Ölkə başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, bu gün ölkəmizdə uşaqlar, yeniyetmələr və gənclər arasında idmana maraq artmış, idman kütləvi şəkil almışdır.
Voleybol idmanı ölkəmizdə komanda idman növləri arasında ən inkişaf etmiş idman növlərindən biridir. Bu gün ölkımizdə minlərlə uşaqlar və yeniyetmələr bu idman növü ilə məşğul olurlar. Əminliklə söyləmək olar ki, Azərbaycan voleybolunun gələcək ulduzları yetişməkdədir. Belə istedadlı yeniyetmələrdən biri, ölkə voleybolunun gələcək ulduzlarından sayıla biləcək Məmmədli Aynur Qismət qızıdır.
Məmmədli Aynur Qismət qızı 22. 02. 2012-ci il tarixində Bakı şəhərində anadan olub. Bakı şəhəi, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı tam orta məktəbin 9 ğ sinif şagirdidir. Onda əzmkar idmançı keyfiyyətlərini görən sinif müəlliməsi Təbəssüm müəllimənin tövsiyyəsi, mənəvi-psixoloji dəstəyi və özünün voleybol idman növünə olan sonsuz həvəsi onu bu sahəyə gətirdi. Xırdalan şəhirndə yerləşən 3 saylı litseydə fəaliyyət göstərən “İlkin” voleybol klubunda Bəxtiyar müəllim və Pərvin müəllimənin rəhbərlikləri altında voleybolun sirlərini öyrənir.
Ötən 3 il ərzində Aynur voleybol üzrə keçirilən müxtəlif idman yarışlarında və turnirlərdə iştirak etmiş, dəfələrlə qalib olaraq müxtəlif mükafatlara layiq görülmüşdür.Aynurdan 8 yaş kiçik olan bacısı Nuray daim onu böyük həvəslə izləyir və o da gələcəkdə voleybolçu olmaq istədiyini bildirir. Aynurun voleybol idmanı ilə məşğul olmağa başladığı ötən 3 il ərzində bir çox uğurlara imza atması, Azərbaycan voleybolunda yeni bir ulduzun yetişdiyini söyləməyə, gələcəyə nikbin baxmağa əsas verir. Uğurların daimi olsun Aynur.
Aktualinfo.net
Məqaləyə dair fotomateriallar:

