Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 17
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir”

“Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir”

admin 17/03/2026
devlet-baxcali

 

“Sionist-imperialist mənşəli müharibə və cinayət maşınının davamlı şəkildə müsəlman qanı tökməsi birtərəfli zülm nümunəsidir…”

Türkiyədə hakim koalisiyanın tərəfdaşı olan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr bütün regionu böyük gərginliklə üz-üzə qoyub.

Baxçalı qeyd edib ki, region ölkələrinin taleyi bir-biri ilə sıx bağlıdır.

MHP lideri çıxışında müsəlman dünyasının hazırkı vəziyyətinə də toxunub.

Onun sözlərinə görə, İslam aləmi Ramazan ayının son günlərini yaşasa da, regionda davam edən müharibə və toqquşmalar bu müqəddəs dövrün sülh və sakitliyini pozub:  “Sionist-imperialist mənşəli müharibə və cinayət maşınının davamlı şəkildə müsəlman qanı tökməsi, bununla yanaşı İslam coğrafiyasını müharibə və qarşıdurma meydanına çevirməsi vəhşi xarakterli, sarsıdıcı bir qısır dövr olduğu qədər dözülməsi mümkün olmayan birtərəfli zülm nümunəsidir. Gəldiyimiz bu mərhələdə inanc azadlığımıza, insan olmağımızdan qaynaqlanan tarixi haqlarımıza sahib çıxmadığımız və ya çıxa bilmədiyimiz təqdirdə, varlığımızın və həyati maraqlarımızın mərhələ-mərhələ tapdalanacağı çox açıqdır.

Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir. Ankara ilə Bağdad və Şamın, Qüds ilə Qəzzanın taleyi eyni ortaq məxrəc üzərində birləşir. On beş gündür bağlı saxlanılan ilk qibləmiz Əqsa Məscidinın hüznü hamımızın, müsəlmanam deyən hər kəsin ürək ağrısıdır. Bu zülm mütləq sona çatmalıdır.

Arzum budur ki, sionist-imperialist tələlərin qaranlıq dəhlizlərinə düşmədən, qardaşlıq şüurunun möhkəmlənməsi ilə toparlanaq, baxış bucağımızı örtən kabus buludlarını imanımızın etibar və ləyaqəti ilə dağıdaq.

Bu günün Qədr gecəsində – onun qədir-qiymətini layiqincə dərk etməyi ümid etdiyim bu mübarək gecədə – özümüzə dönərək səhvlərin harada edildiyini, boşluqların harada yarandığını, zəifliklərin harada üzə çıxdığını təmiz bir vicdanla müəyyənləşdirib buna uyğun tədbirlər görmək tarixi məsuliyyətdir.

Əziz Türk millətinin, Türk-İslam aləminin, ölkə daxilində və xaricdə yaşayan bütün dəyərli vətəndaşlarımızın mübarək Qədr gecəsini təbrik edir, dualarımızın və ortaq hədəflərimizin eyni niyyət və səmimiyyətlə bir araya gəlməsini diləyirəm. Qədr gecəmiz mübarək olsun. Uca Allahdan Türk millətinin və könül-mədəniyyət coğrafiyalarımızda şərəfli həyat uğrunda mübarizə aparan qardaşlarımızın yar və yardımçısı olmasını diləyirəm”.

O, həmçinin Yaxın Şərqdə artan gərginliyin bütün region üçün ciddi təhlükə yaratdığını qeyd edib. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI
Next: Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

OXŞAR MÖVZULAR

uran-iir

İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur…

admin 17/04/2026
ai-b

Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur?

admin 17/04/2026
tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.