Skip to content
19/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 15
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər

Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər

admin 15/03/2026
f7a3ad57c7134cc336d0694127be0c28_Untitled-1

 

Uşaqlar arasında internet oyun asılılığı ilə bağlı narahatlıqlar geniş yayılıb. Artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qanunlar qəbul edilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “oyun pozğunluğu”nu alkoqol və qumar kimi asılılıq yaradan davranış kimi təsnif edir. Deputat Ceyhun Məmmədovun “Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik” fikirləri də bu narahatlıqdan qaynaqlanır: “Ağıllı telefonlar”ın, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü-gündən daha da artmaqdadır. Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var”.
Ekspertlər hesab edir ki, əks halda bu cür halların sayı daha da artacaq, xoşagəlməz proseslərin qarşısını almaq daha da çətinləşəcək. Amma “qadağa” yeganə çıxış yolu da deyil.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova hesab edir ki, bu məsələ həqiqətən çox aktualdır və valideynləri də, müəllimləri də ciddi şəkildə narahat edir: “Çünki internet oyunları təkcə əyləncə deyil, eyni zamanda uşağın psixologiyasına, davranışına və gündəlik həyat tərzinə birbaşa təsir edən bir mühitdir. Bəzi oyunlar aqressiyanı artırır, asılılıq yaradır, sosial münasibətləri zəiflədir, dərs motivasiyasını azaldır və diqqəti dağınıq edir”. İŞ üzvü bildirir ki, bir çox ölkələrdə artıq bu məsələ ilə bağlı ciddi addımlar atılır. Məsələn, bəzi ölkələrdə yaş məhdudiyyətləri daha sərt tətbiq olunur, uşaqlar üçün zərərli məzmunlar filtrlənir, hətta müəyyən oyunların reklamı və ya istifadəsi məhdudlaşdırılır: “Çin kimi ölkələrdə uşaqların oyun oynama saatları qanunla tənzimlənib. Avropa ölkələrində isə daha çox “qadağa” deyil, “nəzarət və media savadlılığı” yanaşması üstünlük təşkil edir. Yəni uşağın texnologiyadan istifadəsi tam kəsilmir, amma düzgün istiqamətləndirilir”.
G.Əkbərovanın fikrincə, təkcə qadağa problemi həll etmir. Belə ki, uşaq maraqlandığı bir şeyi qadağan olunmuş kimi gördükdə, bəzən ona daha da çox meyl edir: “Ən düzgün yanaşma balanslı nəzarət, maarifləndirmə və alternativlər təqdim etməkdir. Əsas sual budur: uşağı zərərli oyundan uzaqlaşdırmaq üçün ona alternativ nə təklif edirik? Əgər uşaq boşluqda qalırsa, yenə eyni məzmunlara qayıdacaq. Ona görə də uşaqlara maraqlı, faydalı və cəlbedici alternativlər təqdim edilməlidir. Məncə, uşaqları texnologiyadan uzaqlaşdırmaqdansa, onlara texnologiya ilə düzgün yaşamağı öyrətmək lazımdır. Çünki gələcək artıq rəqəmsal dünyadır. Uşaqlarımızın zərərli axına düşməməsi üçün həm dövlət səviyyəsində tənzimləmə, həm məktəb səviyyəsində maarifləndirmə, həm də ailə səviyyəsində nəzarət mexanizmi birlikdə işləməlidir”.
İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev də hesab edir ki, bəzi oyunların qadağan olmasına ehtiyac var, amma yalnız bu yolla problem tam həll olunmayacaq: “Qadağanın müsbət tərəfləri odur ki, uşaqların zorakılıq, qumar, asılılıq yaradan mexanizmləri olan oyunlara çıxışı azalar, dərs vaxtı və gecə saatlarında asılılığın qarşısı qismən alına bilər. Amma mənfi tərəfləri və riskləri də mövcuddur. Uşaqlar VPN, alternativ platformalarla qadağanı aşa bilərlər. Təcrübə göstərir ki, adətən total qadağa “maraq effektini” artırır. Texniki olaraq hər oyunu effektiv bloklamaq çətindir. Eyni zamanda “zərərli oyun” anlayışı da subyektivdir”.
Mütəxəssis dünya təcrübəsindən nümunə gətirərək bildirir ki, Çində yaşı 18-dən aşağı olanlar üçün onlayn oyun saatları məhdudlaşdırılaraq həftədə üç saata endirilib. Cənubi Koreyada “Shutdown law” – gecə saatlarında oyun qadağası mövcuddur: “Ən yaxşı effekt yaş təsdiqi, vaxt limiti, valideyn nəzarəti birlikdə tətbiq olunanda görünür”.
B.Əliyevin fikrincə, məktəblərdə “Rəqəmsal gigiyena” dərsləri, oyun asılılığı mövzusu üzrə psixoloq sessiyaları, telefonun dərs zamanı istifadəsinə real nəzarət də effektiv ola bilər. Mütəxəssis hesab edir ki, alternativ yaratmadan qadağa tətbiq etmək doğru deyil: “Əgər uşağın əlindən oyunu alırsansa, yerinə nə verirsən” sualı çıxır. Misal üçün: idman dərnəkləri, robototexnika, proqramlaşdırma klubları, məktəbdənkənar fəaliyyətlərin artırılması… Qadağa var, amma alternativ yoxdursa, uşaq yenə gizli oynayacaq”.
ADPU-nun Pedaqoji psixologiya kafedrasının baş müəllimi Nigar Məmmədova hesab edir ki, internetdən istifadə uşaqların öyrənməsi baxımından müsbət haldır, amma çox istifadə ziyanlıdır: “Bəzən uşaqlar dərs adı ilə sosial şəbəkədə vaxt keçirirlər. Ailədə ata-ana telefondan, internetdən istifadə edirsə, uşaqlar da edəcək. Amma valideynlər uşaqları nəzarətdə saxlasalar, daha yaxşı olar”.
Psixoloq hesab edir ki, valideynlər övladlarına nəzarəti gücləndirməlidirlər: “Uşaqlara yay tapşırıqları verilməlidir. Əvvəllər yay tətilində kim çox kitab oxuyurdusa, ona hədiyyə verilirdi. Belə motivasiyaedici tədbirlər olmalıdır. Məktəblərdə sinifdənkənar tədbirlər təşkil olunmalıdır. Şəhərdə coffeebook-lar açılır. Onların ödənişini bir az azaldıb uşaqları cəlb etmək lazımdır. İndi uşaqlar boşluqları internetlə doldururlar. Valideynlər bu işdə müəllimlərə kömək etməlidir. Bu problemin həlli üçün ailə, məktəb və cəmiyyət bir yerdə işləməlidir”.
PAYLAŞIN:

Continue Reading

Previous: İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir?
Next: Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

OXŞAR MÖVZULAR

gömrük-keçid

Quru sərhədlər bu şəxslər üçün açıla bilər

admin 17/04/2026
avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.