Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 14
  • Demoqrafik vəziyyət təhlükəli həddə: Ailələr niyə uşaq istəmir?

Demoqrafik vəziyyət təhlükəli həddə: Ailələr niyə uşaq istəmir?

admin 14/04/2026
demoqrafik
Azərbaycanda demoqrafik vəziyyət təhlükəli həddə çatıb. Hər il doğulan uşaqların sayı azalmaqda davam edir. Statistik rəqəmlərə görə, uşaqların sayı il ərzində 180 midən 60 minə enib.
Vaxti ilə 5-10 arasında dünyaya uşaq gətirən Azərbaycan ailələinin indi uşaq istəməsinin səbəbləri nədir?
İqtisadçı Akif Nəsirli  açıqlamasında bildirib ki, ailələrdə uşaq sayının azalmasının bir neçə səbəbi ola bilər:
“Bu, adətən tək bir amillə izah olunmur. Əsas faktorlar arasında iqtisadi vəziyyət, ailələrin gəlir səviyyəsi, mənzil və həyat xərclərinin artması, şəhərləşmə və insanların həyat tərzinin dəyişməsi yer alır. Bir çox ailə daha az uşaq sahibi olmağı seçir, çünki təhsil, səhiyyə və gündəlik xərclər daha yüksəkdir”.
Ekspertin fikirincə, uşaqpulu və ya sosial müavinətlər bu prosesə müəyyən təsir göstərə bilər:
“Amma adətən həlledici faktor olmur. Yəni, müavinətlərin artırılması və ya azaldılması doğum sayına təsir edə bilər, amma demoqrafik dəyişikliklərin əsas səbəbi deyil. Daha çox uzunmüddətli iqtisadi sabitlik, iş imkanları və sosial təminat sistemi rol oynayır. Həmçinin şəhərlərə köç, gec ailə qurma tendensiyası və təhsil müddətinin uzanması da doğum səviyyəsini azaldan ümumi qlobal meyllərdir. Buna görə də belə dəyişiklikləri yalnız bir səbəblə, məsələn, uşaq pulu ilə izah etmək düzgün olmaz”

Sosioloq Mail Yaqub problemin çox ciddi olduğunu vurğulayıb:
“Xüsusi ilə də vəziyyət son 5-6 ildə sürətlənib. Bunun bir səbəbi uşaqpuludur. Amma digər səbəblər də var. Müasir insanlar ya ailə qurmağı sevmirlər, ya da ailə qurandan sonra çox uşaq istəmirlər. Onların həyata baxışı dəyişib. İndi 3 uşağın olduğu ailələr çox azdır. Bu baxışı dəyişdirmək lazımdır. Necə edək? Uşaqpulunun verilməsi problemin həllində ciddi addım ola bilər. Amma digər məsələlər də var. Məsələn, sosial şəbəkələrdə özünü qadınlaşdıran, qızlaşdıran gənc oğlanlarla bağlı sərbəst təbliğat sürətlə yayılır. Anlamıram, əgər bizdə demoqrafik problem varsa, azalma görünürsə, bu kimi əxlaqsızlığı yayanların qarşısı niyə alınmır? Bəs bizim milli dəyərlərimiz? Bütün bunlar demoqrafik problemi sürətləndirir, gənc oğlanlarda kişi, ata olmaq meylini azaldır”.
Sosioloq bu məsələlərə ciddi baxmağı tövsiyyə edib:
“Bu yaxınlarda Prezident rayonlara səfər etmişdi. Prezidentin 6 uşaqlı ata ilə görüşü yaxşı bir nümunədir. Dövlətin də baxışı əhalinin artmasına yönəlib. Vəziyyət çox ciddidir. Belə getsə bizdə də Avropa ölkələri kimi əhali sayı kəskin azalacaq. 20-30 il ərzində azalma müşahidə olunacaq. Bu barədə beynəlxalq təşkilatların hesabat var idi ki, əgər vəziyyət belə davam edərsə, 2100-cü ildə Azərbaycan əhalisinin sayı 8 milyona düşəcək”.
Mail Yaqub bunun qarşısının alınması yollarından da danışıb:
“Uşaqpulunun verilməsi, ailə təbliğatının gücləndirilməsi, çoxuşaqlı ailə modelinin tətbiqi, bu mövzuda serialların, filmlərin çəkilməsi və təbliğatın aparılması lazımdır. Çoxuşaqlı ailə kriteriyalarının 5 uşaqdan 3 uşağa endirilməsi də Milli Məclisdə müzakirə olunur. Bunlar çox vacibdir və görülməlidir, yoxsa vəziyyət yaxşı olmayacaq”./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: “Talassemiya işi” üzrə təqsirləndirilən şəxslərlə bağlı kassasiya şikayəti təmin olunmayıb
Next: Birazdan Bakıda hamı kirayə qalacaq – Ev almaq sərf etmir

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.