Skip to content
29/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 28
  • “4 minə yaxın itkinin taleyi Azərbaycan cəmiyyəti üçün ən həssas məsələlərdəndir” – “Münaqişənin elə nəticələri var ki…”

“4 minə yaxın itkinin taleyi Azərbaycan cəmiyyəti üçün ən həssas məsələlərdəndir” – “Münaqişənin elə nəticələri var ki…”

admin 28/04/2026
ferhad-polit1

 

“Cənubi Qafqaz Araşdırmalar Mərkəzi”nin rəhbəri, “Sülh körpüsü” təşəbbüsünün koordinatoru Fərhad Məmmədov erməni nəşri “Hraparak”a geniş müsahibə verib.

O, Azərbaycan–Ermənistan münasibətləri, sülh prosesi və cəmiyyətlərin yanaşması ilə bağlı fikirlərini bölüşüb.

F.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən “faktiki sülh” bəyanatları ictimai rəyə ciddi təsir edir. O qeyd edib ki, siyasi dialoq və iqtisadi əməkdaşlıqla bağlı mesajlar cəmiyyətlər tərəfindən ümumilikdə müsbət qarşılanır. Bununla belə, cəmiyyət səviyyəsində sülhün tam qəbul olunması üçün vaxt lazımdır.

Politoloq bildirib ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində hər iki ölkədə müxtəlif sosial qruplarla görüşlər keçirilir, mediada müzakirələr aparılır və sosial şəbəkələr monitorinq olunur: “Müşahidələr göstərir ki, hərbi toqquşmaların olmaması, itkilərin dayandırılması və siyasi-iqtisadi əlaqələrin başlanması həm Azərbaycan, həm də Ermənistan cəmiyyətlərinin əksəriyyəti tərəfindən qəbul edilir. İki cəmiyyət arasında sülhün qavranılması, gələcək sülh modelinə baxış və gözləntilər baxımından fərqlər qalmaqdadır. Bu fərqli yanaşmalar toplanır və gələcək fəaliyyət üçün sistemləşdirilir. Həm Azərbaycanda, həm də Ermənistanda müxtəlif sosial təbəqələr sülh gündəliyinin müxtəlif elementlərinə fərqli hazırdır”.

Fərhad Məmmədov xatırladıb ki, Azərbaycan və Ermənistan arasında razılaşdırılmış sülh gündəliyi iki əsas sənədə – birgə bəyanata və paraflanmış sülh müqaviləsi mətninə əsaslanır. “Sərhədlərin müəyyənləşdirilməsi üzrə hökumətlərarası komissiya yaradılıb və fəaliyyət göstərir. Bununla yanaşı, diplomatlar arasında təmaslar, iqtisadi əməkdaşlıq və vətəndaş cəmiyyətləri arasında dialoq üçün şərait yaradan şifahi razılaşmalar da mövcuddur. Bütün bu nəticələr məhz Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan səviyyəsində əldə olunub və bu səbəbdən liderlərin rolu həlledicidir. Ermənistanda aparıcı müxalifət qüvvələri bu sənədləri tənqid edir və hakimiyyətə gəldikləri halda onları yenidən nəzərdən keçirə bilər. Bu isə sülh prosesində fasilə və geriləmə riski yaradır”, – o qeyd edib.

ABŞ Prezidenti Donald Tramp və onun xüsusi nümayəndəsi Stiv Uitkoffun regionla bağlı açıqlamalarına münasibət bildirən F.Məmmədov deyib ki, hazırda Azərbaycan və Ermənistan liderləri arasında münasibətlər işgüzar, konstruktiv və praqmatik xarakter daşıyır. Tərəflər arasında daimi təmas var və açıq fikir mübadiləsi aparılır.

Ekspert bildirib ki, Azərbaycan üçün əsas məsələ Ermənistanın mövqeyində aydınlıq və sülh gündəliyinin həyata keçirilməsində proqnozlaşdırıla bilənlikdir. Onun sözlərinə görə, Ermənistanda keçiriləcək parlament seçkiləri bu baxımdan mühüm əhəmiyyət daşıyır: “Danışıqlar gündəliyində çoxlu həssas məsələlər mövcuddur və bu mövzular həm rəsmi səviyyədə, həm də vətəndaş cəmiyyəti nümayəndələri arasında müzakirə olunur. Ermənistan tərəfindən qaldırılan məsələlər də bu müzakirələrin tərkib hissəsidir. Münaqişənin elə nəticələri var ki, onları aradan qaldırmaq mümkün deyil. Bu kontekstdə Azərbaycan cəmiyyəti üçün ən həssas mövzulardan biri Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyidir. Təxminən 4 minə yaxın azərbaycanlının taleyi bu günə qədər məlum deyil. Ermənistanda bəzi siyasətçilər bu şəxslərin dəfn yerləri ilə bağlı məlumata malik olduqlarını bildirsələr də, bu məlumatları açıqlamırlar. Bu kimi məsələlər həm Azərbaycanda, həm də Ermənistanda sülh prosesinə mənfi təsir göstərir”.

Ekspert bildirib ki, bəzi məsələlər üzrə konkret mexanizmlər mövcuddur. Məsələn, sərhədlərin delimitasiyası ilə bağlı komissiya fəaliyyət göstərir. Lakin elə mövzular da var ki, onların həlli üçün hələ mexanizmlər formalaşmayıb və bu da mövcud reallığın bir hissəsidir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: MAQATE: Nüvə fəlakəti riski Soyuq müharibə səviyyəsinə yüksəlib
Next: UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

OXŞAR MÖVZULAR

nev-york

Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər

admin 29/04/2026
tofiq_zulfuqarov212 (3)

“İrəvanın ritorikası dəyişib, amma siyasi məqsədlər eyni qalır” – Tofiq Zülfüqarov

admin 28/04/2026
arm-seçki

Paşinyanın seçidəki rəqibi: Ölkəni qardaşı oğlu ilə idarə etməyi planlaşdırır

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026
  • “4 minə yaxın itkinin taleyi Azərbaycan cəmiyyəti üçün ən həssas məsələlərdəndir” – “Münaqişənin elə nəticələri var ki…” 28/04/2026
  • MAQATE: Nüvə fəlakəti riski Soyuq müharibə səviyyəsinə yüksəlib 28/04/2026
  • Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər 28/04/2026
  • Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı yenilik 28/04/2026
  • Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir 28/04/2026
  • Azərbaycanın nə qədər daxili və xarici borcu var? – Rəqəmlər açıqlandı 28/04/2026
  • “Bu, Trampın başına gələ biləcək ən pis şeydir” – İran münaqişəsi “dondurulur”? 28/04/2026

Sağlamlıq

derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.