Ayrılığın öz tamı var
Sözlə ucaldız
(Bu şeiri şair dostum Faiq Balabəyliyə ithaf edirəm)
Ruha qida verir sizin şeirlər,
Ürəkdən süzülür saf düçüncələr.
Şeiriz nur saçır sevən könülə,
Dağ çeşməsi tək qəlblər fərəhlər.
Həyatda hər kəsin qisməti oldu,
Sizin də qismətiz söz payı oldu.
Sözlə bəsləndiz, sözlə ucaldız,
Ömrüzdə hər zaman ondan güc aldız.
Həyatda hər zaman sözlə oynadız,
Sözlə silahlanıb, sözlə savaşdız.
Bitib, tükənmədi söz döyüşləri,
Bütün cəbhələrdə sözlə vuruşduz.
Sözə aşiq olduz, sözə vurulduz,
Sözlə yoğruldunuz, sözə bənd olduz.
Sözlə yaralandız, sözlə sarıldız,
Sözlə alovlandız, sözlə parladız.
12.08.2026
Baş açmadım səndən, dünya!
Həm sevincsən, həm də kədər,
Baş açmadım səndən, dünya!
Hər şey yalan, hər şey hədər,
Baş açmadım səndən, dünya!
Nadürüstə cənnət oldun,
Dərd qanana zülmət oldun,
Qüssə oldun, zillət oldun,
Baş açmadım səndən, dünya!
Kimə yasdır, kimə toydur,
Dərd verməkdən görən doydun?!
Çoxlarını naçar qoydun,
Baş açmadım səndən, dünya!
Nizam saxta, düzüm saxta,
Ümid qalıb təkcə baxta.
Vəzir sarsaq, şahı axta,
Baş açmadım səndən, dünya!
Fayda gördü səndən namərd,
Çox adama dərd verdin, dərd!
Bir üzün şən, bir üzün sərt,
Baş açmadım səndən, dünya!
Nadana verdin taxt-tacı,
Gah şirinsən, gah da acı.
Dərd var ki, yoxdur əlacı,
Baş açmadım səndən, dünya!
26.09.2026
