Skip to content
04/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 4
  • İlham Əliyev: Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə onu sarsıdır

İlham Əliyev: Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə onu sarsıdır

admin 04/05/2026
videok-ilham

 

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentini tənqid edib.

O, bunu İrəvanda “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında bəyan edib.

O qeyd edib ki, bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası kimi eyni yanaşmanı nümayiş etdirmir.

Prezidentin sözlərinə görə, belə institutlardan biri Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasıdır.

İlham Əliyev xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2024-cü ilin yanvarına qədər milli nümayəndə heyətinə qarşı heç bir məhdudiyyət tətbiq edilməyib.

“Yeri gəlmişkən, mən özüm o zaman Azərbaycan nümayəndə heyətinin rəhbəri və parlamentin deputatı kimi AŞPA-nın fəal üzvlərindən biri idim. 2024-cü ilin yanvarına qədər Avropa Şurasında nümayəndə heyətimizə qarşı heç vaxt məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul edilmiş və 30 il ərzində kağız üzərində qalmış dörd qətnaməsini müstəqil şəkildə həyata keçirdik. Lakin bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi” – İlham Əliyev bildirib.

“Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna (modus operandi) çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir”, – o vurğulayıb.

Avropa Parlamentindən bəhs edən prezident qeyd edib ki, bu struktur sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sarsıtmaqla məşğuldur. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin başa çatmasından altı ay sonra – 2021-ci ilin mayından 2026-cı il 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və qeyri-mötəbər məlumatlarla dolu 14 qətnamə qəbul edib. Sonuncusu isə sammitdən az öncə qəbul edilib.

“Təsəvvür edin, beş il ərzində 14 qətnamə – bu, bir növ obsesiyadır. Sonuncusu isə cəmi dörd gün əvvəl, sammitdən dərhal öncə qəbul edilib. Bəzi üzv dövlətlərdə mövcud olan ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətlilik və evsiz insanların problemləri kimi fundamental məsələləri həll etmək əvəzinə, Avropa Parlamenti Azərbaycanı hədəf alaraq böhtan və yalanlar yayır. Bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir. Buna cavab olaraq Azərbaycan Parlamenti mayın 1-də rəsmi şəkildə Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakın dayandırılması və “Avronest” Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarının başlanması barədə qərar qəbul edib”, – İlham Əliyev bildirib.

“Nəzərə alaraq ki, “Avropa Siyasi Birliyi”nin sammitləri çərçivəsində biz fikirlərimizi və narahatlıqlarımızı açıq şəkildə bölüşürük, bu məsələ ilə bağlı baş verənləri həmkarlarımızın diqqətinə çatdırmaq istədim ki, qəbul edilmiş qərarla bağlı dezinformasiya və manipulyasiyaya yol verilməsin”, – dövlət başçısı vurğulayıb.

PAYLAŞIN:

Continue Reading

Previous: “Bu, sülh gündəminə vurulan zərbədir…” – “Qətnamənin arxasında Makron dayanır”
Next: İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sülh reallıqdır

OXŞAR MÖVZULAR

videok-2

İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sülh reallıqdır

admin 04/05/2026
ilham-abştp2

İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq

admin 04/05/2026
bşih-ilham

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Kremldə çevriliş təşvişi, Putin tam qapanıb… – Sensasiyalı kəşfiyyat məlumatları yayıldı 04/05/2026
  • İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir 04/05/2026
  • İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sülh reallıqdır 04/05/2026
  • İlham Əliyev: Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə onu sarsıdır 04/05/2026
  • “Bu, sülh gündəminə vurulan zərbədir…” – “Qətnamənin arxasında Makron dayanır” 04/05/2026
  • Bu vacib preparatın apteklərdə satışının müvəqqəti dayandırılması gözlənilir 04/05/2026
  • “Ermənistan Rusiyanın vassalı olmayacaq” – Simonyan Moskvan çevriliş cəhdində ittiham etdi 04/05/2026
  • Türkiyədən Ermənistana ilk yüksək səviyyəli səfər: İrəvanda buzlar əriyir 04/05/2026
  • Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir 04/05/2026
  • Kəndlidən ucuz çıxan məhsul Bakıda niyə bahalaşır? – Əsl səbəblər 04/05/2026
  • Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq? 04/05/2026
  • Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: “Onlar bizə nümunədir” 04/05/2026
  • Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir 04/05/2026
  • ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində 04/05/2026
  • İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq 04/05/2026
  • 2026-cı ilin ən yaxşı yeni avtomobilləri 04/05/2026
  • Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq 04/05/2026
  • FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür 04/05/2026
  • ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir 04/05/2026
  • Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? – Yeni mexanizm GÜNDƏMDƏ 04/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.