Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 13
  • Dünyanın gözünü dikdiyi kritik ərazi – Azərbaycan şahı necə fəth etmişdi?

Dünyanın gözünü dikdiyi kritik ərazi – Azərbaycan şahı necə fəth etmişdi?

admin 13/03/2026
hörmüz2

Fars körfəzinin səssiz qalası…

Fars körfəzinin girişində bir ada var — Hörmüz.

Ada kiçikdir, amma üzərində olan tarixin ağırlığı böyükdür.

Bu gün orada külək əsir, duzlu dəniz havası köhnə daş divarları yavaş-yavaş aşındırır. Bir zamanlar Hind okeanı ticarətinin taleyini müəyyən edən qala isə yarıuçuq vəziyyətdədir. Divarların arasında turistdən çox sükut dolaşır.

500 il əvvəl isə mənzərə tamam başqa idi.

XVI əsrin əvvəllərində Portuqaliya Hind okeanında böyük dəniz imperiyası qurmağa çalışırdı. 1507-ci ildə Portuqaliya admiralı Afonso de Albuquerque Hörmüz adasını ələ keçirdi və burada möhkəm hərbi qala tikdirdi. Beləliklə, Hörmüz sadəcə bir ada yox, ticarətin qapısına çevrildi.

Hindistanın ədviyyəsi, İranın ipəyi, Orta Asiyanın malları, Avropanın gümüşü — hamısı bu dar boğazdan keçirdi. Boğaza nəzarət edən isə ticarətə nəzarət edirdi.

Şah Abbasın böyük planı

XVII əsrin əvvəllərində Səfəvi hökmdarı Şah Abbas bu vəziyyətlə barışmaq istəmədi. Onun məqsədi sadəcə bir qalanı fəth etmək deyildi. Məqsəd daha böyük idi: Fars körfəzində Portuqaliya nəzarətini qırmaq və ticarət yollarını yenidən Səfəvi dövlətinə qaytarmaq. Çünki İran ipəyi Avropaya gedirdi, amma dəniz yollarına başqaları nəzarət edirdi. Lakin bir problem vardı. Səfəvilərin güclü dəniz donanması yox idi.

Şah Abbas bu çatışmazlığı diplomatik ağılla həll etdi. O, Portuqaliyanın Avropadakı rəqiblərinə üz tutdu və nəticədə Səfəvi dövləti ilə English East India Company (Ost-Hind şirkəti – red.) arasında hərbi əməkdaşlıq yarandı. Bir tərəf quru qoşunlarına sahib idi, digər tərəf isə dəniz donanmasına.

1622-ci ildə həyata keçirilən əməliyyat nəticəsində Portuqaliya qarnizonu təslim oldu və Hörmüz yenidən Səfəvi dövlətinin nəzarətinə keçdi. Bu hadisə Hind okeanı tarixində böyük dönüş nöqtəsi idi.

WhatsApp Image 2026 03 13 at 10.11.22

Şah Abbas

“Bəndər-Abbas” nə deməkdir?

Hörmüzün fəthindən sonra Şah Abbas daha bir strateji qərar verdi.

O, Hörmüz adasını əsas ticarət mərkəzinə çevirmədi. Əvəzində materikdə yerləşən kiçik Gamrun limanını inkişaf etdirdi.

Sonralar bu şəhərin adı dəyişdirildi və Bəndər-Abbas adlandırıldı.

“Bəndər” sözü qədim fars və türk dillərində işlənən bir termindir və “liman”, “gəmi dayanacağı”, “dəniz ticarət şəhəri” mənasını verir.

Yəni Bəndər-Abbas sadə dillə desək, “Abbasın limanı” deməkdir.

Bu gün də bu şəhər Fars körfəzində ən böyük limanlardan biridir.

Səfəvi dövləti və türk siyasi ənənəsi

Bu tarixdə tez-tez diqqətdən qaçan bir həqiqət də var.

Səfəvi dövləti yalnız İran tarixinin deyil, həm də Türk siyasi tarixinin mühüm dövlətlərindən biri idi. Dövlətin qurucusu Şah İsmayılın dönəmində saray mühitində türk dili geniş istifadə olunurdu. Şah Abbas da bu siyasi ənənənin davamçısı idi.

Onun siyasəti yalnız hərbi gücə deyil, ticarət yollarına və iqtisadi strategiyaya əsaslanırdı. Hörmüzün alınması və Bəndər-Abbasın yaradılması bu siyasətin ən uğurlu nümunələrindən biri oldu.

Beş əsr sonra

Bu gün Hörmüz qalasının divarları dağılıb. Amma onun yerləşdiyi boğaz — Hörmüz— hələ də dünya siyasətinin ən həssas nöqtələrindən biridir. Qlobal neft ticarətinin böyük hissəsi məhz bu dar su yolundan keçir. Beş əsr əvvəl burada ipək və ədviyyə karvanları keçirdi. Bu gün isə neft tankerləri keçir.

Tarix dəyişir. Amma coğrafiya dəyişmir.

Hörmüz qalasının uçmuş divarları bizə sadə bir həqiqəti xatırladır.

Bəzən tarix qalalarda yazılır, bəzən limanlarda. Bəzən isə dar boğazlarda.

1622-ci ildə Şah Abbasın Hörmüzü geri alması sadəcə bir qalanın fəthi deyildi. Bu, Hind okeanı ticarət yollarının taleyinə təsir edən böyük geopolitik hadisə idi. Bu gün o qalada Şah Abbasın adı yazılmaya bilər.

Amma tarixdə bəzi adlar daş lövhələrdə deyil, dəniz yollarında və ticarət xəritələrində yazılır.

Şah Abbasın adı da belə adlardan biridir.

Elbəyi HƏSƏNLİ,
SÜRİX

PAYLAŞIN:

Continue Reading

Previous: Şevçenko: Bu, ABŞ-ı zəiflədib, İranı gücləndirəcək
Next: Ötən il Azərbaycan üzərindən daşınan yüklərin həcmində kəskin artım olub

OXŞAR MÖVZULAR

baku-yeni

Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI

admin 16/04/2026
türk-pubg

Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur

admin 16/04/2026
arm-mitinq

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.