Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 14
  • On minlərlə insan pensiya ala bilmir… – Kimlər və niyə pensiya sistemindən kənarda qalıb?

On minlərlə insan pensiya ala bilmir… – Kimlər və niyə pensiya sistemindən kənarda qalıb?

admin 14/04/2026
pensiya (1)

 

Bu ilin mart ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 172 min 359 nəfər olub.

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu açıqlayıb. Statistikaya əsasən, müavinət alanların 37,9 faizini kişilər, 62,1 faizini isə qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə göstəricidə artım qeydə alınıb. Belə ki, 2025-ci ilin mart ayında yaşa görə sosial müavinət alanların sayı 161 min 623 nəfər olub. Bir il ərzində bu göstərici 10 min 736 nəfər və ya 6,6 faiz artıb.

Son 5 ildə yaşa görə sosial müavinət alanların sayı 47 faizə yaxın artıb

Maraqlıdır ki, son illər Azərbaycanda yaşa görə sosial müavinət alanların sayında davamlı artım müşahidə olunur. Rəsmi göstəricilərə əsasən, 2022-ci ildə 113,6 min nəfər olan bu kateqoriyaya aid insanların sayı 2026-cı ilədək 166,7 min nəfərə yüksəlib. Son beş ildə yaşa görə sosial müavinət alanların sayı 53,1 min nəfər artaraq təxminən 47 faiz yüksəlib. Statistik dinamika göstərir ki, artım hər il sabit şəkildə davam edib – 2023-cü ildə göstərici 128,3 min nəfərə, 2024-cü ildə 143,7 min nəfərə, 2025-ci ildə isə 156,2 min nəfərə çatıb.

Ekspertlər artımı bir neçə amillə izah edirlər. Bunlara pensiya almaq üçün tələb olunan yüksək pensiya kapitalını toplaya əmək stajı ilə bağlı məlumatları təsdiqlədə bilməyən şəxslərin sosial müavinət sisteminə yönəlməsi, əhalinin yaşlanması və dövlətin sosial müdafiə mexanizmlərini sərtləşdirməsi kimi amillər daxildir.

Qeyd edək ki, Azərbaycanda 2026-cı il üzrə kişilər və qadınlar üçün pensiya yaşı müəyyən edilib. Qanunvericiliyə əsasən, iyulun 1-dən etibarən qadınların pensiya yaşı 65-ə çatdırılacaq. Bununla da ölkədə həm kişilər, həm də qadınlar üçün pensiya yaşı eyni – 65 il olacaq. Məlum olduğu kimi, kişilər üçün pensiya yaşı artıq bir neçə il əvvəl 65 yaşda sabitləşib və bu göstərici dəyişməz qalır. Qadınlar üçün isə mərhələli artım prosesi davam etdirilirdi və 2026-cı ilin 1 iyulunda bu proses yekunlaşacaq.

Qanunun tələblərinə görə, vətəndaş pensiya yaşına çatdıqda onun fərdi hesabında toplanmış pensiya kapitalı minimum pensiya məbləğindən az deyilsə, sığorta stajından asılı olmayaraq əmək pensiyası almaq hüququ qazanır. Əgər bu kapital kifayət etməzsə, həmin şəxsin ən azı 25 il sığorta stajına malik olması tələb olunur. Başqa sözlə, bu gün 172 min 359 nəfər ona görə pensiya deyil, yalnız sosial müavinət ala bilirlər ki, onlar tələb olunan pensiya kapitalını toplaya bilməyiblər.

Bu barədə iqtisadçı Xalid Kərimli şərhində bildirib ki, yaşa görə sosial müavinət pensiya yaşına çatmış, lakin pensiya almaq hüququ olmayan şəxslərə verilir.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən pensiya hüququ iki formada yaranır: “Ya azı 25 il rəsmi iş stajı olmalıdır (harada işləməyin fərqi yoxdur), ya da minimum pensiya məbləğini təmin edəcək qədər pensiya kapitalı formalaşmalıdır. Məsələn, şəxsin 15 il stajı varsa, bu zaman onun pensiya kapitalına baxılır. Pensiya hesablanarkən 144 əmsalı tətbiq olunur və bu əmsal minimum pensiya məbləği ilə vurulur. Hazırda minimum pensiya məbləği 320 manatdır və ötən il təxminən 15 faiz artırılaraq 280 manatdan 320 manata yüksəldilib. Bu hesablamaya görə, pensiya hüququnun yaranması üçün təxminən 46 080 manat pensiya kapitalı və ya 25 illik rəsmi iş stajı tələb olunur. Bu iki şərtdən biri ödənildikdə şəxsin pensiya hüququ formalaşır”.

Xalid Kərimli bildirib ki, yaşa görə sosial müavinət alanların sayının artması bir neçə amillə bağlıdır:“Əhalinin gəlirlərinin bir hissəsi minimum pensiya artım tempindən geri qalır. Digər tərəfdən, buna əmək bazarında şəffaflaşma prosesi təsir göstərir. Son illərdə bu proses sürətlənsə də, 15–20 il əvvəl bir çox insan əmək müqaviləsi olmadan çalışıb və bu da onların rəsmi staj toplamasına mane olub”.

İqtisadçının sözlərinə görə, əsas problemlərdən biri rəsmi gəlirlərin aşağı olması, digəri isə insanların 25 illik sığorta stajını toplaya bilməməsidir:“Bu şərtlər ödənilmədikdə hökumət həmin şəxslərə yaşa görə sosial müavinət təyin edir. Bu müavinət minimum pensiyadan aşağı olur və daha çox sosial dəstək xarakteri daşıyır. Məqsəd isə həmin şəxslərin minimum yaşayış səviyyəsini təmin etmək və sadəcə gedib dilənçiliklə məşğul olmalarının qarşısını almaqdır”.

Vəfat edənlərin 39,2%-i pensiya yaşına çata bilməyib

2024-cü ilin ölüm statistikası isə pensiya sistemi ilə bağlı daha ciddi sosial problemi üzə çıxarır. Həmin il Azərbaycanda 58 909 nəfər vəfat edib. Onlardan 47 % kişi (15 281 nəfər), 29,5 % qadın (7 811 nəfər) pensiya yaşını görə bilməyib. Ümumilikdə 23 092 nəfər, yəni vəfat edənlərin 39,2 %-i pensiya yaşına çatmadan dünyasını dəyişib.

Digər diqqətçəkən məqam isə yaşa görə pensiya alanların sayındakı azalma ilə bağlıdır. Əgər 2010-cu ildə bu göstərici 858 min nəfərdən çox idisə, son illərdə bu rəqəm 700 min nəfər civarına düşüb. Təxminən 15 il ərzində yaşa görə pensiya alanların sayında 146 min nəfər azalma, yəni 17 % geriləmə qeydə alınıb

Son illər sosial siyasət çərçivəsində tətbiq edilən yeni qaydalar və pensiya təyinatı mexanizmlərinin sərtləşdirilməsi müəyyən qrup insanın pensiya sistemindən kənarda qalmasına səbəb olub. Xüsusən də pensiya yaşının mərhələli şəkildə artırılması bir çox insanın daha gec pensiyaya çıxmasına səbəb olur. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İşıq, su və qazdan qanunsuz istifadəyə görə cərimələr nə qədərdir?
Next: Pedro Sançes: Çin Yaxın Şərqdəki münaqişəyə son qoya biləcək yeganə ölkədir

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.