Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Sentyabr
  • 11
  • Qobustan Bələdiyyəsinin torpaq biznesi üç azyaşlı uşaq anasını evsiz qoydu

Qobustan Bələdiyyəsinin torpaq biznesi üç azyaşlı uşaq anasını evsiz qoydu

redaktor 11/09/2019
Qobustan_rayonu

Qobustan ərazisinə və əhalısinin sayına görə respublikamızda ən kiçık rayonlardan biridir. Burada əhalı əsasən kənd təsərrüfatı ilə məşğul olur. Rayon sakinlərinin əkib becərdikləri torpaq sahələrindən başqa demək olar başqa gəlir yeri yox dərəcəsindədir.  Bütün bunlarla yanaşı burada sakinlər və yerli İcra Hakimiyyəti orqanları arasında torpaq üstündə mübahisələr, məhkəmə çəkişmələri yaşanır. Aktualinfo.org sözügedən rayonda mübahisəli torpaq məsələləri ilə bağlı müxtəlif vaxtlarda məqalələr yayıb. Qobustan rayonu, Xilmilli kənd sakini Osmanova (Şərifova) Leyla Tərlan qızı tərəfindən ölkə başçısı İlham Əliyevə ünvanladığı müracıət də bu qəbildəndi.Vətəndaş Leyla Osmanova digər aidiyyatı qurumlara da müraciət edərək üzləşdiyi problemin həll olunmasında ona kömək etməyi xahış edir. O,yazır:

Hörmətli cənab Prezident, əvvəlcə bildirmək istəyirəm ki, mən ailəmlə Qobustan rayonun Mərəzə qəsəbəsində 2007-ci ilədək yaşamış və Qobustan rayon İcra hakimiyyətinin Memarlıq şöbəsində kompüter mütəxəssisi işləmişəm. İşlədiyim dövrdə mən də bir vətəndaş olaraq Nərimankənd ərazisində olan bələdiyyə torpağından fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsi əldə etmək üçün ərizə verdim. Ərizəmə əsasən mənə 0.06 ha torpaq sahəsi yerli bələdiyyə tərəfindən qanuni sənədlərlə, hesaba pul köçürmə, alq-satqı müqaviləsi, qərar, evin eksiz layihə-smeta sənədlri hamısı hazırlanıb mənə təqdim edildi. Mən də təqdim edilmiş yerimə mişar daşı və bir yük avtomobili qum tökdürdüm ki. tezliklə işə başlayaram. Elə oldu ki, ailəmizin maddi imkanı olmadığından yerin kənarını bir az hasar edib qoyduq. 2013-cü ildən ailə həyatı qurdum və o vaxtdan Xilmilli kəndində kirayə kimi müvəqqəti bir evdə yaşamağa başladım. Hazırda öhdəmdə 3 azyaşlı uşaq vardır. Ona görə də kasıbçılıqdan hələlik mənə verilmiş torpaqda ev tikə bilmirdim. Lakin yerimə əlavə yenə iki maşın mişar daşı tökdürmüşdüm. Budur, avqustun 10-da mənə bildirdilər ki, bizim yerdə habil adlı şəxs özbaşına tikinti işləri aparır. O mənim yerimin kənarlarını hasardan çöl tərəfdən yenidən binövrə qazdırıb hasar tikdirmək istəyir. Habil bizə bildirdi ki, mən bu yeri Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovdan pulumu verib almışam.Lakin o bizə heç bir sənəd göstərmədi. Yerimizdə işləyən Habilin qohumu olan İlqar adlı bənna da bildirdi ki, mən bu yerin hasarını tikməliyəm.
Biz yerimizdə olarkən Bələdiyyə sədri Vasif gözə görünmədən bizi qorxutmaq üçün yerə polis çağırtdırdı. Polis bizim sənədlərimizə baxdı və tikintinin dayandırlımasını tapşırıb çıxıb getdi.Lakin buna baxmayaraq sabahı gün ustalar yağış yağa yağa yenə yerimizdə tikintini davam etdirdilər. Biz bələdiyyə sədri Vasiflə telefonla danışıb nə qədər onunla görüşməyə çalışsaq da o bizdən qaçıb gizləndi, yerində tapılmadı. Yalnız telefonda bildirdi ki, sizdəki sənəd sənəd sayılmır. Biz Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun qəbulunda olduq. O bələdiyyə sədrinə tapşırıq verdi ki, gedin yerində aydınlaşdırın və mənə məruzə edin. İkinci dəfə qəbulda olarkən Vasif başçıya bildirdi ki, guya Habilin kadastr planı varmış. Amma bu sənədi təqdim etmədi. Başçı bildirdi ki, əgər sənədi varsa o zaman vətəndaşa başqa yerdən torpaq əvəzi yer verin. Lakin bələdiyyə sədri bu günə kimi nə bizə dediyi rəsmi sənədi təqdim edir, nə də başçının tapşırığına əməl edib digər yerdən 0.06 ha torpaq sahəsini verir. Bir sözlə, V.Novruzov başçının tapşırığına əməl etmir, saymır.
Xatırlatmaq yerinə düşərdi ki, 2005-ci ilədək Vasif Novruzov bir gənc uşaq kimi benzindoldurma stansiyasında operator kimi işləyib birtəhər dolanırdı. Elə ki, bəldiyyə sədri oldu dərahal O zamankı icra başçısı olmuş İsmayıl Vəliyevlə birləşib 2007-2010-cu illər ərzində Nərmankənd kənd sakinlərinə mərəzə qəsəbəsinin gündoğar tərəfində verilmiş pay torpaqlarının hamısını kənar fizki şəxslərə hər sotu 1500 manatdan satıb bölüşmüşlər. Kənd sakinlərinin çoxu məhkəməyə müraciət edərək bu dəstəni ifşa etmişlər. Lakin buna baxmayaraq Vasif Novruzov yenə də qanusuz olaraq mənim kimi vətəndaşlara vaxtilə verilmiş torpaq sahələrini dədsinin malı kimi özbaşına saxta sənədlərlə satıb əsassız varlanmaqla məşğuldur. Məlumata görə bu adamın təkcə Bakı şəhərində üç villası vardır. Bizimlə söhbət zamanı isə bildirir ki, sizin sənədiniz sənəd sayılmır. Görün haram pullar bu adamı hansı dərəcəyə çatdırıb ki, Vasif qonşulu Nərimankənd kənd bələdiyyəsinin verdiyi sənədləri belə tanımaq istəmir . Və saxta sənədlə torpaqları satıb onu himayə edən quldur dəstəsilə bölüşür.
Cənab Prezident və cənab Ədliyyə naziri! Axı necə olur ki, yerli bələdiyyənin bizə rəsmən verdiyi torpaq sahəsi bizim istifadəmizdə ola-ola indiki bələdiyyə sədri Vasif Novruzov qanunsuz saxta sənədlərlə bazar qiymətinə kim pul versə satıb əsassız varlanma ilə məşğuldurlar. Onlar bizim kimi çox sayda sakinlərin başlarına belə dələduzluq oyunları açıblar. Əvvəlki bələdiyyənin camata verdikləri torpaqları min bir bəhanə ilə əllərimizdən alıb saxta sənədləşmə apardıqdan sonra dədlərinin qiymətinə kimə gəldi satıb varlanmaqla, yağlanmaqla məşğuldurlar. Ona görə də xahiş edirəm Qobustan şəhər Bələdiyyəsində Vasif Novruzovun son 14 il ərzində törətdiyi irimiqyaslı korrupsiya əməllərinin və sənəd saxtakarlıqlarının araşdırılması və hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə araşdırma aparılmasına göstəriş verəsiniz. Bizim əlimizdən əsassız olaraq alınmış yerimizin də qaytarılmasında köməklik göstərəsiniz.
Aktualinfo.org vətəndaş Leyla Osmanovanın müracıətini araşdıracaq və mövzuya bir daha qayıdacaq.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Səfər Mehdiyevin işçisi notariusla əlbir olub vətəndaşı necə soydular?
Next: “Xan Saray”in önündəki çinarın budaqları vaxtında niyə budanmadı? – Qaranlıqlar aydınlaşır

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026
  • İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.