Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 31
  • Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsinə ayrılan milyonlardan kimlər daha çox faydalanır

Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsinə ayrılan milyonlardan kimlər daha çox faydalanır

admin 31/03/2026
tebib-nurlan

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssələri, rayon Mərkəzi Xəstəxanaları tərəfindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tender və kotirovka sorğuları ətrafında araşdırma aparmalı olduq.

Qeyd edək ki, tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə ən çox satınalmaların qalibi olan şirkətlərin biri də “BT TEXNO SERVİS” MMC-dir. Bu şirkət 14.04.2025-ci ildən 22.05.2025-ci ilə qədər “BT TEXNO SERVİS” MMC 23 satınalma müsabiqəsinin qalibi seçilib.

TƏBİB-ə tabeli rayon Mərkəzi Xəstəxanaları isə daha çox “ECO LOGİSTİCS” Məhdud Məsuliyyətli  Cəmiyyəti ilə müqavilə bağlayıb.

Şəmkir rayon Mərkəzi Xəstəxanası müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsinə 145.019,19 manat, eyni xidmətləri göstərmək üçün Cəbrayıl xəstəxanası 16.271,16, Ağstafa xəstəxanası 68.374,78, Kürdəmir xəstəxanası 82.807,68, Bərdə xəstəxanası 268.149,15, Ağdaş xəstəxanası 104.350,35, Şəki xəstəxanası 152.362,54, Mingəçevir xəstəxanası 197.163,9, Qazax xəstəxanası 251.292,32, İsmayıllı xəstəxanası 56.779,69, Naftalan xəstəxanası 16.661,81, Qax xəstəxanası 54.034,56, Yevlax xəstəxanası 194.857,77, Daşkəsən xəstəxanası 8.918,68, Zaqatala xəstəxanası 91.094,04 manat dəyərində satınalma müqavilələri bağlayıblar.

Göründüyü kimi TƏBİB-ə tabeli 15 rayon Mərkəzi Xəstəxanaları “ECO LOGİSTİCS” MMC ilə 16.04.2025-ci ildən 03.07.2025-ci ilə qədər ümumi dəyəri 1 708 130 mant olan satınalma müqavilələri bağlayıblar.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ECO LOGİSTİCS”  (VÖEN: 1504055871)  Məhdud Məsuliyyətli  Cəmiyyətinin 22.05.2018-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10o manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XOCALI ev.13A qanuni təmsilçisi kimi isə Astanov Akif Adil oğlu qeyd olunub.

Reyestr məlumatlarında MMC-nin “LV SHIPPING CASPIAN”  kimi dövlət qeydiyyatına alındığı göstərilir. 04.05.2023-cü ildən “ECO LOGİSTİCS” MMC kimi fəaliyyət göstərir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Rzayev Məhəmməd Həsən oğlu olub. Daha sonra Mirzəyev Teymur Məsləhətulla oğlu  MMC-nin qanuni təmsilçiləri olub.

Apardığımız ətraflı araşdırmalar zamanı məlum oldu ki, daha əvvəllər müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsni TƏBİB-in “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi həyata keçirib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üzrə “AZLOGİSTİKA and MANAGEMENT SERVİCES” Açıq Səhmdar Cəmiyyəti Cəmiyyəti ilə bir mənbədən satınalma metodu tətbiq etməklə 2.622.898,1 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında  28.08.2024-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 26.08.2024-cü il, bitmə tarixi 28.02.2025-ci ilə müəyyən edilib.

Göründüyü kimi “İnnovasiya və Təchizat Mərkəzi” 7 ay tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətinə 2,5 milyon manatdan çox dövlət vəsaiti ayırıb.

Apardığımız araşdırma zamanı məlum oldu ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların dataşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üzrə “LV SHIPPING CASPIAN”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.920.484 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında  06.04.2023-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 03.04.2023-cü il, bitmə tarixi 30.06.2024-cü ilə müəyyən edilib.

Göründüyü kimi TƏBİB-in  “İnnovasiya və Təchizat Mərkəzi” 16 milyon manat dəyərində bağladığı müqavilənin vaxtının 30.06.2024-cü ildə bitdiyi göstərilir. Novbəti müqavilənin başlanması isə 26.08.2024-cü il göstərilir. Sual yaranır. 2024-cü ilin iyul, avqqust aylarında müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi necə həyata keçirilib?

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə eyni məqsədlə 2022-ci ildə “LV SHIPPING CASPIAN”  (hazırki “ECO LOGİSTİCS”) MMC ilə 10.395.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında  05.04.2022-ci ildə dərc edilib. Müqavilənin başlanma tarixi 30.03.2022-cü il, bitmə tarixi 31.12.2022-cü ilə müəyyən edilib. TƏBİB isə 2023-cü ildə tibbi tullantıların daşınması xidməti üzrə bağladığı müqaviləni 03.04.2023-cü ildən başlayıb. 2023-cü ilin yanvar aprel aylarında tibbi tullantıların daşınması xidməti necə həyata keçirilib?

Bu MMC-lərin müvafiq tələblərə cavab verən işçi qüvvəsində tullantıların daşınması və zərərsizləşdirilməsi sahəsində təcrübəli operatorlarının, təchizatçının şəxsi mülkiyyətində olan yandırma qurğusunun olub,olması da sual altındar.

Qeyd edək ki, tibbi tullantıların zərərsizləşdirilməsi prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhərinin yaxınlığında, Bakı-Quba şossesinin 33-cü km-i Pirəkeşkül qəsəbəsindəki poliqonda həyata keçirilir.

Mexanizm isə çox sadə qurulub. “ECO LOGİSTİCS” MMC-nin sifariş aldığı rayonların hər birinə ayrı xüsusi avtomobil göndərmir. Belə olsa “ECO LOGİSTİCS” MMC-nin 30-dan çox xüsusi avtomobili və əmək müqaviləsi ilə çalışan əvəzedici ilə birlikdə 60-dan çox sürücüsü olmalıdır. Təbii ki bu texniki baza “ECO LOGİSTİCS” MMC-də olmadığından hər həftə rayon mərkəzi xəstəxanalırından  tibbi tullantıları götürərək zərərsizləşdirilməsi üçün Pirəkeşkül qəsəbəsindəki poliqona daşıyır.  Bir-birinə yaxın rayonların xəstəxanalardan eyni vaxtda, eyni avtomobildə. Amma müqavilədə isə daşınma xidməti üçün qiymətlər şişirdilir. Güya şirkətin avtomobili tibbi tullantıları hər bir xəstəxanadan ayrı götürür.

Satınalmaların portalında dərc edilmiş məlumatlardan da göründüyü kimi 05.04.2022-ci ildən 28.08.2024-cü ilə qədər TƏBİB-in tabeliyinə olan dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların dataşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınmasına ümumi olaraq 29 938 382 manat dəyərində müqavilələr bağlanılıb. Bu vəsitlərin həqiqətən də tibbi tullantıların daşınması və zərərsizləşdirilməsnə xərclənməsi heç də real görünmür. Çünki, xəstəxanalarda tibbi tullantıların həcmini əvvəlcədən müəyyən etmək çox çətindir. Odur ki, tbbi tullantıların həcmi formal olaraq yazılır, yaxud da şişirdilir. Nəticədə isə xəstəxana rəhbərlərinə pasientlərdən topladığı rüşvətdən əlavə qazanc yeri də açılır.

Təbii ki, onlara bu şəraiti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev yaradır. TƏBİB rəsmiləri, xüsusən də TƏBİB-in “İnnovasiya və Təchizat Mərkəzi”nin direktoru Nurlan Quliyev bundan bəhrələnirlər. Qeyd edək ki, Nurlan Quliyev 2023-cü ilin iyun ayından “İnnovasiya və Təchizat Mərkəzi”nin direktorudur. Medianın yaydığı məlumatlara görə Nurlan Quliyevin yüksəlişi birbaşa Zaur Əliyevin himayəsi ilə bağlıdır. Vaxtı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Satınalma və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb. Məlumatlara görə Zaur Əliyevin kadrı olaraq TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun vurulmasında da böyük rolu olub.

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ-da etiraz dalğası: Müharibə dayanacaq, yoxsa gərginlik artacaq?
Next: Azərbaycanda iş yerlərində ayrı-seçkilik və qısnamaya qarşı hüquqi baza gücləndirilə bilər

OXŞAR MÖVZULAR

saleh məmmədov

Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib

admin 01/05/2026
afaq-eliyeva

ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı

admin 01/05/2026
yasar-omerov-1

Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.