Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə məqsədləri yalnız ərazi ələ keçirməklə məhdudlaşmır. Kreml həm də tarixi saxtalaşdırmaq və Ukraynanı öz təsir dairəsində saxlamaq niyyətindədir.
Bu barədə “The Telegraph” qəzetinin köşə yazarı Tomas Uilyams yazıb.
Müəllifin fikrincə, ABŞ Prezidenti Donald Tramp Putinin müharibəni dayandırmağa hazır olduğunu düşünsə də, Rusiya liderinin imperiya ambisiyaları buna imkan vermir.
Uilyams qeyd edir ki, Kreml ruslar, ukraynalılar və belarusların guya vahid tarixi mənşəyə malik olması barədə saxta tarixi iddialardan istifadə edir. Bu yanaşmada Kiyev vahid Şərqi Slavyan dünyasının mərkəzi kimi təqdim olunur, Ukraynanın müstəqil dövlətçiliyi isə faktiki olaraq inkar edilir.
