Skip to content
29/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 28
  • Paşinyanın seçidəki rəqibi: Ölkəni qardaşı oğlu ilə idarə etməyi planlaşdırır

Paşinyanın seçidəki rəqibi: Ölkəni qardaşı oğlu ilə idarə etməyi planlaşdırır

admin 28/04/2026
arm-seçki

 

“Ermənistanda 2026-cı ilin iyun ayının 7-də keçirilməsi planlaşdırılan parlament seçkiləri, 2018-ci ildə baş verən məxməri inqilabdan bəri növbədənkənar keçirilməyən ilk parlament seçkisi olacaq. Ermənistan tarixinin ən vacib seçkisi olaraq qiymətləndirilən bu seçkiyə region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə, Avropa İttifaqı, İran və ABŞ-nin də böyük marağı var. Bu səbəbdən də, bir çoxları bu seçkini “geosiyasi seçki” adlandırır”.

Bunu Ermənistanda yayda gözlənilən parlament seçkiləri ilə bağlı proseslərə münasibət bildirən politoloq Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, bu səbəbdən də həm Rusiyada, həm də Aİ-də bu seçkiyə ciddi hazırlıq gedir:

“Belə ki, aprel ayının 1-də Moskvada keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana açıq şəkildə bildirmişdi ki, Ermənistanda rusiyayönlü mövqeyə malik bir çox siyasi qüvvə var və Rusiya onların seçkilərdə iştirak etmələrini istəyir. Təbii ki, Kremlin Ermənistandakı seçkilərlə bağlı fəaliyyəti təkcə xahişdən ibarət deyil. Rusiya qonşu ölkələrdəki seçkilərə müdaxilə təcrübəsini Ermənistanda da istifadə etməyə çalışacaq.

Bu səbəbdən də Avropa İttifaqı Ermənistana bu istiqamətdə yardım göstərməyə başlayıb. Belə ki, Avropa İttifaqı hələ 2025-ci ilin dekabr ayında Ermənistana seçkilərdən əvvəl Rusiyanın dezinformasiyasının qarşısını almaq üçün 12 milyon avro (təxminən 13,8 milyon dollar) ayırmağa hazırlaşdığını açıqlamışdı.

Bu ilin mart-aprel aylarında Ermənistana səfər edəcək 9-14 nəfərlik ekspert qrupunun Ermənistanın Baş nazirinin ofisinə və Təhlükəsizlik Şurasına böhranların idarə olunması ilə bağlı məsləhətlər verməsi, eləcə də kiber təhlükələr və xarici müdaxilə, informasiya manipulyasiyası kimi riskləri nəzərə alaraq gələcək böhranların idarə olunması üçün qaydaların hazırlanmasına kömək etməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da bu prosesdə iştirak edəcək”.

Fərhad Məmmədov Ermənistanda seçki prosesinin fərqli mahiyyət kəsb etməsinə diqqəti çəkib:

“Ermənistanda keçiriləcək seçkiyə dair vacib qaydalar, həmçinin 2021-ci ildən fərqli olaraq 2026-cı ildə keçiriləcək seçkilərdə bir sıra texniki yeniliklər əks olunub. 7 aprel 2026-cı ildə parlament tərəfindən qəbul edilən Ermənistan Seçki Məcəlləsinə son dəyişikliklərə əsasən, partiyaların parlamentə düşməsi üçün minimum səs həddi 5%-dən 4%-ə endirilib. Bu, daha çox partiyanın parlamentə düşmə ehtimalını yaradır. Lakin 2021-ci ildəki seçki nəticələrini əsas götürsək, Ermənistandakı partiyaların əksəriyyəti 1%-lik və daha aşağı səs toplayan partiyalardır. Onu da qeyd etmək lazımdır ki, qanunun tələbinə görə, minimum 3 partiya və ya blok parlamentə düşməlidir.

Bloklar üçün isə vahid səs həddi yoxdur. Bloka qoşulan partiyaların sayından asılı olaraq bu hədd dəyişir. Belə ki, üç və ya daha az partiya üçün hədd 8%, 4 və ya daha çox partiyası olan bloklar üçün isə 10% olaraq müəyyən edilib.

Digər bir yenilik seçki sonrası koalisiyaya qoşula biləcək partiyaların sayına dair məhdudiyyətlə bağlıdır. Əvvəlki qaydalara əsasən, parlamentə daxil olan bir partiyaya koalisiya yaratmaq üçün seçki həddini aşan ən çox iki digər partiya qoşula bilərdi. 7 iyun seçkiləri üçün isə bu məhdudiyyət artıq mövcud deyil”.

“Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası bu seçkiyə sülh devizi ilə gedir. Partiyanın seçkilərdəki əsas məqsədi, qalib gəlmək və mümkün olduğu qədər parlamentdəki yerlərin üçdə iki hissəsini almaqla konstitusional çoxluğu əldə etməkdir. Belə ki, konstitusional çoxluq ona referendum çağırmaq və bir sıra konstitusional dəyişiklikləri etmək imkanı verir. Nikol Paşinyanın niyyəti tez bir zamanda Azərbaycanla sülh müqaviləsini imzalamaq və Türkiyə ilə münasibətləri normallaşdıraraq, ölkənin Rusiyadan asılılığını və Qərbə inteqrasiyasını sürətləndirməkdir.

Hazırda Güclü Ermənistan Partiyasının sədri Samvel Karapetyan növbəti seçkilərdə Nikol Paşinyanın ən ciddi rəqibi hesab olunur. Ermənistan, Rusiya, Kipr vətəndaşlığı olan və sərvətini Rusiyada qazanan Karapetyan ciddi rəqib olsa da, hüquqi olaraq seçkilərdə iştirak etmək imkanı yoxdur. Belə ki, Ermənistan Konstitusiyasına görə, yalnız 25 yaşına çatmış, son dörd il ərzində ancaq Ermənistan Respublikasının vətəndaşı olmuş, son dörd il ərzində Ermənistan Respublikasında daimi yaşamış, səsvermə hüququna malik və erməni dilini bilən şəxslər parlamentə üzv seçilə bilər. Eyni tələb hökümət üzvləri üçün də keçərlidir. Bu tələblərə cavab verməyən Samvel Karapetyan parlament seçkilərində namizəd ola bilməz. Karapetyanın qardaşı oğlu Narek Karapetyan iddia edir ki, partiyası parlamentdə konstitutsional çoxluq əldə etdiyi halda Samvelin baş nazir olmasına maneə olan konstitutsiya maddəsini parlamentdə dəyişdirərək əmisinin hökumət başçısı seçilməsini təmin edəcək. Samvel Karapetyan da bu istiqamətdə addımlar atmağa başlayıb və bəyan edib ki, o, həm Rusiya, həm də Kipr vətəndaşlığından imtina edəcək. Lakin qeyd etmək lazımdır ki, xüsusilə Rusiya vətəndaşlığından imtina etmək 6-9 ay çəkən bir prosesdir. Sorğuların nəticələrinə baxsaq, bu ssenari, yəni Karapetyanın partiyasının parlamentdəki yerlərin üçdə ikisini qazanması real görünmür”, – deyə o, əlavə edib./teleqraf.az

PAYLAŞIN:

Continue Reading

Previous: Direktor olmaq üçün yeni tələb qoyuldu
Next: “İrəvanın ritorikası dəyişib, amma siyasi məqsədlər eyni qalır” – Tofiq Zülfüqarov

OXŞAR MÖVZULAR

nev-york

Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər

admin 29/04/2026
ferhad-polit1

“4 minə yaxın itkinin taleyi Azərbaycan cəmiyyəti üçün ən həssas məsələlərdəndir” – “Münaqişənin elə nəticələri var ki…”

admin 28/04/2026
tofiq_zulfuqarov212 (3)

“İrəvanın ritorikası dəyişib, amma siyasi məqsədlər eyni qalır” – Tofiq Zülfüqarov

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026
  • “4 minə yaxın itkinin taleyi Azərbaycan cəmiyyəti üçün ən həssas məsələlərdəndir” – “Münaqişənin elə nəticələri var ki…” 28/04/2026
  • MAQATE: Nüvə fəlakəti riski Soyuq müharibə səviyyəsinə yüksəlib 28/04/2026
  • Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər 28/04/2026
  • Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı yenilik 28/04/2026
  • Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir 28/04/2026
  • Azərbaycanın nə qədər daxili və xarici borcu var? – Rəqəmlər açıqlandı 28/04/2026
  • “Bu, Trampın başına gələ biləcək ən pis şeydir” – İran münaqişəsi “dondurulur”? 28/04/2026

Sağlamlıq

derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.