Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 16
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi.

Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi.

admin 16/03/2026
WhatsApp Image 2026-03-16 at 06.01.30 (2)

 

Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanın, mütəfəkkir Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2026-cı il tarixli Sərəncamına uyğun olaraq 13 mart 2026-cı il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) yazıçı Sona İsmayılovanın “Sözün xaqanı” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri universitetin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev açaraq iştirakçıları salamladı. Sonra torpaqlarımızın azadlığı uğurnda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Həbib müəllim qısa olaraq Əfzələddin Xaqani Şirvaninin yaradıcılığından danışdı və onun yaradıcılığına Türk dünyasında yüksək qiymət verildiyindən, respublika Prezidenti İlham Əliyevin bu il böyük şair və filosofun 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığını qeyd etdi. Biz də bu sərəncama uyğun olaraq öz universitetimizdə XII əsrdə yaşamış, kəşmekeşli həyat yolu keçmiş şairin həyat və yaradıcılığından bəhs edən tədbirlər keçiririk. Sona İsmayılovanının Xaqani Şirvaniyə həsr etdiyi “Sözün xaqanı” tarixi romanı bu silsilə tədbirlərdən ilkidir.

Tədbirdə çıxış edənlər AMEA-nın Ədəbiyyat İnstuitutunun əməkdaşları – filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadə və filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, Xızı rayon Giləzi qəsəbə M.Müşfiq adına tam orta məktəbin direktoru, “Tərəqqi” medalı mükafatçısı Svetlana Rüstəmova, “Qızıl Zəngilan” jurnalının təsisçisi və baş redaktoru, yazıçı Tarverdi Abbasov,  filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı, araşdırmaçı-yazar Əli Vəliyev, yazıçı Samir Abdullayev, şair Sevda Muradəliyeva, şair Xəzər Hikmətoğlu və  digərləri “Sözün xaqanı” romanı haqqında maraqlı fikirlər söylədilər və Sona xanım İsmayılovaya yaradıcılığında uğurlar arzuladılar. Bu əsər oxucularına təkcə tarixi roman kimi deyil, həm də dahi şairin həyatı, yaradıcılığı və yaşadığı dövrün ictimai mühiti bədii dillə təqdim olunması iştirakçılar tərəfindən xüsusilə qeyd olundu. Bildirildi ki, əsər yalnız tarixi hadisələri təsvir etməklə kifayətlənmir, həm də söz sənətinin gücünü, dövrün ictimai düşüncəsini və mənəvi dəyərlərini oxucuya çatdırır.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin və  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ASKEF Azərbaycan və Orta Asiya başkanı,  bir çox ölkələrin yazıçılar birliklərinin üzvü, çoxlu mükafatlar sahibi, Turan sevdalı Sona xanım İsmayılova çıxış edərək tədbirin təşkilatçılarına, xüsusən də Həbib müəllimə, bütün tədbir iştirakçılarına təşəkkür etdi və bu əsərin ərsəyə gəlməsindən danışdı. Dahi şairin  XII əsrdə yaşadığı ərazilərdə, dövlətlərdə olduğunu, 18 gün Təbrizdə yaşadığını, Şamaxıdan Təbrizə kimi şairin keçdiyi maraqlı həyatını birlikdə yaşadığını vurğuladı və roman yazılıb qurtarana kim özünü XII əsrdə olduğunu vurğuladı. Bu roman artıq Türk, Özbək, Gürcü, Qırğız, Qazax dillərinə tərcümə edildiyin və orada da böyük maraq göstərildiyindən danışdı.

Əli Vəliyev AzTU-nun Humanitar fənlər kafedrasına Aşıq Ələsgərin seçilmiş əsərləri, Aşıq Alının seçilmiş əsərləri, XIX əsr İrəvan mətbəxi, Xalq bankın həyata keçirdiyi “Xalq əmanəti” kitabları silsiləsindən çap olunmuş Cənubi Azərbaycan peziyası kitablarını hədiyyə etdi. Sonda xatirə şəkilləri çəkildi.

Əli Vəliyev,

ASKEF Qərbi Azərbaycan təmsilçisi, araşdırmaçı-yazar

Məqaləyə dair fotomateriallar:

 

  

 

PAYLAŞIN:

Continue Reading

Previous: İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər
Next: Tramp İranla müharibədə məğlub olacaq

OXŞAR MÖVZULAR

gömrük-keçid

Quru sərhədlər bu şəxslər üçün açıla bilər

admin 17/04/2026
avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.