Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 1
  • Qızılın qiyməti niyə “oynayır”?: “Qarşıdakı aylarda bahalaşma…”

Qızılın qiyməti niyə “oynayır”?: “Qarşıdakı aylarda bahalaşma…”

admin 01/04/2026
qızıl-sep

“Qarşıdakı aylarda qızıl bazarında orta müddətli perspektiv üzrə müsbət fundamental fonun qalacağı gözlənilsə də, qısamüddətli mərhələdə yüksək risk, kəskin qiymət dəyişkənliyi və həssas bazar davranışının davam edəcəyi ehtimal olunur”.

Bunu Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov açıqlamasında qiymətli metal bazarındakı hazırkı durumu şərh edərkən deyib.

media-media-media-yenicag-manset-20-n5p12o-2ugef0

O, son həftələrdə qızıl bazarında qiymətlərin enməsi fonunda qarşıdakı aylar üçün vəziyyəti belə proqnozlaşdırıb:

“Qiymətli metallar bazarında hazırkı vəziyyət onu göstərir ki, uzunmüddətli perspektivdə qiymətləri dəstəkləyən fundamental amillər  mərkəzi bankların davamlı alışları, artan geosiyasi risklər, kapitalın qoruyucu aktivlərə yönəlməsi və inflyasiya risklərinə qarşı tələbat  öz qüvvəsini saxlayır. Bununla yanaşı, qısamüddətli dövrdə bazarda kəskin qiymət dalğalanmaları müşahidə olunur. Mövcud geriçəkilmənin başlıca səbəbləri yüksək neft qiymətləri, inflyasiya təzyiqinin güclənməsi, ABŞ dollarının möhkəmlənməsi və faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə saxlanılacağına dair gözləntilərlə bağlıdır. Adətən geosiyasi gərginliyin artması qızılın qiymətini dəstəkləyən amil kimi çıxış edir. Lakin hazırkı mərhələdə neftin bahalaşması inflyasiya risklərini artırıb və bu, bazarda ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxın müddətdə faiz endiriminə getməyəcəyi ilə bağlı gözləntiləri gücləndirib. Nəticədə, yüksək faiz mühiti fonunda gəlirlilik təklif edən maliyyə alətləri daha cəlbedici görünür və bu amil qızılın qiymətinə təzyiq göstərir”.

Ekspert mərkəzi bankların tələbinin bazarı dəstəkləyən əsas amillərdən biri olaraq qaldığını bildirib:

“Bir qayda olaraq, geosiyasi gərginliyin zəifləməsindən sonra qeyri-müəyyənliyin azalması fonunda qızıl və gümüş üzrə bərpa meyilləri güclənə bilir. Lakin bu dəfə proses fərqli istiqamətdə inkişaf edib: geosiyasi risklərin fonunda neftin bahalaşması inflyasiya təzyiqini artırıb, bu isə faiz dərəcələrinin yüksək səviyyədə qalacağı ehtimalını ön plana çıxarıb və nəticə etibarilə qızılın qiymət dinamikasına mənfi təsir göstərib. Mərkəzi banklar 2025-ci ildə 900 tona yaxın qızıl alıblar 2026-cı ilin yanvarında alış tempi nisbətən zəifləsə də, tələb davam edib”.

R.Əmircanov qarşıdakı aylar üzrə baza ssenarisini də açıqlayıb. O, qızıl qiymətlərinin sabit və xətti artım trayektoriyası üzrə deyil, yüksək dəyişkənlik şəraitində eniş və yüksəlişlərlə hərəkət etməyə davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, geosiyasi gərginliyin uzanması, dolların zəifləməsi və faiz siyasəti ilə bağlı sərt gözləntilərin yumşalması halında 5000 dollar və daha yüksək səviyyələr yenidən real hədəf kimi gündəmə gələ bilər.

“Azərbaycan bazarı baxımından beynəlxalq bazarda baş verən dəyişikliklər daxili bazara da birbaşa təsir göstərir, hərçənd bu ötürülmə mexanizmi bəzi hallarda zaman fərqi ilə özünü büruzə verir. Eyni zamanda, pərakəndə seqmentdə zinət əşyalarının qiyməti yalnız qlobal qızıl qiymətləri ilə deyil, həm də işçilik xərcləri, əyar göstəricisi və ticarət marjası ilə müəyyən olunur”, — deyə ekspert vurğulayıb./ Yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib
Next: Mərkəzi Bank faiz dərəcəsini aşağı salacaq?

OXŞAR MÖVZULAR

manat_mü

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

admin 30/04/2026
qeza-ilham

Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?..

admin 30/04/2026
adnaa

ADNA-da törədilən terror aktından 17 il ötür

admin 30/04/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.