Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 13
  • Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi – Adı başqa, içi başqa QHT layihələri

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi – Adı başqa, içi başqa QHT layihələri

admin 13/03/2026
qht-aygün

 

QHT sektorunda dövlət vəsaitlərinin necə xərcləndiyi ilə bağlı daha geniş və sistemli suallar doğuran bir nümunə…

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin nəticələrini və layihələrin icrasını təhlil etdikcə daha ciddi və narahatedici mənzərə ortaya çıxır. Kağız üzərində sosial problemlərin həlli üçün ayrılan vəsaitlər praktikada ya formal tədbirlərə çevrilir, ya da layihənin adı ilə icra olunan fəaliyyətlər arasında açıq uyğunsuzluq yaranır. Təəssüf ki, bu artıq tək-tük hal deyil. Bir neçə layihənin təhlili göstərir ki, layihənin təqdimat mərhələsində yazılan məqsəd və vəzifələrlə real fəaliyyət arasında ciddi fərqlər var. Daha təhlükəlisi isə odur ki, bu uyğunsuzluqlar donor qurum tərəfindən ya görülmür, ya da görməzliyə vurulur(?)

                 Görünür tapşırıq böyük yerdən olur.

2025-ci ildə maliyyələşdirilmiş layihələrdən biri də “Üfüq” Xeyriyyə Cəmiyyətinin həyata keçirdiyi “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlı layihədir. Layihənin adı ilk baxışdan çox həssas və vacib sosial problemə yönəldiyini göstərir. Məktəblərdə bullinqə məruz qalan uşaqlarla işləmək, onların hüquqlarını müdafiə etmək və bu istiqamətdə ictimai vəkillik aparmaq olduqca ciddi, həssas və peşəkar yanaşma tələb edən sahədir. Bu cür layihələrdə uşaqların məxfiliyi, psixoloji vəziyyəti və təhlükəsizliyi əsas prioritetlərdən biri olmalıdır.

Lakin layihə barədə ictimaiyyətə açıqlanan cəmi iki media məlumatı və Yenixeber.org-a ötürülən faktlar göstərir ki, layihənin adı ilə faktiki icrası arasında ciddi uyğunsuzluq var….

 Birinci, açıqlamada tədbirin Bakı şəhərində yerləşən 83 saylı məktəb-liseydə keçirildiyi və əsas iştirakçıların valideynlər olduğu qeyd olunur. Təlimdə bullinq haqqında ümumi məlumat verildiyi, valideynlər arasında müzakirələr və rol oyunları keçirildiyi bildirilir. Daha sonra psixoloq tərəfindən “Kaktus” terapiyasında çəkilmiş rəsmlərin izahı aparıldığı qeyd edilir.

Burada ilk sual ortaya çıxır: əgər layihə “bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlanırsa, niyə əsas fəaliyyət valideynlər üçün keçirilən maarifləndirici təlimlə məhdudlaşır? Bu, mahiyyət etibarilə sadə maarifləndirmə tədbiridir və ictimai vəkillik fəaliyyəti ilə ciddi şəkildə fərqlənir. İctimai vəkillik dedikdə sistemli problemlərin qaldırılması, qərarverici qurumlara təsir, siyasət və ya qaydalarda dəyişiklik təşəbbüsləri nəzərdə tutulur. Verilən məlumatlarda isə belə bir fəaliyyətin izinə belə rast gəlinmir.

İkinci açıqlama isə vəziyyəti daha da problemli göstərir. Xırdalan şəhərində yerləşən 1 saylı məktəbdə keçirilən tədbirdə 25-dən çox məktəblinin iştirak etdiyi, onlara bullinq barədə məlumat verildiyi və praktiki oyunlar keçirildiyi bildirilir. Daha sonra psixoloq tərəfindən “Kaktus” modeli adlı qrup terapiyası keçirildiyi qeyd olunur və sosial işçi ilə hüquqşünas tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsinin aparıldığı bildirilir.

Əgər layihə doğrudan da bullinqə məruz qalan uşaqlarla işləməyi nəzərdə tutursa, burada çox ciddi etik və hüquqi suallar yaranır. Bullinq qurbanları ilə işləyən layihələrdə uşaqların şəxsiyyəti, məktəbi, hətta çox vaxt onların iştirak faktı belə məxfi saxlanılır. Çünki belə məlumatların açıq şəkildə paylaşılması uşağın məktəb mühitində daha böyük təzyiq və stiqmatizasiya ilə üzləşməsinə səbəb ola bilər. Lakin layihə barədə yayılan məlumatlarda tədbirin keçirildiyi məktəbin adı açıq göstərilir, iştirak edən uşaqların fotoları paylaşılır. Bu isə uşaqların məxfiliyinin qorunması baxımından ciddi problemlər yaradır.

Daha bir ciddi məqam “sosial və hüquqi qiymətləndirmə” məsələsidir. Media məlumatında bildirilir ki, sosial işçi və hüquqşünas tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsi aparılıb.

 Burada sual yaranır: bu qiymətləndirmə hansı metodologiya əsasında aparılıb? Valideynlərin yazılı razılığı varmı? Məktəb rəhbərliyi və ya müvafiq dövlət qurumlarının iştirakı təmin olunubmu? Uşaqların hüquqi və psixoloji vəziyyətinin qiymətləndirilməsi çox ciddi peşəkar standartlar tələb edən prosesdir və bunu sadə bir layihə tədbiri çərçivəsində formal şəkildə həyata keçirmək ciddi məsuliyyət yarada bilər.

Bütün bunlar göstərir ki, layihənin təqdim olunan konsepsiyası ilə real fəaliyyətlər arasında ciddi fərq var. Layihənin adı ictimai vəkillikdən bəhs edir, amma icra sadə maarifləndirmə təlimlərindən ibarət görünür. Hətta bu təlimlərin də bullinq qurbanlarının məxfiliyini qoruyan peşəkar standartlara uyğun keçirilib-keçirilmədiyi ciddi şübhə doğurur.

Bu vəziyyət eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihələrin icrasına nəzarət mexanizmlərinin nə qədər zəif olduğunu göstərir. Layihə idarəetməsi və monitorinq sahəsində kifayət qədər təcrübəsi olmayan şəxslər belə həssas mövzular üzrə layihələrin keyfiyyətini və risklərini düzgün qiymətləndirə bilmirlər. Nəticədə isə kağız üzərində sosial problemlərin həlli üçün ayrılan dövlət vəsaitləri formal tədbirlərlə “hesabatlaşdırılır”.

Digər tərəfdən, burada QHT-nin donor qurumu faktiki olaraq yanıltması ehtimalı da görünür. Layihə təqdim olunarkən bullinq qurbanlarının hüquqlarının müdafiəsi və ictimai vəkillik kimi ciddi fəaliyyətlər vəd edilir, lakin icra mərhələsində bu fəaliyyətlər sadə seminar və təlim formatına endirilir. Bu isə layihənin məqsəd və nəticələrinin şişirdildiyini göstərir.

Məsuliyyət yalnız donor qurumun və QHT-nin üzərinə düşmür. Layihələrin məktəblərdə keçirilməsi üçün müəyyən razılıqların verildiyi də aydındır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin və yerli təhsil strukturlarının da məsuliyyəti ortaya çıxır. Məktəblərdə belə həssas mövzular üzrə fəaliyyətlərə icazə verilərkən layihənin metodologiyası, uşaqların hüquqlarının qorunması və etik standartlara uyğunluğu ciddi şəkildə qiymətləndirilməlidir.

Təəssüf ki, görünən mənzərə ondan ibarətdir ki, nə donor qurum, nə layihəni icra edən təşkilat, nə də məktəb mühiti bu prosesdə tələb olunan peşəkarlıq və məsuliyyət səviyyəsini nümayiş etdirir. Layihənin adı ilə real fəaliyyəti arasında uçurum var, uşaqların məxfiliyi isə faktiki olaraq nəzərə alınmır. Bu isə təkcə bir layihənin problemi deyil – QHT sektorunda dövlət vəsaitlərinin necə xərcləndiyi ilə bağlı daha geniş və sistemli suallar doğuran bir nümunədir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Üfüq” Xeyriyyə Cəmiyyətinin bu layihəsi üçün 10 min manat vəsait ayırıb.

Qeyd edək ki, “Üfüq” Xeyriyyə Cəmiyyətinin 29 dekabr 1999-cu ildə dövlət qeydiyyatına alınıb. QHT-nin təsisçiləri Akif Əhmədov, Şəhla Əhmədova, Dilarə Vəzirova və Fuad Süleymanov olub. Təşkilatın sədri Akif Əhmədov əvvəllər Avropa Birliyinin hüquqşünası vəzifəsində çalışıb.

Hazırda təşkilatın sədri Nuriyya Abbasovadır. O, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2021-2025-ci illərdə Müşahidə Şurasının üzvü olmuş Günel Səfərovanın xalası qızıdır(?) (Yenixeber.org)

PAYLAŞIN:

Continue Reading

Previous: Ali Məhkəmədən şərikli ticarətlə bağlı mühüm QƏRAR
Next: Müctəbanın ilk müraciəti – İran öz yolunu seçdi

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.