UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iki oyunu keçirilib.
Ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Real” evdə “Bavariya” ilə üz-üzə gəlib, “Arsenal” isə səfərdə “Sportinq”in qonağı olub.
Ilk oyununda Almaniyanın “Bavariya” futbol klubu İspaniyanın “Real Madrid” komandasını 2:1 hesabı ilə məğlub edib.
Oyun Madridin “Santyaqo Bernabeu” stadionunda keçirilib.
Qalib komandanın heyətində qolları Luis Dias (41-ci dəqiqə) və Harri Keyn (46) vurublar. Məğlub komandadan isə Kilian Mbappe (74) fərqlənib.
Qeyd edək ki, “Bavariya” 2012-ci ildən bəri ilk dəfə “Real Madrid”i məğlub edib.
1/4 final mərhələsinin ilk oyunları bu hesablarla yekunlaşıb:
“Real” (İspaniya) – “Bavariya” (Almaniya) 1:2
“Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə) 0:1
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-15-də keçiriləcək.
