Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 7
  • Azərbaycan istənilən ssenariyə hazır olmalıdır

Azərbaycan istənilən ssenariyə hazır olmalıdır

admin 07/04/2026
baku-fl

 

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi gərginlik pik həddə çatıb. Baş nazir, hakim blokun namizədi Nikol Paşinyan ilə müxalifətin, xüsusilə rusiyayönümlü qüvvələrin əsas fiquru Robert Köçəryan arasında sözlü qarşıdurma daha da artıb. Tərəflər bir-birinə qarşı sərt ifadələr işlədirlər. Paşinyan isə açıq şəkildə bəyan edib ki, Robert Köçəryan və rusiyayönümlü qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanla sentyabr ayında müharibə başlaya bilər.

Mövzu ilə bağlı açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Qərb və Rusiya hazırkı mərhələdə Avropa İttifaqı ilə Rusiya maraqlarının toqquşduğu və müdaxilə imkanlarının mövcud olduğu hər bir regiondan maksimum şəkildə istifadə etməyə çalışdığını bildirib.
O qeyd edib ki, 2018-ci ildə Qərbin dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyanın zamanında itirilmiş imkanlarını Rusiya yenidən dəyərləndirmək niyyətindədir:
“Bunun üçün ən əlverişli şərait kimi Ermənistanda gözlənilən parlament seçkiləri ön plana çıxır. Paşinyanın Moskvaya səfəri zamanı Vladimir Putin açıq şəkildə Rusiya yönümlü siyasətçilərə dəstəyini ifadə edib. Paşinyan öz növbəsində mövqeyini ortaya qoysa da, daha çox münasibətləri gərginləşdirməməyə fokuslanıb. Aydındır ki, Rusiya Cənubi Qafqazda təsir rıçaqlarını zəiflətmək niyyətində deyil. Bu səbəbdən də ənənəvi təzyiq vasitələrindən biri olan qaz amilindən istifadə etməklə Ermənistana aydın mesaj verib. Azərbaycanın yaratdığı yeni reallıqlar onu göstərir ki, Rusiya artıq Qarabağ kartı vasitəsilə regionu əvvəlki kimi idarə edə bilmir. Qarabağ məsələsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş regional kontekst üçün yeni reallıqlar formalaşdırıb. Nikol Paşinyan və komandası tərəfindən verilən bəyanatlar göstərir ki, onlar Azərbaycanla münasibətləri gərginləşdirməmək xəttini seçiblər. Bu kontekstdə Alen Simonyan hər iki ölkəni bir-birinin təhlükəsizliyinin təminatçısı kimi görür”.
Ş.Həsənovnın sözlərinə görə, proseslər daxili siyasətə də təsirsiz ötüşmür:
“Prezident İlham Əliyevin Gürcüstana səfəri, daxili siyasətdə baş verən dəyişikliklər və atılan addımlar Azərbaycanın regional proseslərdə aktiv mövqe tutduğunu göstərir. Təbii ki, Robert Köçəryan və revanşist qüvvələrin hakimiyyətə gəlməsi arzuolunan deyil. Azərbaycanın isə Ermənistanla imzaladığı sənədlər konkret hakimiyyətə deyil, Ermənistan dövlətinə aiddir. Bununla belə, revanşist ritorikanın yenidən gücləndirilməsi müsbət nəticələr vəd etmir. Mövcud vəziyyətdə Paşinyan komandasının seçkilərdə qalib gəlməsi daha real görünür. Rusiya müəyyən təsir göstərməyə çalışsa da görünür ki, Ermənistan cəmiyyəti seçimində Paşinyana üstünlük verəcək. Reallıqlar göstərir ki, Azərbaycan istənilən ssenariyə hazır olmalıdır. Bu yanaşma Prezident İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb. Məhz bu səbəbdən Azərbaycanın hərbi büdcəsində artım oldu. Ermənistan da öz növbəsində hərbi potensialını yenidən nəzərdən keçirir. Bu prosesləri yalnız Ermənistan–Azərbaycan münasibətləri çərçivəsində deyil, daha geniş regional kontekstdə qiymətləndirmək lazımdır. Çünki geosiyasi dinamika sürətlə dəyişir və kifayət qədər həssasdır. Müharibə ssenarisinin özü ilə yanaşı, onun ehtimalı belə Ermənistan üçün ciddi risklər yaradır. 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları zamanı tərəflər arasında mövcud fərq açıq şəkildə görünmüşdü. Azərbaycan yalnız Ermənistanla münasibətlər baxımından deyil, ümumilikdə regional və qlobal proseslər kontekstində də istənilən ssenariyə hazırdır. Bununla belə, ölkənin siyasəti və ritorikası müharibə deyil, sülh üzərində qurulub. Mövcud hakimiyyətinin bəyanatları da bu istiqamətdədir. Bununla yanaşı, güclü olmaq və müdafiə qabiliyyətini qorumaq strateji prioritet olaraq qalır. Paşinyanın bu yanaşması həm regional aktorlarla balans yaratmaq, həm də daxili rəyi nəzərə almaq məqsədi daşıyır. Ümumiyyətlə, heç bir cəmiyyət müharibə istəmir. Azərbaycanın yaratdığı reallıqlar Ermənistan cəmiyyətində xüsusilə müharibə ehtimalına qarşı ciddi həssaslıq formalaşdırıb. Bu baxımdan, Paşinyan həm daxili, həm də xarici auditoriyaya sülh və quruculuq gündəmini önə çıxarmağa çalışır”./pravda.az
PAYLAŞIN:

Continue Reading

Previous: Kredit bazarında yeni mexanizm: Bu sistemdən kim nə qazanacaq?
Next: UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026
  • Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 22/05/2026
  • Anar Quliyev: “WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir” 22/05/2026
  • Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı 22/05/2026
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” 22/05/2026
  • Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? 22/05/2026
  • Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq 22/05/2026
  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.