Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Sentyabr
  • 24
  • “Xan Saray”in önündəki çinarın budaqları vaxtında niyə budanmadı? – Qaranlıqlar aydınlaşır

“Xan Saray”in önündəki çinarın budaqları vaxtında niyə budanmadı? – Qaranlıqlar aydınlaşır

redaktor 24/09/2019
Clip_8jpg-1661026948

İyulin 14-də saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək 19 nəfərə xəsarət yetirməsi, Şəki Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səhlənkarlığı ucbatından Şəmkir rayon sakini, azyaşlı uşaq anası,müəllimə Xəyalə Ağamalıyevanın ölumu ilə nəticələnən hadisədən çox müddət keçməyib. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki “Xan Sarayı”nın, həmçinin Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi burada baş verən sözügedən hadisəni tamamilə unutdurdu
Aktualinfo.org sözügedən faciə ilə bağlı yeni maraqlı məlumalatlar əldə edib. Həmin məlumatlarda hadisənin heç də təsadüfən deyil, baxımsızlıq ucbatından və səhlənkar idarəetmənin nəticəsində baş verdiyi bildirilir. Qeyd edək ki, hadisədən dərhal sonra  Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva ilkin olaraq bildirmişdi ki, ağacın iri budağının qırılıb düşməsinə səbəb son zamanlar mütəmadi yağan leysan xarakterli yağışlar və güclü külək olub: “Son günlər yağan aramsız yağışlar və bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində Xan Çinarı ağacının iki böyük budağı qırılaraq yerə düşüb. Hadisə zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb”.-deyə Təranə Abdullayeva mətbuata bildirmişdi

Sonrakı açıqlamasında isə Təranə Abdullayeva bir az da qabağa gedərək “budağı sınaraq turistlərin üzərinə düşən ağacın budanması üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm. Amma 2016-cı ildən bu tərəfə gəlib bu ağacı budayan olmayıb”-demiş və  əlavə etmişdi ki,“Xan çinarı” “Qırmızı Kitab”a düşdüyündən, qoruq ərazisində olduğundan ağacın budanmasını da ancaq şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyi həyata keçirməlidir: “Mən Tarix Memarlıq Qoruğunun direktoruyam, Təbiət Qoruğunun yox. Amma bununla belə mən ağacın budanması üçün aidiyyatı qurumlara məktub yazmışam. Budanması üçün də müsbət rəy verilib. Axırıncı dəfə hadisə baş verməzdən bir neçə gün öncə Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə də əlaqə saxladım ki, gəlib ağacı budasınlar. Dedilər gəlib budayacaqlar. Amma gəlib budayan olmadı”. Ortaya sual çıxır,niyə?
Memarlıq Qoruğu direktorunun bu açıqlamasından sonra Şəki Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Nizami İsmayılov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ağac qoruq ərazisində olduğundan, onun budanması Kommunal Təsərrüfat İstehsalat Birliyinin dislokasiyasına aid deyil: “Şəki Xan sarayının həyətinə maşın daxil ola bilmir. O ağacı budamağa xüsusi texnika və mütəxəssis lazımdır. O da bizdə yoxdur. Ona görə də, ağacı budanması bizim səlahiyyətimizə aid deyil”. Diqqət yetirin Təranə Abdullayeva deyir ki, şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinə zəng etdim,dedilər gəlib budayacıq, Şəki rayon İcra Hakimiyyətindən isə mətbuata bildirilir ki,bu bizim səlahiyyətimizə aid deyil..
Maraqlıdır, bəs kimin səlahiyyətləri daxilindədir? Məlum olduğu kimi, “Xan Sarayı” və ətrafı memarlıq abidəsi hesab olunduğundan Mədəniyyət Nazirliyinə tabe bir qurumdur. Amma ərazi baxımından Şəki rayonunda və Şəki şəhərinin tam mərkəzində yerləşir. Bununla bərabər qoruq Mədəniyyət Nazirliyinin strukturuna daxıl olan Şəki Regional Mədəniyyət İdarəsinə tabeli bir qurumdur. Sözügedən idarə isə tək “Xan Sarayı” deyil, bölgədə yerləşən yüzlərlə belə tarixi memarlıq abidəsinin qorunmasına yerli İcra Hakimiyyəti orqanları ilə birgə məsuliyyət daşıyırlar. Belə olan təqdirdə Şəki Regional Mədəniyyət İdarəsi bu hadisəyə niyə seyrçi qaldı. İdarənin müdiri Mirvari Zeynalova həmin hadisələrdə nə üçün susqunluq nümayiş etdirdi?
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə “Xan Sarayı”nın qarşısındakı çinar ağacı 14 iyul hadisəsəndən təxminən bir ay əvvəl başqa bir budağı da sınaraq yerə düşübmüş və xoşbəxtlikdən həmin hadisə zamanı ətrafda heç kim olmadığından xəsarət alan olmamışdı. Bu hadisədən isə Şəki rayon İcra Hakimiyyətinin də, Şəki Regional Mədəniyyət İdarəsibnin də məlumatı olmuşdur. Bəs bir ay əvvəl baş vermiş bu hadisə ictimaiyyətdən nə üçün gizlədildi? Həmin hadisədən dərhal sonra Şəki icra Hakimiyyəti və Şəki Regional Mədəniyyət İdarəsi aidiyyatı qurumlar qarşısında təhlükənin olduğu barədə niyə məsələ qaldırmayıb? Bu səhlənkar və məsuliyyətsiz bir idarəetmənin nəticəsi ilə yanaşı,,hər hansı bir faciənin baş verməsi üçün bilərəkdən atılmayan addım deyilmi?Bəs görəsən yuxarıda qeyd etdiyimiz kimi, görəsən hadisə zamanı və hadisədən sonra Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari Zeynalova nə üçün susqunluq nümayiş etdirdi.
Redaksiyamıza verilən məlumatlara Mədəniyyət İdarəsinin müdiri Mirvarı Zeynalova ilə Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva arsında uzun müddətdir gərginlik yaşanmaqdadır. Məlumatlara görə Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov da Təranə Abdullayevanı bu vəzifədən uzaqlaşdırmaq üçün yollar axtar. Bütün bunlara səbəb Təranə Abdullayevanın qoruq ərazisindən kifayət qədər gəlirlər əldə etməsi göstərilir. Məlumatlara görə elə “Xan Sarayı”nın arxasında yerləşən suvenir mağazasından xanım direktor il ərzində xeyli gəlir əldə edir. Bunlardan əlavə məlumatlara görə Şəkidə Təranə Abdullayevaya məxsus bir neçə mağazalar var ki, bunların hamısını qoruğa direktor təyin olunduqdan sonra ərazidə son illər aparılan bərpa və yenidənqurma işlərinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməklə əldə edib. Qoruqdan isə Təranə Abdullayeva heç də az gəlir götürmür. Götürək elə “Xan Sarayı”nı ziyarət etmək üçün gələnlərə satılan biletləri. Bu biletlərin satışının hesabatı aparılmır və son dövrlər buraya turist axınını nəzərə alsaq,kifayət qədər məbləğın toplandığını görmüş olarıq. Məlumatlara görə xanım direktor bu yollarla əldə etdiyi pullar hesabına Türkəyədə, Antalya şəhərində otel də alıb. Bu yollarla əldə etdiyi gəlirlər Təranə Abdullayevanı bir oliqarx məmura çevirib və Mədəniyyət Nazirliyində toxunulmazlığını təmin edib.Ona bu işdə yardım edənin isə Mədəniyyət nazirinin müavini Vaqif Əliyevin olduğu bildirilir.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov isə bütün bunlara seyrçi qala bilmir və Regional Mədəniyyət İdarəsinə müdir təyin etdirdiyi Mirvari Zeynalovanın əli ilə onu vurmağa çalışır. Mirvari Zeynalova isə səlahiyyətləri çatmırmış kimi görkəm alaraq bu yolda yavaş -yavaş irəliləyir.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Qobustan Bələdiyyəsinin torpaq biznesi üç azyaşlı uşaq anasını evsiz qoydu
Next: Taleh Qaraşov Lənkəran üçün nə iş görüb? – Rayon xarabalığa çevrilib…

OXŞAR MÖVZULAR

niyazi-yol (1)

Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib

admin 05/03/2026
zaur mikayıl

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

admin 02/03/2026
qaçqınkom

Bakı və Biləsuvarda köçkün evlərinin təmirinə ayrılan 3 milyona yaxın vəsait daha haralara xərclənəcək

admin 02/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.