Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 15
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
azal-qeza---

 

Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək. Bu, Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixində iki ölkə başçısı arasında keçirilmiş görüş çərçivəsində əldə olunmuş razılaşmaya uyğun həyata keçirilib. Burada Azərbaycan üçün söhbət hansısa məbləğin, təzminatın ödənilməsindən getmir. Əsas məsələ odur ki, Azərbaycan bütün dünyaya sübut etdi ki, milli maraqlarına toxunan, insan həyatı ilə nəticələnən və yüksək ictimai rezonans doğuran məsələlərdə heç bir halda geri addım atmır. İstənilən məsələdə milli maraqlarını əsas tutaraq, hüquqi və siyasi müstəvilərdə qətiyyətli mövqe nümayiş etdirir.

Məsələyə digər prizmadan yanaşdıqda Azərbaycan beynəlxalq münasibətlər sistemində davranışını da bir daha sərgiləmiş sayılır. Rəsmi Bakı bir daha əminliklə və qətiyyətlə sübut edir ki, dövlətin əsas prioriteti suveren hüquqlar və vətəndaşların təhlükəsizliyidir. Bunun üçün isə diplomatik və siyasi alətlərdən istifadə edir. Əldə edilən razılaşma sübut edir ki, istənilən mürəkkəb və həssas məsələlərdə dövlətin və ölkə başçısının prinsipial mövqeyi, düzgün diplomatik strategiyası həlledici olur. Bu isə Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirir. Eyni zamanda ölkə daxilində də ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir. Bu qərara mühüm siyasi və hüquqi nailiyyət kimi baxmaq lazımdır.

Azərbaycanın bu məsələdə əsas mövqeyi ədalətin bərpası, məsuliyyətin təmin olunması və istintaqın şəffaf aparılması idi. Rəsmi Bakı hesab edir ki, bu qəza texniki və təsadüfi bir insident deyil. İnsanların həyatına təsir edən ciddi bir məsuliyyət məsələsidir. Buna görə də əsas prioritet həqiqətin tam və obyektiv şəkildə üzə çıxarılmasıdır. Belə bir yanaşma əslində beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. Yəni, söhbət dövlət məsuliyyəti, hadisələrin şəffaf araşdırılması və dəyən ziyanın kompensasiyasından gedir.

Təbii ki, Rusiyanın təzminat ödəməklə bağlı qərar qəbul etməsində əsas faktor ölkə başçısı İlham Əliyevin güclü siyasi iradəsi, üzaqgörən strateji baxışıdır. Onun prosesə birbaşa və fasiləsiz nəzarəti həlledici amilə çevrilib. Çünki Prezident bu məsələdə fərqli yanaşma nümayiş etdirib, geosiyasi reallıqları, regional təhlükəsizlik balansını və Azərbaycanın uzunmüddətli milli maraqlarını nəzərə alaraq addımlar atıb. Bu da belə bir həssas məsələdə emosional reaksiyalardan uzaq, rasional və praqmatik xəttin qorunması ilə müşayiət olunub. Qeyd etdiyimiz kimi, ölkə başçısının bu məsələyə şəxsi nəzarəti və birbaşa iştirakı olub. Bu da qərarvermə mexanizmlərinin effektivliyini artırıb, diplomatik kanalların maksimum səviyyədə səfərbər edilməsinə şərait yaradıb.

Belə bir vəziyyət də öz növbəsində tərəflər arasında etimadın qorunması, gərginliyin qarşısının alınması və paralel olaraq da danışıqların konstruktiv səpkidə davam etdirilməsini təmin edib. Onun müəyyən etdiyi strateji kurs yalnız mövcud böhranın aradan qaldırılmasına deyil, eyni zamanda gələcəkdə oxşar risklərin idarə olunması üçün institusional və siyasi əsasların möhkəmləndirilməsinə xidmət edib. Bu yanaşma nəticəsində milli maraqların müdafiəsi ilə regional əməkdaşlıq mühitinin qorunması arasında incə və həssas balans təmin olunub ki, bu da müasir beynəlxalq münasibətlər sistemində nadir hallarda müşahidə edilən uğurlu diplomatik nümunələrdən biri kimi qiymətləndirilə bilər.

Qısacası, bu gün iki ölkə XİN-lərinin birgə bəyanatı sübut edir ki, güclü lider, strateji düşüncə və proseslərə birbaşa nəzarət mürəkkəb beynəlxalq böhranların idarə olunmasında əsas şərtdir.

Digər tərəfdən Azərbaycan bu nəticə ilə sübut edir ki, milli maraqlarını və vətəndaşlarının təhlükəsizliyini heç bir halda güzəştə getmək niyyətində deyil. Bunu qorumaq və təmin etmək üçün kifayət qədər siyasi-diplomatik imkanlara sahibdir. Eyni zamanda vətəndaşlarının təhlükəsizliyinə toxunan istənilən məsələ ən yüksək prioritet kimi qəbul edilir və bütün zəruri alətlərdən istifadə etməkdən heç bir halda çəkinmir. Həm də nəzərə almaq lazımdır ki, bu nəticə beynəlxalq səviyyədə də rəsmi Bakının qətiyyətli və təsirli mövqeyini göstərir. Demokratik və hüquqi dövlət olan Azərbaycan üçün vətəndaş amili dövlət siyasətinin mərkəzindədir, insan həyatı və təhlükəsizliyi ali dəyər kimi qəbul edilib.

Eyni zamanda vurğulamaq lazımdır ki, belə bir həssas məsələnin iki ölkə arasında siyasi dialoq vasitəsilə nəticə əldə etməsi Azərbaycanla Rusiya arasında münasibətlərin formal əməkdaşlıqdan ibarət olmadığını göstərir. Tərəflər ən mürəkkəb, həssas və beynəlxalq rezonans doğuran məsələlərdə belə qarşıdurma ritorikasını yox, konstruktiv və praqmatik yanaşmanı üstün tutdular. Bu, həm də sübut edir ki, iki ölkə arasında böhran vəziyyətlərində belə effektiv işləyən kommunikasiya kanalları mövcuddur. Belə bir vəziyyət də öz növbəsində iqtisadi və mədəni əməkdaşlığın davamı, regionun sabitliyi üçün vacib faktor sayılır. Çünki belə bir böhranın düzgün idarə edilməməsi ikitərəfli münasibətlərlə yanaşı, regional təhlükəsizliyə də mənfi təsir göstərə bilərdi.

Nəticə olaraq deyə bilərik ki, bu razılaşmaya təkcə iki dövlət arasındakı münasibət kimi baxmaq lazım deyil. Bu, daha geniş beynəlxalq müstəvidə mühüm presedentə çevrilə bilər. Eyni zamanda bir çox dövlət üçün də nümunəvi yanaşma modelidir. Eyni zamanda bu gün münaqişələr və qarşıdurmalar meydanına çevrilən dünyaya mesajdır ki, güc amilinə əsaslanan siyasət qısamüddətli nəticələr verə bilsə də, uzunmüddətli sabitlik və etimad mühitinin formalaşdırılması yalnız danışıqlar və razılaşmalar yolu ilə mümkündür.

Həm də bu nəticə Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin artmasına, etibarlı və dialoqa açıq bir tərəfdaşa çevrilməsinə səbəb olur. Ölkə başçısının balansı, sərrast siyasəti göstərir ki, Azərbaycan regionda və daha geniş coğrafiyada mübahisələri sivil üsullarla həll edən aktordur. Qısacası, müasir dünyada dayanıqlı və ədalətli həll sadəcə diplomatika, hüquq və qarşılıqlı anlaşma ilə əldə edilə bilər. Azərbaycan isə bunu bir daha təsdiqləmiş oldu…/report.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi
Next: Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.