Skip to content
27/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 27
  • “Satınalmaların 60 faizi ilin sonunda keçirilir” – Hesablama Palatasının sədri nöqsanlardan danışdı

“Satınalmaların 60 faizi ilin sonunda keçirilir” – Hesablama Palatasının sədri nöqsanlardan danışdı

admin 27/04/2026
79368b6d-ac5c-4b8e-9e09-f3c85c0f7006

 

“36 nəzarət tədbirində büdcə nöqsanları aşkarlamışıq”

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a verdiyi geniş müsahibəsində dövlət büdcəsinin icrası, audit yoxlamalarının nəticələri və işğaldan azad edilmiş ərazilərdəki maliyyə idarəçiliyi ilə bağlı mühüm məqamları açıqlayıb.

Son auditlər üzrə icmal nəticələr barədə danışan Palata sədri bildirib ki, büdcə qanunvericiliyi və büdcə vəsaitlərinin idarəedilməsi üzrə aşkarlanmış nöqsanlarla hesabatda ətraflı tanış olmaq mümkündür. O, bəzi məsələlərə xüsusi diqqət çəkərək vurğulayıb ki, 36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlanıb.

V.Gülməmmədov müvafiq qurumların büdcəsi üzrə aşağı icra səviyyəsi, nəticə əsaslı dövlət sifarişi münasibətlərinin formalaşdırılmaması, vəsaitlərin istifadəsiz saxlanılmaqla digər hesablara yönəldilməsi və dövlət sifarişi şərtlərinə zidd xərcləmələr kimi halların müşahidə edildiyini qeyd edib.

Sədr hesab edir ki, Palatanın tövsiyələri nəzərə alınmaqla fiskal qanunvericiliyin təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə cari nəzarətin gücləndirilməsi vəsaitlərin təyinatı üzrə istifadəsi və bank hesablarında saxlanılması ilə bağlı nöqsanları azaldacaq. O, artıq bu istiqamətdə irəliləyişlərin olduğunu da əlavə edib.

Audit nəticələrinin icra səviyyəsini qiymətləndirən V.Gülməmmədov bildirib ki, 2025-ci ilin İş Planı çərçivəsində 47 kollegiya qərarı qəbul edilib və 303 tədbir müəyyən olunub. O vurğulayıb ki, bu tədbirlərdən 35-nin icra müddəti hələ bitməyib, qalan tədbirlərdən 202-si tam, 29-u qismən icra edilib, 37-si isə hələlik icra edilməyib ki, bu da 71,5 faizlik bir göstəricidir. Sədr bunu kifayət qədər yüksək göstərici hesab etdiyini və yerdə qalan 28,5 faizin izlənilməsinin davam etdirildiyini diqqətə çatdırıb.

Eyni zamanda, Palata sədri qeyd edib ki, təkrar audit keçirilən obyektlərin 75 faizində əvvəlki tövsiyələrin nəzərə alınması nəticəsində maliyyə intizamı güclənib, nöqsanların sayı və maliyyə yükü davamlı şəkildə azalıb, dövlət vəsaitlərinə qənaət halları artıb. O, büdcə rəylərinə daxil edilən tövsiyələrin icra faizində də əhəmiyyətli yüksəliş olduğunu vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdəki layihələrin auditi barədə danışan V.Gülməmmədov bildirib ki, burada aşkarlanan nöqsanların məbləğə nisbəti əhəmiyyətli deyil, lakin bəzi hallarda qənaət və səmərəlilik prinsipi tam gözlənilməyib. O diqqətə çatdırıb ki, kommersiya (xüsusilə özəl sektor) subyektlərinin vəsaiti hesabına tikilməli olan bazar kompleksi, məişət xidməti, market və ticarət binalarının xərcləri dövlət büdcəsi hesabına həyata keçirilib. Sədr həmçinin vurğulayıb ki, yaşayış məntəqələrinin layihələndirilməsində təbii relyefin tam nəzərə alınmaması, şaquli planlaşdırmada tökmə torpaqdan istifadənin artması və qruntun əsassız çıxarılması əlavə büdcə vəsaitinə tələbat yaradıb.

Dövlət satınalmalarındakı gecikmələrə toxunan V.Gülməmmədov bildirib ki, bu sahədə irəliləyiş olsa da, satınalmaların əksər hissəsi (təxminən 60 faizi) ilin ikinci yarısında, xüsusilə 4-cü rübdə (31,2 faiz) həyata keçirilir. O qeyd edib ki, 2025-ci ildə satınalma keçirən 1400-dən çox təşkilatın 64 faizi bu fəaliyyətə yalnız ikinci rübdən başlayıb.

Sədr bəzi təşkilatların ilk satınalmasının hətta 6-cı və ya 9-cu aya təsadüf etdiyini bildirib. V.Gülməmmədov satınalmaların daha tez başlaması üçün qanunvericilikdə dəyişikliklərin edilməsinə zərurət olduğunu da xüsusi olaraq vurğulayıb.

PAYLAŞIN:

Continue Reading

Previous: Qəbul balları endirilir?
Next: Regionlara investisiya: Hansı sahələrin inkişafına daha çox ehtiyac var?

OXŞAR MÖVZULAR

ilham (2)-zel

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

admin 27/04/2026
putin_pashinyan_n (1)

Putinin Paşinyandan artıq erməni olmaq istəyi…

admin 24/04/2026
baku_00

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

admin 24/04/2026

XƏBƏR LENTİ

  • Regionlara investisiya: Hansı sahələrin inkişafına daha çox ehtiyac var? 27/04/2026
  • “Satınalmaların 60 faizi ilin sonunda keçirilir” – Hesablama Palatasının sədri nöqsanlardan danışdı 27/04/2026
  • Qəbul balları endirilir? 27/04/2026
  • Azərbaycanda “lizinq” ləğv olunur? 27/04/2026
  • Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz 27/04/2026
  • İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər 27/04/2026
  • Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR 27/04/2026
  • QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür 27/04/2026
  • Vüqar Gülməmmədov: “Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib” 27/04/2026
  • Tehran diplomatiyası: Kreml üzərindən yeni manevr 27/04/2026
  • Sui-qəsd, yoxsa şou? – “Bu, Trampla bağlı daha bir saxta atışmadır…” + FOTO 27/04/2026
  • “Müəllim özü məsələni həll edə bilmir” – Məleykə Abbaszadə 27/04/2026
  • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi? 27/04/2026
  • Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib 27/04/2026
  • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır 27/04/2026
  • 1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?) 27/04/2026
  • Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar? 27/04/2026
  • Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik 27/04/2026
  • “Hilton”da atəş Trampın xeyrinə oldu – İki mühüm səbəb 27/04/2026
  • “Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib 27/04/2026

Sağlamlıq

süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026

MƏDƏNİYYƏT

1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.