Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 4
  • “Bu, sülh gündəminə vurulan zərbədir…” – “Qətnamənin arxasında Makron dayanır”

“Bu, sülh gündəminə vurulan zərbədir…” – “Qətnamənin arxasında Makron dayanır”

admin 04/05/2026
tofiq-zül

 

“Bu zərbə, hətta Trampın onun xanımı barədə etdiyi acı zarafatdan da ağrılıdır…”

Keçmiş xarici işlər naziri, təcrübəli diplomat Tofiq Zülfüqarov Azərbaycan ilə Avropa Parlamenti (AP) arasında yaranmış gərginliyi və bu proseslərin pərdəarxası məqamlarını təhlil edib. Diplomatın qənaətinə görə, baş verənlər təsadüf deyil və birbaşa Fransanın bölgədəki uğursuz siyasətindən qaynaqlanır.

T.Zülfüqarov qeyd edir ki, Avropa Parlamenti hazırda fransız bürokratların tam nəzarəti altındadır.

Diplomatın sözlərinə görə, bu, AP-yə deputat seçimi əslində bir “seleksiya” prosesidir və bu işi Fransanın Aİ ölkələrindəki səfirlikləri həyata keçirir: “Bu seçkilər yerli səsvermələrlə paralel keçirilir və tamamilə formal xarakter daşıyır. Səfirlik işçiləri, mahiyyət etibarilə, 600-dən çox “xoşbəxti” aylıq 30 min avrodan çox maaş və imtiyazlarla mükafatlandırırlar. Onların yeganə vəzifəsi isə vaxtında, “dirijorun” əmri ilə lazımi düyməni sıxmaq və ya əl qaldırmaqdır. Fransa bu yolla ümumavropa büdcəsi hesabına Aİ-nin icraedici strukturlarına təzyiq imkanı qazanır”.

Təhlildə vurğulanır ki, Fransa Prezidenti Emmanuel Makronun İrəvan səfəri öncəsi Azərbaycan əleyhinə absurd qətnamənin qəbuluna rəvac verməsi təsadüfi deyil. Bu, Bakı ilə İrəvan arasındakı sülh gündəminə qəsdən vurulan zərbədir.

“Səbəb isə sadədir: Fransa və onun dominantlıq etdiyi Aİ regiondakı qlobal layihələrdən kənarda qalıb. “Brexit”dən sonra Aİ-də hegemonluq edən Fransa, Cənubi Qafqazın Avrasiyanın “Suez kanalı”na çevrilməsindən kənarda qaldı. TRIPP layihəsi, Orta Dəhliz (Trans-Xəzər dəhlizi) və digər strateji təşəbbüslər Makronun ambisiyalarına ciddi zərbə vurur. Bu zərbə, hətta Trampın onun xanımı barədə etdiyi acı zarafatdan da ağrılıdır”, – deyə sabiq nazir bildirir.

Diplomat hesab edir ki, Azərbaycan Milli Məclisinin son qərarları Bakının Avropa Parlamentini artıq bir təzyiq aləti kimi ciddiyə almadığının göstəricisidir: “Milli Məclisin mövqeyi o deməkdir ki, Avropa Parlamenti kimi təzyiq rıçaqları və zəifləməkdə olan Fransanın “yumşaq güc” cəhdləri bizim üçün əhəmiyyətsizdir. Bir sözlə: Bizə nə etməli olduğumuzu məsləhət görməyin ki, biz də sizin hara getməli olduğunuzu deməyək”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Bu vacib preparatın apteklərdə satışının müvəqqəti dayandırılması gözlənilir
Next: İlham Əliyev: Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə onu sarsıdır

OXŞAR MÖVZULAR

vuf-13-fon

WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır?

admin 19/05/2026
vuf13-media

Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir – FOTO

admin 17/05/2026
d4uyuJzYM3K9y3WFo4lUy0pqf7zMzDx98GqMiA3E_1200

Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak edib

admin 15/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026
  • İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub 18/05/2026
  • Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə Anlaşma Memorandumu imzalayıb 18/05/2026
  • Ermənistan Kərkini qaytarır: İran buna görə təşvişə düşdü… 18/05/2026
  • WUF13-də Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim olundu 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.