Skip to content
06/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 5
  • Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər – Ekspert

Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər – Ekspert

admin 05/05/2026
sürücü

 

Son dövrlər Azərbaycanda sürücülər arasında maraqlı və bir o qədər də düşündürücü tendensiya müşahidə olunur. İnzibati cərimə ballarının 20 bal həddinə çatmasından və sürücülük hüququnun məhdudlaşdırılmasından qorxan şəxslər, törətdikləri qayda pozuntularını etibarnamə vasitəsilə başqa şəxslərin adına yönləndirirlər. Bu mexanizmin hüquqi tərəfləri və yarada biləcəyi fəsadlar cəmiyyətdə geniş müzakirə olunur.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlama verərək, mövcud vəziyyəti tənqid edib və çıxış yollarını göstərib.
Ekspert hesab edir ki, bəzi cərimələrə görə tətbiq olunan ballar ümumiyyətlə yığışdırılmalıdır:
“Biz bu gün sürücüləri cərimə balları ilə “asıb-kəsməklə” heç nəyi həll etmirik. Çünki biz o sürücünü peşəkar səviyyədə hazırlamamışıq. Sürücülük məktəbləri, təlimçilər ürəkaçan deyil, imtahan prosesində illərdir heç bir yenilik yoxdur. Sürücü kütləsini yalnız qorxu altında saxlamaqla yol hərəkəti təhlükəsizliyini təmin etmək olmaz. Bunun üçün ilk növbədə uyğun şərait yaradılmalıdır”.
E.Muradlı şəhərdəki infrastruktur problemlərinin sürücüləri çıxılmaz vəziyyətdə qoyduğunu vurğulayıb:
“Bəzi yerlərdə avtobus zolaqlarında saat 07:00-dan 23:00-a qədər qadağa var, lakin bu mexanizm tam formalaşmayıb. Sürücü bəzən dönmə bucağını düzgün tənzimləyə bilmədiyi üçün məcburən zolağa girir və cərimələnir. Şəhərdə düzgün parklanma yerləri yoxdur. Vətəndaş məcbur qalıb maşını qısa müddətlik piyada keçidinə yaxın və ya səkidə saxlayır. Nəticədə dərhal 40-60 manat cərimə və 2 bal tətbiq olunur. Sərnişin düşürmək üçün dayanan sürücüyə 5 saniyəyə görə 80 manat və 2 bal yazılır. Bu, nə dərəcədə ədalətlidir? Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vəziyyəti acınacaqlıdır. Onların əksəriyyətinin 18-19 balı var və növbəti xırda bir xəta onların çörək pulundan məhrum olması deməkdir. İnsanların hüququnu əlindən almaq ən ağır tədbirdir. Məsələn, 5 dəfə qırmızı işıqdan keçmək ciddi pozuntudur, amma avtobus zolağında sərnişin götürmək üçün 3 saniyə dayanmağa görə ağır cəza vermək sivil yanaşma deyil”.
Vətəndaşların cərimə ballarını başqa şəxslərin üzərinə keçirməsinə gəlincə, E.Muradlı bunun bir məcburiyyətdən doğduğunu bildirib: “Mən bu addımı atanları qınaya bilmərəm, çünki qanunla etibarnamə verilməsinə dair bir qadağa yoxdur. Vətəndaş çıxış yolu kimi buna əl atır. Problem etibarnamədə deyil, problem vətəndaşı bu vəziyyətə salan tənzimləmələrdədir. Hazırda hər 10 sürücüdən 8-nin sürücülük hüququnun məhdudlaşdırılması təhlükəsi var. İndi sual yaranır: bizə sürücülük vəsiqəsi əlindən alınmış kütlə lazımdır, yoxsa şərait yaradılmış intizamlı sürücülər? Bu sualın cavabı hər şeyi aydınlaşdıracaq”/sfera.az
PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda da saatlıq əmək haqqına keçid edilir – Maaşlar artacaq?

OXŞAR MÖVZULAR

saat-maaş

Azərbaycanda da saatlıq əmək haqqına keçid edilir – Maaşlar artacaq?

admin 05/05/2026
istedadlar

“Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə

admin 05/05/2026
keydju

ADB direktoru: “Trans-Xəzər enerji kabeli PAGI meqalayihəsinin bir hissəsi ola bilər”

admin 05/05/2026

XƏBƏR LENTİ

  • Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər – Ekspert 05/05/2026
  • Azərbaycanda da saatlıq əmək haqqına keçid edilir – Maaşlar artacaq? 05/05/2026
  • Fərhad Məmmədov: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır 05/05/2026
  • İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 05/05/2026
  • “Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə 05/05/2026
  • lham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub 05/05/2026
  • İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib 05/05/2026
  • Əliyev İrəvan çıxışında təsdiqlədi: “Plan” məhv edilib! 05/05/2026
  • Trampın ətrafı məğlubiyyətə hazırlaşır – Seçki yaxınlaşdıqca Ağ Evin narahatlığı artır 05/05/2026
  • Orxan Məmmədov: “İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafına yeni imkan açır” 05/05/2026
  • “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır 05/05/2026
  • ADB direktoru: “Trans-Xəzər enerji kabeli PAGI meqalayihəsinin bir hissəsi ola bilər” 05/05/2026
  • Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir 05/05/2026
  • “Plan belə idi: ermənilər Qarabağda qalırdı, azərbaycanlılar isə…” – Metyu Brayza açıqladı 05/05/2026
  • İstiqlal şairi Əhməd Cavadın doğum günüdür 05/05/2026
  • SEPAH: Trampın bugünkü problemi Hörmüz boğazının açılmasıdır 05/05/2026
  • Meloni: Prezident Əliyevlə İranla bağlı böhran ətrafında fikir mübadiləsi apardıq 05/05/2026
  • İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər 05/05/2026
  • Azərbaycan Prezidentinin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub 05/05/2026
  • İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir! 05/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.