Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 1
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı

ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı

admin 01/05/2026
afaq-eliyeva

 

Hamımız orta məktəblərin bir təhsil müəssisəsi olmaqla yanaşı, həm də bir tərbiyə ocağı olduğunu çox yaxşı bilirik. Məktəbdə idarəetmənin əsas prinsipi də təlim-tərbiyədə optimal bir nəticə əldə etmək məqsədi ilə şagirdlərə və onların valideynlərinə müəllimlər tərəfindən məqsədyönlü, dürüst və davamlı təsir göstərilməsindən ibarətdir. Yəni, idarəetmə – məktəbin daxilində baş verən mürəkkəb prosesləri və münasibətləri (pedaqoji, təşkilati, metodiki, psixoloji) şüurlu surətdə tənzimləmək deməkdir.

Uğurlu məktəb modelini şərtləndirən amillərdən biri də təhsil müəssisəsində işin səmimiyyət üzərində qurulmasıdır. Uğurlu məktəb modeli yaratmaq üçün məktəb rəhbəri davamlı olaraq öz komandası ilə bərabər pedaqoji prosesi izləməli, müvəffəqiyyət göstəricilərini müşahidə etməli, sistemli tədbirlər görməli, yanaşma, strategiya və qərarların səmərəliliyini müəyyənləşdirməli, bununla da, dövlətin təhsil siyasətini gerçəkləşdirməyə nail olmalıdır.

Məktəb direktorlarının təşkilati işdə aparıcı rolu ondan ibarət olmalıdır ki, o, müəllimləri, şagird və valideyn kollektivini və ayrı-ayrı şagirdləri idarəetməyə cəlb etsin, kollektivin fəaliyyətində bir sistem yarada bilsin. Bunun üçün məktəb rəhbərlərindən dərin nəzəri bilik, təşkilatçılıq bacarığı, kollektivdə müəyyən psixoloji mühit yaratmaq qabiliyyəti tələb olunur.

Təəssüf ki, sadaladığımız bu kimi bacarıq və xüsusiyyətlər hər məktəb direktorunda olmur. Elə 2022-ci ildə Bakı şəhəri 201 nömrəli tam orta məktəbə direktor təyin edilmiş Afaq Əliyevada olduğu kimi.

Afaq Əliyeva sözügedən məktəbə direktor təyin olunmasından az müddət sonra kollektiv arasında ayrıseçkiliyə, tərəfkeşliyə yoll verməyə başlayır. Məktəbdə etibarlı, səriştəli və təşəbbüskar kollektivin yaranması üçün kollegial idarəetmə tətbiq etmək əvəzinə, təhsil ocağını intriqa yuvasına çevirir.

Afaq Əliyevanın Bakı şəhəri 201 nömrəli tam orta məktəbə hansı yollarla, kimin vasitəçiliyi ilə direktor təyin edilməsindən ictimaiyyətin xəbəri yoxdu. İctimaiyyətə açıqlanın odur ki, Afaq Əliyeva Gəncə Dövlət Pedoqoji İnstitutunu biririb. Gəncədə orta məktəblərin birində müəllim işləyib. Azərbaycan Respublikası Təhsil problemləri institutunu bitirib və direktor təyin edilib.

Qeyd etdiyimiz kimi Afaq Əliyeva yüksək çinli dövlət məmurunun tapşırığı ilə direktor təyin edilmişdi. Lakin o, ona etimad göstərənlərə arxayın olub özbaşınalıqlara yol verdi. Arxasında duranlar isə onun bir çox əməllərini ört-basdır etmək istədilər, amma heç cürə qoruya bilmədilər. Ona görə də Afaq Əliyevanın direktorluğu çox qısa çəkdi.

Hamilərinin onu yenidən vəzifəyə qaytaracaqlarına ümid edən Afaq Əliyeva özünü təmizə çıxarmaq üçün müxtəlif üsullara əl atır, qarayaxma kompaniyasını media müstəvisinə çıxarır. Keçmiş direktorun sifarişi ilə hazırlanmış və aktualinfo.net-də yayılmış bir yazıda 201 nomrəli məktəbdə baş verən olayların arxasında məktəbdə illərcə öz komfort zonasını yaratmış, kollektivdə avtoritet kimi tanınmış direktor müavini Svetlana Hüseynovanın durduğunu iddia edir.

Bəli, uzun illər 201 nömrəli tam orta məktəbdə çalışmış Svetlana Hüseynovanın kollektiv arasında böyük hörmət qazandığını, nüfuz sahibi olduğunu Afaq Əliyeva həzm edə bilməzdi. Çünki o hörmət və nüfuzu Afaq Əliyeva işlədiyi heç bir kollektivdə qazana bilməmişdi. Elə Gəncədə çalışdığı kollektivdən də, M.Ə.Sabir adına Dövlət Pedaqoji Kollecdən də intriqalara görə kənarlaşdırılmışdır.

Sözügedən yazıda iddia edilir ki, güya S.Hüseynova 2022-ci ildən məktəbə direktor təyin edilmiş A. Əliyevanın rəhbərliyi və peşəkar yanaşması ilə ayaqlaşa bilmədiyini və pedaqoji kollektivlə əvvəlki kimi davranmağın artıq mümkün olmadığını gördükdə keçir klassik üsuluna. Məktəbin fəaliyyətini pozmaq üçün başının dəstəsini işə qoşur. Lakin pedaqoji kollektivin əksər hissəsi yeni direktorun yanında durur, məktəbin inkişafı üçün A. Əliyevaya dəstək verirlər.

Buradan sual yaranır. Kimin daha çox pedaqoji təcrübəsi olub, kim, kimin pedaqoji təcrübəsi ilə ayaqlaşa bilməyib və məktəbin fəaliyyətini pozmaq üçün başına dəstə yığan kim olub?

Əlimizdə Bakı şəhəri Sabunçu, Nəsimi, Nərimanov, Suraxanı, Xətai, Xəzər rayon Məhkəmələri tərəfindən çıxarılmış qətnamələr var. Bu qətnamələr Afaq Əliyeva tərəfindən öyrədilmiş, təzyiq göstərilmiş müəllimlərlə bağlıdır. Onların barəsində Svetlana Hüseynovanın haqqında böhtan xarakterli məlumatlar yazdığına və şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələdiklərinə görə təzminat ödənilməsi ilə bağlı Məhkəmə qərarları var.

Buradan yenə sual yaranır. Otuzdan çox müəllimi öyrədərək, təzyiq göstərərək müxtəlif dövlət orqanlarına şikayət xarakterli məktublar yazmağa kim göstəriş verib. Təbii ki, Afaq Əliyeva.

Məktəbin fəaliyyətini pozmaq üçün başına dəstə yığan burada kim olur? Təbii ki, yenə də Afaq Əliyeva.

Bundan əlavə güya Afaq Əliyeva məktəbə direktor təyin edildikdən sonra 30 il ərzində məktəbdə hegemonluq edən, məktəb rəhbərlərini və  müəllimləri müxtəlif yollarla itaətdə saxlmağa çalışmış, öz şəxsi mənafeyi naminə məktəbdə təhsili məhv etmiş direktor müavini Svetlana Hüseynovanın qanunsuz əməllərinə son qoyub.

Halbuki direktor müavini Svetlana Hüseynova məktəbə yeni təyin olunmuş direktorun qanunsuz əməlləri ilə barışmadığına, ona məktəbdə özbaşına əməllərə yol vermədiyinə görə Afaq Əliyeva pedaqoji kollektivə, ziyalı kollektivə yaraşmayan çirkin əməllərə başlamışdır. Hər şey məhz Svetlana Hüseynova tərəfindən 201 nömrəli məktəbdə 70 min 693 manat çatışmazlıq müəyyən edildikdən sonra başlayıb. S. Hüseynova və inventarizasiya komissiyası aşkar edilən catışmazlıqlar barəsində inventarizasiya aktını və hesabatı tərtib edib imzalayıb, bundan sonra isə direktor Afaq Əliyevaya təqdim ediblər. Bu hadisədən 10 gün sonra, yəni 10 oktyabr 2022-ci ildə Afaq Əliyeva BŞTİ-nin 80 N-li əmri əsasında yaradılmış komissiya sədri kimi adıçəkilən idarənin mühasibatlığının nümayəndələri ilə birlikdə Maliyyə Nazirliyinin inventarizasiyanın aparılması qaydalarının ziddinə olaraq müəyyən edilmiş formada deyil, fərqli variantda yeni inventarizasiya aktı tərtib edib. Beləcə həmin aktda 70 693 min manatlıq çatışmazlıgın 53000 min manatını qanunsuz şəkildə heç bir təsdiqedici sənəd olmadan (heç bir qüsur aktı, ləgvetmə aktı olmadan yeni sütunlar əlavə etməklə ) rəsmiləşdirərək balansdan silib.

Afaq Əliyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimlərini təhdid və şantaj edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur etməsi barədə mediada kifayət qədər məlumatlar da yayılmışdır.

Əlində heç bir sübut olmadığı halda güya Svetlana Hüseynovanın saxta imtahanlar keçirməsi, jurnalları saxtalaşdırması barədə məlumatları da Afaq Əliyeva yayıb. Amma S.Hüseynova məktəbin 8-ci sinfində bir neçə şagirdin ardıcıl 5 ildir ki sinifdə saxlanılmasını sənədlərlə sübut edib.

Afaq Əliyevanın böhtanları bunlarla da bitmir. O, Svetlana Hüseynovaya şər ataraq faizlə pul verdiyini iddia edir, 214 nəfərə qarşı “borc”la bağlı məhkəmə işi açılması barədə rəy yaratmağa çalışır. Amma həmin məhkəmə işlərindən ortaya bircə dənə də olsa rəsmi sənəd qoya bilmir.

Lakin Svetlana Hüseynovanın bizə təqdim etdiyi məhkəmə sənədlərindən müəyyən edilir ki, Nizami rayon Məhkəməsində Afaq Əliyevanın barəsinə xüsusi ittiham qaydasında iki cinayət işinin istintaqı davam edir. Şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar olaraq Afaq Əliyevaya qarşı mülki işlər isə Xəzər və Nərimanov məhkəmələrinin icraatındadır.

Afaq Əliyeva Svetlana Hüseynovanın məktəbdəki fəaliyyəti ilə kifayətlənməyib utanmadan şəxsi həyatına da müdaxilə etməyə çalışır, evlərinin qarşısında 3 ədəd bahalı avtomobil, rayonda böyük mülkü, “Sədərək” ticarət mərkəzində obyektləri olduğunu iddia edir. Amma onu unudur ki, Svetlana Hüseynova tək deyil və ailəsi var. Ailə başçısının qurduğu biznesin, əldə etdiyi gəlirlərin, aldığı bahalı  avtomobillərin heç də həmin var dövlətin Svetlana Hüseynova tərəfindən əldə olunması anlamına gəlmir.

Afaq Əliyevanın təhdid və təzyiqinə məruz qalmış müəllimlər Elm və Təhsil Nazirliyi və Baş Prokuror yanında Korrupsiya İdarəsinə Svetlana Hüseynova barəsində şikayət ərizələri ünvanlamışlar

Sual yaranır. Bu yazılanların hansı sübut olundu? Afaq Əliyeva vəzifə səlahiyyətlərindən sui istifadə edərək Svetlana Hüseynova ilə bağlı yuxarı instansiyalara şikayət yazdırdığı  müəllimlərin hamısı sonra böhtan atdıqlarına görə üzr istəməli olmuşlar.

Afaq Əliyeva bütün bunlara baxmayaraq 2023-cü ilin sentyabr ayında sosial şəbəkələrdə və mediada 201 nömrəli məktəbdə baş verənlərin ictimaiyyətə çatdırılmasını “qarayaxma” kompaniyası adlandırır və məhkəmələrdə Svetlana Hüseynovanın uduzduğunu iddia edir.

Əlimizdə Afaq Əliyeva tərəfindən Xəzər rayon İcra şöbəsinə yazılmış ərizənin surəti var. Afaq Əliyeva ərizədə yazır ki, “Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2272/2024 saylı 26.11.2024-cü il tarixli icra vərəqəsinə əsasən bildirmək istəyirəm ki, mən Hüseynova Svetlana Nəriman qızı barəsində BŞTİ-yə, Elm və Təhsil Nazirliyinə və Baş Prokuror Kamran Əliyevə ünvanlanmış məktublarda ifadə edilmiş  şərəf və ləyaqəti təhqir edən məlumatları təkzib edirəm”.

Buradan qarayaxma kompaniyasının kimin tərəfindən aparıldığı bəlli olur. Həmin ərizədən bir müddət sonra Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Ağentliyi tərəfindən Hüseynova Svetlana Nəriman qızının müraciətlərə baxılmasının nəticəsi barədə məktubda göstərilir ki, Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorundan şikayətinizlə əlaqədər Elm və Təhsil Nazirliyinə daxil olmuş müraciətinizə Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Ağentliyində baxılmışdır.

Bildiririk ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Ağentliyinin direktorunun 09.10.2025-ci il tarixli, 3-29-69/3-1-736K/2025 nömrəli əmrinə əsasən Afaq Əliyevanın əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcələsinsin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

Göründüyü kimi Svetlana Hüseynova uzun sürən mübarəzidən tərtəmiz, üzüağ çıxıb. İşə bərpa olunması ilə əlaqədər Bakı Apellyasiya Məhkəməsi artıq qərar da qəbul edib. Uzun illər işlədiyi kollektivdə Svetlana Hüseynovaya qarşı qurduğu şər, böhtan xarakterli qarayaxma kompaniyası isə necə deyərlər, Afaq Əliyevanın öz başında çatlayıb. Arxasında bir çox yüksək çinli məmur durmasına baxmayaraq…

 

 

Aktualinfo.net

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır?
Next: Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK

OXŞAR MÖVZULAR

saleh məmmədov

Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib

admin 01/05/2026
yasar-omerov-1

Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır?

admin 01/05/2026
tibb univer

Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var

admin 30/04/2026

XƏBƏR LENTİ

  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026
  • Sumqayıtda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib 30/04/2026
  • Nikahların sayı tarixi minimuma endi, boşanmaların sayı iki dəfə artdı – Ailə böhranı tendensiyası niyə genişlənir? 30/04/2026
  • Türkiyədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu kəskin artırılıb 30/04/2026
  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026
  • Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib 30/04/2026
  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.