Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 6
  • Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə icarə müqaviləsini hansı əsaslarla bağlayib

Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə icarə müqaviləsini hansı əsaslarla bağlayib

admin 06/04/2026
qazax-tovuz-regional-tehsil

 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə binanın İcarəyə götürülməsi üzrə “UNİKAMP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 78.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 03.04.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin icarəyə götürdüyü bina Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşir. 2026-cı ilin aprel ayının 1-dən dekabrın 31-nə qədər olan 9 aylıq dövrü əhatə edən bu müqavilə, aylıq icarə haqqının təxminən 8.600 manatdan çox olduğunu göstərir ki, bu da region üçün kifayət qədər yüksək göstərici hesab oluna bilər.

Apardığımız araşdırma zamanı məlum oldi ki, “UNİKAMP” MMC Şəmkirdə Qazax-Tovuz Regional Təhsil İdarəsindən əlavə Şəmkir rayon Kimya-Biologiya Təmayüllü Liseyi ilə də 10.05.2024-cü ildə 60.000 manat dəyərində icarə müqaviləsi bağlayıb. Şəmkir rayon Kimya-Biologiya Təmayüllü Liseyi  Şəmkir rayonu Dəllər şəhər tipli qəsəbəsi N.Nərimanov ev 3-də yerləşir. Liseyin direktoru Səməndər Həsənovdur.

Maraqlıdır, Bakı şəhərində qeydiyyatda olub, Şəmkirin Dəllər qəsəbəsində bina icarəyə verən kimdir?

Qeyd edək ki, “UNİKAMP”  (VÖEN: 1701551681) Məhdud Məsuliyyətli Cəmiyyətinin 06.12.2013-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev.55, m.23, qanuni təmsilçisi kimi isə Rəfiyev Adil Arif oğlu qeyd olunub.

Qeyd edək ki, “UNİKAMP” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Nuriyev Elşad Nuru oğlu olub. Daha sonra Quliyev İlkin Saleh oğlu, Əliyev Azər Aqil oğlu müxtəlif vaxtlarda MMC-nin qanuni təmsilçiləri olublar.

MMC-yə reyestrdən son dəfə verilmiş çıxarışın tarixi 03.06.2021-ci il göstərilir. Vergi ödəyicisi olaraq MMC hazırda passiv vəziyyətdədir.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “UNİKAMP” MMC-nin vergi ödəyicisi olaraq VÖEN-i passiv durumdadır.

Mətbuata açıqlamalarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov bildirir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.

Belə olan halda Qazax-Tovuz Regional Təhsil İdarəsi fəaliyyəti dayandırılmış hüquqi şəxsin, “UNİKAMP” MMC-nin vergidən yayınmasına şərait yaratmış olub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Dadaşov Vüqar İsrəfil oğludur.

Vüqar Dadaşov 2005-ci ildə Bakı Dövlət universitetinin bakalavr səviyyəsini “Tarix” ixtisası üzrə bitirmişdir. 2016-cı ildən 2020-ci ilə qədər Neftçala şəhər 3 saylı tam orta məktəbində direktor vəzifəsində işləmişdir. 2020-ci ildə Neftçala Rayon Təhsil Şöbəsinə müdir təyin olunmuşdur. 2022-ci ilin may –avqust ayları ərzində Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri vəzifəsində çalışmışdır.

Vüqar Dadaşov 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri, 2023-2024-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri işləyib. Daha sonra  o, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib. 2025-ci ilin aprelindən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Göründüyü kimi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi hansı məqsədlə icarəyə götürdüyü bəlli olmayan bir obyektin istifadəsinə Şəmkir rayonunda ayda 9 min manata yaxın dövlət vəsaiti ayırıb. Bu həddindən artıq şişirdilmiş bir rəqəmdir. Həm də vergi ödəyicisi olaraq VÖEN-i passiv durumda olan bir şirkətlə müqavilə bağlayıb. Bu şirkət nəinki satınalmada qalib olmalı, əslində dərhal kənarlaşdırılmalı idi. Amm göründüyü kimi Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi buna şərait yaradıb.Maraqlıdır, nəyin müqabilində.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Sağlığında məzarı üşün şəkil çəkdirən, mayor rütbəsi almağından xəbərsiz halda əbədiyyətə qovuşan şəhid
Next: Maaşlarla bağlı mühüm dəyişiklik OLACAQ

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.