Abşeron rayonu, Aşağı Güzdək qəsəbə sakinləri – şəhid atası, müharibə iştirakçısı, qəsəbə ağsaqqallar şurasının sədri Məcidov Ağalətif tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə kömək məqsədi ilə müraciət məktubu ünvanlanıb.
Bir surəti də Aktualinfo.net-ə daxil olan məktubda deyilir:
Çox hörmətli, cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva. Biz şəhid ailələri Sizin üzərimizdə olan xüsusi diqqət və qayğılarınızı yüksək qiymətləndirir və bundan təsəlli tapırıq. Biz də öz növbəmizdə fəxr edirik ki, Azərbaycan Ordusunun əsgəri – şəhid Səbuhi Məcidovun valideyniyəm.
Məlumat üçün bildiririk ki, 2002-ci ildə anadan olan oğlumuz Səbuhi Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində boya başa çatmı, 141 saylı A.Güzdək orta məktəbində təhsilini başa vurduqdan sonra 2020-ci ilin yazında hərbi xidmətə yola düşmüşdür. O 2-ci Qarabağ Müharibəsində iştirak etmiş, torpaqlarımızın azad edilməsində iştirak etmiş və “Zəfər günü”nə 7 gün qalmış qəhrəmanlıqla həlak olmuşdur. Və göstərdiyi şücaətə görə Ali Baş Komandanlıq tərəfindən orden və medallarla təltif edilmişdir.
Mən, Səbuhinin atası Məcidov Ağalətif 1-ci Qarabağ Müharibəsində 3 il 6 ay döyüş zonasında iştirak etmişəm. Qəsəbə ağsaqqqallar şurasının sədriyəm. Ailəmizlə birtəhər güzəran keçiririk. Özüm də ürək xəstəsiyəm, əməliyyatla ürəyimə stend qoyulmuşdur. Müalicələr hesabına hələlik həyatda yaşayıram. Oğlumuzun şəhid olması ailəmizə mənəvi cəhətdən çox sarsıtmışdır. Prezident tərəfindən də bu il Səbuhinin müharibə zamanı döyüşdə fərqləndiyinə görə 3-cü dərəcəli “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ordeni ilə təltif etmişdir.
Şəhid ailəsi olmamığımıza baxmayaraq bizimki son vaxtlar gətirmir. Belə ki, rayon adamı olduğumuza görə əvvəl istədik ki, dolanacağımızı və mənim müalicə xərclərimi qarşılamaq üçün yoldaşıma və qızıma bir iş təşkili üçün ƏƏSMN-nə müraciət etdik. Əvvəl söz verdilər, Sonra bildirdilər ki, qəsəbənin yaxılığındakı poliklinikada yer yoxdur. Bundan əlimiz üzüləndən sonra 2 il əvvəl bir işsiz kimi istədik ki, özünəməşğulluq proqramından faydalanaraq mal qara alıb baxaq. Kasıbçılıqdan əvvəlki mallarımızı satıb mənim ürək əməliyyatıma və müalicələrimə sərf olunmuşdur.Yəni mala baxmağa şəraitimiz olsa da ƏƏSMN-yi biz şəhid ailəsinə növbədənkənar mal-qara ilə təmin etmədi. Ona görə məcbur olub qohum qardaşdan borc pul yığdıq ki, heç olmasa bir sağılan mal alıb güzəran edək. Dedilər ki, Mehdiabad qəsəbəsində bir XTQ qazisi var onun icarəyə götürdüyü fermada cins sağılan inəklər satılır. Özü Sabirabad rayonundan olan Alim Məmmədovla ( mobil.051 634 44 42 ) görüşdük. Dedi narahat olmayın sizə elə bir inək verəcəyəm ki, gündə 25 litr süd verəcək. Çox sevindik. Dedik ki, olarmı malı aparıb bir iki gün saxlayıb baxaq və pulun yarısını da o zaman verib yekunlaşdırarıq. Razı olmadı ki, bəs mənim evdə təmir işlərim var və s. Həmin gün 5000 manatı alıb aradan çıxandır. İcarəyə götürdüyü fermasını da dəyişdirib. Telefonlarımıza cavab vermir. Yalnız votsapla yazıb bildiri ki, guya haradansa gəlib görüşəcək və s bəhanələr. Konkret dələduzluqla məşğuldur. Yəni 3 qat baha satdığı malını min bir bəhanə ilə qaytarmaq istəmir. Çox peşiman olmuşuq.
Əvvəllər yaşadığımız Qobustan rayonun Qaracüzlü kəndində də vaxtilə ailəmizə verilmiş 5 ha pay torpağından da istifadə edə bilmirik. Deyilənə görə bir Nehrəmli ailə üzvlərimizin razılığı olmadan bu torpaqları zəbt edib istifadə edir. Torpaq Aktı da qalıb əlimizdə. Qobustan rayon İcra Başçısının yanında olmuşuq. Adil müəllim də söz verdi ki, narahat olmayın torpaq probleminizi həll edib qaytarıb sizə verərik istifadə edərsiniz. Amma onun sözü havada qaldı. Axı necə ola bilər ki, oğlum Səbuhinin qanı tökülmüş və dövlətin bizə verdiyi pay torpağımızı hansısa gədə mənimsəsin?
Çox hörmətli cənab Ali Baş komandan bir şəhid valideyni olaraq Sizdən xahişimiz budur ki, qeyd etdiyim problemlərin həll edilməsi üçün köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.


