təhsil eksperti Elmin Nuri açıqlamasında bildirib ki, bu məsələ meyarına görə çox ciddidir:
“Çünki təhsil sosial dünyanın, cəmiyyətin bir ayrılmaz qolu olduğundan oradakı əhalinin inkişaf və azalma tempi təhsilin kəmiyyət, bəlkə də keyfiyyət göstəricilərinə müəyyən dərəcədə təsir edir. Bu gün Milli Məclisdə vurğulanan detal, sadalanan statistika gələcəklə bağlı narahatlıq haqlıdır. Hazırda birinci sinifə gedən uşaqların artım tempini deyil, ildən-ilə azalma tempini müşahidə edirik. Bu da 5-6 yaş aralığında uşaqların ümümi say göstəricisinə görə müəyyənləşir. 2015-ci ildə orta məktəblərdə 1,5-1,6 milyon uşaq təhsil alırdısa, bu gələcəkdə xeyli azalacaq və sayın 1 milyona düşəcəyi deyilir”.
Ekspert hazırda orta ümumtəhsil sahəsində 150 mindən bir qədər çox müəllim kontingentinin çalışdığını vurğulayıb:
“Bu, onların böyük əksəriyyətinin, hətta 50 minə qədərinin ixtisarı deməkdir. Biz indi düşünməliyik ki, əhali və şagird say azaldığı təqdirdə müəllimlərin ixtisara düşməməsi və onları qorumaq üçün addımları atmalıyıq”.
Elmin Nuri vəziyyətdən çıxış yolu olduğunu da vurğulayıb:
“Amma bu yaxın gələcək üçün inandırıcı görünmür. Məsələn, bu gün paytaxt Bakı, həmçinin Sumqayıt və Abşeron məktəblərində şagird sıxlığı həddindən artıq çoxdur. Bir sinifdə 25 şagird təhsil almalıdırsa, az qala orada 40-ə qədər şagird oxuyur. Elə sinif var ki, orada 40-dan çox şagird var. Bundan iki sinif düzədib, müəllimlərin dərs saatını artırmaq olar. Bir sinifin bölünməsi digər müəllimlərə dərs saatının verilməsinə yol açır”.
Ekspert müəyyən alternativ layihələrin həyata keçirməsininin vacibliyini də vurğulayıb:
“Müəllimlərin iş saatını təmin etmək, həm də şagird sıxlığının qarşısını almaq üçün sinif otaqlarının sayının artırılması vacibdir. Bu da açığı çətin görünür. Çünki sinif sayı artdıqca, məktəbdaxili bəzi problemlərə də gətirib çıxarda bilər. Otaq, əlavə məktəb korpusları lazım olacaq. Yəni bir-biri ilə zəncirvarı bağlı olan proseslərdir. Amma hər halda vəziyyətdən çıxış yolu var”.
Ekspert özəl məktəblərin sayının artırılmasını təklif edib:
“Bu çox vacibdir. Bu gün diplomu əlində olan müəllimlər iş tapa bilmir. Çünki müəllimlərin iş yeri dövlət ümumtəhsil məktəblərindədir. Müəllim əmək bazarında başqa iş yeri tapa bilmir. Bəlkə bu səbəbdən də repetitorlarn sayı çoxalır. Özəl məktəblərin sayı artsa, müəllimlər işsiz qalmayacaq. Özəl məktəblərdə şagird sayı çox olmur. Orada müəyyən qədər seçmə şagirdlər təhsil alır. Özəl məktəblər müəllimlərin işsiz qalma ehtimalını nisbətən azalda bilər”./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır
Next: “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi

OXŞAR MÖVZULAR

manat_mü

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

admin 30/04/2026
qeza-ilham

Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?..

admin 30/04/2026
adnaa

ADNA-da törədilən terror aktından 17 il ötür

admin 30/04/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.