Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 18
  • “Bəsic” məntəqələri niyə vurulur? – ABŞ-nin daxili xaos və iflic strategiyası

“Bəsic” məntəqələri niyə vurulur? – ABŞ-nin daxili xaos və iflic strategiyası

admin 18/03/2026
iran-tahran

 

Yaxın Şərqdə alovlanan müharibə artıq İran rejimi üçün varlıq və yoxluq savaşına çevrilməkdədir. ABŞ və müttəfiqlərinin İrana qarşı hərbi strategiyası hər keçən gün daha da sərtləşir və əməliyyatların coğrafiyası İranın iqtisadi can damarlarını hədəfə almağa başlayır. Xüsusilə, İranın neft ixracatının “ürəyi” hesab olunan Xarq adasının hədəf seçilməsi və mümkün nəzarətə götürülmə planları Vaşinqtonun Tehranı diz çökdürmək üçün masaya qoyduğu ən radikal addımlardan biridir. Bu addım sadəcə hərbi müdaxilə deyil, həm də rejimin maliyyə sütunlarını tamamilə dağıtmağa hesablanmış strateji gedişdir.

Mövzu ilə bağlı danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, ABŞ İrana qarşı tətbiq etdiyi çoxmərhələli planın detallarını açıqlayıb.

Ekspert bildirib ki, Xarq adasının vurulması və nəzarətə götürülmək niyyəti ABŞ-nin rejimin dirənişini qırmaq hədəfinə gedən yolda “C planı” kimi dəyərləndirilə bilər:

“ABŞ-nin strategiyasında A planı – Xameneinin fiziki olaraq aradan qaldırılması və kütləvi hava zərbələri ilə rejimin dərhal təslim olması idi ki, bu ssenari hələlik baş tutmadı.

B planı isə daxili etnik faktorları, xüsusilə kürd silahlı qruplarını hərəkətə gətirməklə daxili xaos yaratmaq variantı idi. Bu plan hələ rəfə qaldırılmasa da, müəyyən səbəblərdən təxirə salındı.

Hazırda isə biz C planı-nın icrasını müşahidə edirik. Bu planın əsas mahiyyəti İranın ən böyük gəlir mənbəyi olan neft ixracını sıfırlamaq və rejimin maliyyə damarlarını kəsməkdir. İranın neft ixracının 90 faizini təmin edən Xarq adasının hədəfə alınması məhz buna hesablanıb”.

Asif Nərimanlı

Asif Nərimanlı vurğulayıb ki, Donald Trampın bəyanatları Tehran üçün son xəbərdarlıq xarakteri daşıyır:

“Tramp hələlik adadakı hərbi hədəflərə zərbə endirdiklərini bildirsə də, mesajı aydındır: Əgər İran Hörmüz boğazında gəmilərin keçidinə maneə yaradarsa, ABŞ bütün neft infrastrukturunu yerlə-yeksan edəcək. Bu, təkcə hədə-qorxu deyil, real müharibənin yeni mərhələsidir.

Burada iki əsas ehtimal var: ya hərbi hədəflər məhv edildikdən sonra xüsusi təyinatlı qüvvələrin (desantın) yeridilməsi ilə ada birbaşa nəzarətə götürüləcək, ya da neft infrastrukturu tamamilə sıradan çıxarılacaq. Hər iki halda hədəf İranı gəlirsiz qoymaq, ölkədə iqtisadi çöküş yaratmaq və nəticədə hakimiyyəti ‘küçə təzyiqi’ ilə üz-üzə qoymaqdır”.

Siyasi şərhçi daxili müqavimət mexanizmlərinə də toxunaraq maraqlı bir məqamı qeyd edib:

“Hava zərbələri zamanı xüsusi olaraq “Bəsic” məntəqələrinin hədəf alınması təsadüfi deyil. Bu, İranda gözlənilən mümkün daxili etirazlar zamanı rejimin xalqın qarşısına çıxara biləcəyi müqavimət qüvvələrini indidən zəiflətmək məqsədi daşıyır. Yəni ABŞ həm xaricdən hərbi, həm də daxildən sosial təzyiqlə Tehranı çökdürməyə çalışır. Lakin İranın da bu ssenariyə qarşı öz ‘əks-gedişləri’ ola bilər. Müctəba Xameneinin işarə etdiyi ‘yeni cəbhələrin’ açılması, müharibənin proksilər vasitəsilə digər regionlara sıçraması İranın sonuncu müdafiə xətti ola bilər”./nocomment.az

PAYLAŞIN:

Continue Reading

Previous: Bahalaşma dalğası Azərbaycana da çatdı – Qiymətlər artır
Next: Trampın “məxfi planı” və Avropanın qorxusu: İranda böyük final yaxınlaşır?

OXŞAR MÖVZULAR

0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026
amerika

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid…

admin 01/05/2026
abş-ukr

Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.