Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr, NEZ-lərin vurulması ilə yaranan yanacaq qıtlığı, həmçinin PUA-lardan istifadə ilə cəbhədə vəziyyəti dəyişməsi, son bir neçə həftədə isə Rusiyanın ilk dəfə olaraq işğal etdiyi ərazidən daha çox ərazi itirməsi ABŞ-ın münasibətinə ciddi təsir göstərib.
Rusiya bir müddətdir sülh danışıqlarına hazır olmaqla bağlı ardıcıl olaraq təkrarladığı mövqedən sonra ABŞ Dövlət katibi Marko Rubio ilə Sergey Lavrovun görüşünə çox ümid edirdi.
Görüş ötən gün baş tutdu və Rusiyanın arzulamadığı qısa müddətdə – 35 dəqiqə ərzində başa çatdı.
Görüşdə nələrin müzakirə olunduğunu isə tərəflərin ictimai açıqlamalarından təxmin etmək olar.
Rusiya XİN rəhbəri Sergey Lavrov mediaya açıqlamasında görüşü müsbət dəyərləndirərək, ölkəsinin Tramp və Putin arasında Alyaskada təklif edilən razılaşma variantına (şərti olaraq “Ankoric razılaşması” adlanır) sadiq olduğunu təkrarladı.
ABŞ Dövlət katibi Marko Rubio isə mediaya bunları dedi:
– Ukrayna ərazilərinin bölünməsi cəhdləri uğursuz olub. Ukraynalılar buna razı olmadıqca sülh sazişi necə bağlana bilər?
– Ukraynada münaqişənin həlli üçün yeni ideyalar və təkliflər lazımdır.
Bu iki cümlə artıq “Ankoric razılaşması” vaxtı olan reallıqların dəyişdiyini göstərir. ABŞ Ukraynanın hazırda daha üstün mövqedə görür və faktiki olaraq Rusiyanın ciddi təlaş içində, mümkün qədər tez, ancaq öz şərtlərinə uyğun sülh axtarmasını qəbul etmir.
“Yeni ideya və təkliflər lazım” olduğunu deyən ABŞ Rusiyanı yeni reallıqlardan çıxış etməyə çağırır.
Görünür ki, Rubio 35 dəqiqə ərzində məhz bunu Lavrova deyil: yeni təklif yoxdursa, demək, müzakirə edəcək heç nə yoxdur.
Beləliklə, Rusiya-Ukrayna savaşında yeni mərhələnin başlandığını ABŞ rəsmən elan etmiş oldu. Bu mərhələnin sonu Rusiyanın iddialarından əl çəkməsi ilə gələ bilər./axar.az
