Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 7
  • Zelenskinin Yaxın Şərq “yürüşü” – Dəməşq səfəri Moskva və Tehran üçün niyə “siqnal” sayılır?

Zelenskinin Yaxın Şərq “yürüşü” – Dəməşq səfəri Moskva və Tehran üçün niyə “siqnal” sayılır?

admin 07/04/2026
şara-zel

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin Yaxın Şərqə ardıcıl səfərləri regionda yeni siyasi dinamikanın formalaşdığını göstərir. Türkiyədən sonra gözlənilmədən Suriyaya səfər edən Ukrayna lideri həm diplomatik əlaqələri genişləndirməyə, həm də Rusiyanın bölgədəki təsirinə qarşı yeni cəbhə açmağa çalışır. Bu aktivlik isə xüsusilə Tehranda ciddi narahatlıqla qarşılanır.

Zelenski ötən həftə yeni xarici səfərə çıxaraq əvvəlcə Türkiyəyə gedib və burada Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüş keçirib. Danışıqlardan dərhal sonra isə Ukrayna lideri gözlənilməz addım ataraq Suriyaya yollanıb.

Dəməşqdə Zelenski Suriyanın yeni Prezidenti Əhməd əş-Şaraa ilə həm ikitərəfli, həm də üçtərəfli – Ukrayna–Suriya–Türkiyə formatında görüşlər keçirib.

Ukrayna Prezidenti sosial şəbəkə hesabında səfərin nəticələrini belə şərh edib: təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, regiondakı vəziyyət, o cümlədən İran ətrafında baş verən hadisələr, enerji və infrastruktur layihələri geniş şəkildə müzakirə olunub.

Zelenski bildirib ki, Ukrayna Suriyanın sabitləşməsi və inkişafına dəstək verməyə hazırdır və iki ölkə arasında yeni əməkdaşlıq mərhələsi başlayır.

Müşahidəçilərin fikrincə, Zelenskinin bu fəallığı təsadüfi deyil. ABŞ dəstəyinin əvvəlki kimi təmin olunmadığı bir dövrdə Ukrayna rəhbərliyi diplomatik əlaqələri maksimum genişləndirməyə çalışır. Bu strategiya çərçivəsində Kiyev xüsusilə Rusiya ilə münasibətləri tam pozulmamış ölkələrlə əlaqələri gücləndirmək, neytral mövqe tutan dövlətləri öz tərəfinə çəkmək, beynəlxalq arenada manevr imkanlarını artırmaq məqsədi güdür.

Bu baxımdan Yaxın Şərq Ukrayna üçün yeni və perspektivli istiqamət kimi çıxış edir.

Suriyada hakimiyyətə yeni gəlmiş Əhməd əş-Şaraa üçün də Ukrayna ilə əməkdaşlıq müəyyən üstünlüklər vəd edir.

Məlumdur ki, Suriyanın silah arsenalı əsasən Rusiya istehsalı olan, sovet dövründən qalma sistemlərə əsaslanır. Bu isə Dəməşqin Moskva qarşısında asılılığını qoruyub saxlayır.

Müşahidəçilərin fikrincə, yeni Suriya rəhbərliyi silah təchizatını şaxələndirmək, Türkiyə və digər ölkələrlə hərbi əməkdaşlığı genişləndirmək, Rusiyadan asılılığı mərhələli şəkildə azaltmaq niyyətindədir. 

Bu kontekstdə Ukrayna özünü alternativ tərəfdaş kimi təqdim edir. Kiyev Suriyaya dron texnologiyaları, hava hücumundan müdafiə üzrə təcrübə, müasir müharibə taktikası sahəsində biliklər təklif edə bilər.

Ekspertlərin vurğuladığı kimi, Ukraynanın əsas üstünlüyü yalnız texnologiya deyil, həm də real döyüş təcrübəsidir.

Rusiya ilə müharibə fonunda Ukrayna ordusu dronlardan geniş istifadə, müdafiə sistemlərinin effektiv təşkili və çevik taktiki yanaşmalar baxımından ciddi təcrübə toplayıb.

Bu təcrübə Yaxın Şərq ölkələri, o cümlədən Suriya üçün maraqlı hesab olunur.

Analitiklər hesab edir ki, Zelenskinin Dəməşqə səfəri Rusiyanın Yaxın Şərqdəki mövqelərinə dolayı zərbədir. Hazırda Suriyada Rusiyanın hərbi mövcudluğu davam edir – Tartus və Hmeymimdə hərbi bazalar fəaliyyət göstərir. Lakin yeni hakimiyyətin bu mövcudluğa uzunmüddətli perspektivdə necə yanaşacağı sual altındadır. Məlumata görə, rəsmi Dəməşq formal olaraq bu bazaların saxlanmasına razılıq versə də, strateji baxımdan onların gələcəyini yenidən nəzərdən keçirmək istəyir. Bu şəraitdə Ukraynanın regionda fəallaşması Moskva üçün əlavə risk yaradır.

Zelenskinin Yaxın Şərq turu xüsusilə İranda ciddi narazılıq doğurub. Hazırda regionda ABŞ və İsrailin İrana qarşı hərbi-siyasi təzyiqinin artdığı bir dövrdə Ukraynanın aktivləşməsi Tehranda əlavə təhdid kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, Kiyev bu vəziyyətdən istifadə edərək region ölkələrinə təhlükəsizlik sahəsində əməkdaşlıq təklif edir və bununla da öz təsir imkanlarını genişləndirir.

Səfər çərçivəsində tərəflər iqtisadi və humanitar sahələri də müzakirə ediblər. Xüsusilə diqqət çəkən məqamlardan biri Suriyaya taxıl tədarükü məsələsidir. Məlumata görə, Ukrayna Rusiyanın nəzarətində olan ərazilərdən gələn qeyri-qanuni taxıl tədarüklərini əvəz etməyi təklif edir. Bununla yanaşı, Ukrayna mütəxəssislərinin Suriyada enerji infrastrukturunun bərpasında iştirak ehtimalı da gündəmdədir.

Zelenskinin Türkiyə və Suriyanı əhatə edən son səfəri göstərir ki, Ukrayna yalnız hərbi meydanda deyil, diplomatik müstəvidə də fəal strategiya həyata keçirir. Bu strategiya yeni tərəfdaşların cəlb olunmasına, beynəlxalq dəstəyin genişləndirilməsinə və Rusiyanın təsir imkanlarının zəiflədilməsinə xidmət edir.

Beləliklə, Zelenski Yaxın Şərqdə yeni geosiyasi balansın formalaşmasında aktiv oyunçuya çevrilir və bu prosesin nəticələri yaxın dövrdə daha aydın görünə bilər. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Bələdiyyə pulu nə üçün yığılır?
Next: Azərbaycandakı intensiv yağışlar aqrar sektorda məhsuldarlığa necə təsir edəcək?

OXŞAR MÖVZULAR

mucteba-xamenei

İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi

admin 29/04/2026
qallibaf

Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir

admin 29/04/2026
flag-abş-iir

“Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026
  • Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib 30/04/2026
  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.