Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Oktyabr
  • 28
  • Vilayət Eyvazov polis mayorunu qanunsuz əməllərinə görə işdən çıxardı

Vilayət Eyvazov polis mayorunu qanunsuz əməllərinə görə işdən çıxardı

redaktor 28/10/2019
vilayet-eyvazov

Bakı şəhər sakinləri Elşən Məmmədov və Zaur İsmayılov  Binəqədi rayon Polis İdarəsinin əməkdaşı,polis mayoru Elçin Mehrəliyev tərəfindən aldadılaraq külli miqdarda pullarının mənimsənilməsi barədə ölkə başçısı İlham Əliyev cənablarına və Daxili İşlər Naziri Vilayət Eyvazova ünvanlanmış müraciət əsasında Aktualinfo.org onlayn qəzetdə İ6 sentyabr 2019 cu ildə “Binəqədi RPİ əməkdaşından Vilayət Eyvazova müracıət olundu” başlıqlı məqalə dərc olunmuşdu. Sözügedən məqalədən sonra vətəndaşların müracıəti əsasında aidiyyatı üzrə Nərimanov rayon Prokurorluğunda, Bakı Baş Polis İdarəsində və DİN-nin Təhqiqat İdarəsində araşdırmalar aparılmışdır. Polis mayoru E.Mehrəliyevin qulluq mövqeyindən süi-istifadə edərək vətəndaşlara qarşı törətdiyi özbaşınalıqlar DİN-də aparılan daxili təhqiqat zamanı sübuta yetirildiyinə görə E.Mehrəiyev öz qanunsuz əməlləri ilə  polisin adına ləkə gətirdiyinə görə  cənab nazirin əmri ilə daxılı işlər orqanlarından xaric edilmişdir. Aktualinfo.org vətəndaşların üzləşdiyi problemin həll olunması yöndə göstərdikləri operativliyə görə həm redaksiya adından, həm də zərəçəkmiş vətəndaşlar adından şəxsən Daxılı İşlər Naziri Vilayət Eyvazova və əməkdaşlara minnətdarlığını bildirir. Qanunsuz əməllərinə görə Elçin Mehrəliyevin polis orqanlarından xaric edilməsi təqdirəlayiq hal olsa da vətəndaşlara dəyən maddi ziyanın ödənilməsi təmin edilməmişdir. Ona görə də şikayətçi olan Elşən Məmmədov və Zaur İsmayılov yenidən ölkə başçısı İlham Əliyev cənablarına və Baş prokuror Zakir Qaralova müracıət ünvanlayıblar. Onlar bu dəfə Bakı şəhəri Nərimanov rayon prokuroru Vüqar Əliyevin  polis mayoru olmuş dələduz Elçin Mehrəliyevin qanunsuz əməllərinə göz yumduğunu bildirir və Baş prokuror Zakir Qaralovdan kömək istəyirlər. Aktualinfo.org şikayətçilər müraciətini olduğu kimi oxuculara təqdim edir.Onlar yazırlar:

Çoxhörmətli Prezident İlham ƏLİYEV və baş prokuror cənab Zakr Qaralov! Binəqədi RPİ-nin Kriminalistika Şöbəsinin əməkdaşı, polis mayoru Mehrəliyev Elçin Nüxrət oğlu və onun  arvadı kimi qələmə verdiyi Firuzə Şirəliyevadan ibarət dələduz dəstənin  bizə qarşı etdiyi dələduzluq hərəkətinin qarşısının alınması üçün 1 avqust, 1 sentyabr və 14 sentyabr 2019-cu il tarixlərdə Sizə etdiyimiz müraciət əsasında aidiyyatı üzrə Nərimanov rayon Prokurorluğunda, Bakı Baş Polis İdarəsində və DİN-nin Təhqiqat İdarəsində araşdırmalar aparılmışdır. Polis mayoru E.Mehrəliyevin qulluq mövqeyindən süi-istifadə edərək bizə və bizim kimi digərlərinə qarşı törətdiyi aldatma yolu ilə mənimsədiyi iri məbləğli pullarımıza bağlı  DİN-də aparılan Daxili təhqiqat zamanı yazdıqlarımızın hamısı sübuta yetirildiyinə görə E.Mehrəiyev öz qanunsuz əməllərinə görə polisin adına ləkə gətirdiyinə görə  cənab nazirin əmrilə DİO-dan xaric edilmişdir. Bakı Baş Polis İdarəsində isə bu şəxsi intizam məsuliyyətinə cəlb etmişdir. Nərimanov rayon Prokurorluğuna da təqdim etdiyimiz səs yazıları, sənnədlərə baxmayraq 80 günlük araşdırmadan sonra cənab prokuror Vüqar Əliyevin imzaladığı cavab məktubunda bildirilir ki, qaldırdığınız məsələ mülki xarakterlidir və məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Nərimanov rayon Prokurorunun əsassız cavab məktubuna qəti etirzımızı bildiri və haqlı şikayətimiz əsasında DİO-dan qovulmuş E.Mehrəliyev və dəstəsi barəsində düşzgün araşdırma aparılaraq hüquqi qiymətin verilməsi üçün şikayətimizin Bakı Şəhər Prokurorluğunda araşdırlmasını cənab Prezidentədn və Baş prokuror Zakir Qaralovdan xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildirirk və bir daha xatırlatmaq istəyirik ki,
uzun müddətdir ki, ailə qurmaq üçün qəpik qəpik pul yığırdım. İş yoldaşım olan və Binəqədi rayonun, Binəqədi kəndi, 1-ci mədəndə yaşayan Şirəliyeva Firuzə məndə pul olduğunu hiss etdi və əvvəlcə mənə yaxınlaşaraq əri kimi qələmə verdiyi Binəqədi RPİ-nin Kriminalist Şöbəsinin əməkdaşı, polis mayoru Mehrəliyev Elçin Nüxrət oğlunun gəlirli bizneslə ( dəmir işilə)məşğul olması və əla qazanc əldə etməsindən bəhs edirdi. Sonra təklif etdi ki, Elşən sən yaxşı olar ki, Elçinə bu dəmir işində pulla köməklik edəsən və hər ay qazancını götürərsən. Firuzə məni sanki psixoloji təsir altına salır, inandırırdı. Mən tezliklə polis mayoru Elçin Mehrəliyevlə görüşdüm. O mənə hansısa dəmir sexinin fotoşəkillərini göstərib inandırmağa çalışdı ki, bu çox gəlirli biznesdir Və mən bir polis kimi bu işdə yaxşı pul götürürəm. Gəl bizimlə pul qazan. Mən polis olduğuma görə bu biznesdə heç kim mane ola bilməz. Və s. vədlər. Ona görə də sən bizə ayda 10000 manat kömək etsən hər ayda sənə 2000 manat əlavə gəlir  verə bilərik. Mən inandım. Fikirləşdim ki, toy etməyə qəpik qəpik pul yığıram. Belə getsə ev də alaram. Polis E. Mehrəliyev məni bu işə həvəsləndirib, inandırıb cəlb etmək üçün özünə məxsus maaş kartını, özünə məxsus və indi də yaşadığı Mehdiabad qəsəbəsində yerli Bələdiyyədən saxta yolla aldığı 6 sot torpaq sahəsi üçün arxa tarixlə əldə etdiyi torpağa dair alqı-satqı sənədlərinivə digər şəxsə Kərimov Mahiyəddin Xəlil oğlunun adına verilmiş 0.05 ha torpa sahəsinin Arxiv çıxarışını mənə təqdim edərək bu sənədləri səndə qalsın dedi. Qoy pul qoyub işləri görək, pulunu tam geri qaytarandan sonra bu sənədləri geri qaytararasan dedi. ( sənədlər əlavə olunur) Mən tərəddüd etdikdə isə öz maaş kartını da verdi. Dedi hər ay pulu götürərsən. Bu zaman mən ürəkləndim ki, kişi halal pul qazanmaq istəyirmiş. Razılaşdım. Əvvəlcə 10000 mnat, sonra isə 5000 Azn, 3000 AZN və 1000 manat da verdim. Və yalnız bu puldan 3000 manatı qaytarılıb. Belə ki, maşş kartından 1130 manat pulu əvvəlcə götürdüm. Sonrakı ay bildirdi ki, Elşən mənə işdən medal verirlər sən mənə maaş kartımı ver, aparım onu təqdim edim və qaytararam. Qaytardım. Və elə o gündən kartı qaytarmadı. Mən də o zaman anladım ki, dələduz dəstənin toruna düşmüşəm. Elçin sonradan dedi ki, bəs dəmir sexinə pulları qoydu, birdən bankrot oldu və s. çərənləmələr. Dorudur, Elçin hər dəfə pulumu geri istəyəndə telefonda da deyir ki, narahat olma geri qaytaracam. Və deyir ki, mən səndən bu pulu guya uşağının xəstəliyinin müalicəsi üçün alıbmış. Beləcə vədlər. Firuzə də qeyd edir ki. narahat olma Elçin bankdan krdedit alıb sənin pulunu qaytaracaq. Amma öyrəndik ki, onun banklara da çox borcu olduğundan kredit ala bilməz. ( səs yazısı var) Pulu Firuzədən istədikdə dərhal bizi qabaqlayır ki, biz guya pulu faizlə sələmə vermişik. Bu da qanunaziddir. O polis Elçinin diqtəsilə bizi qorxudur ki, pulumuzu istəməyək.Sonradan təsadüfən öyrəndim ki, iş yoldaşım Zauru da Firuza mənim kimi tora salıb və yazığın 30000 manat pulunu alıb Elçinə verib. Bu işlər bilindikdə isə Firuzə qeyd etdi ki, Binəqədidə yaşadığı məhəllədə Vüqar, Məlahət və İlhamə adlı şəxslərə guya bizdən aldıqları 15000 və 30000 manat pulu borc veribmiş. Onlar da pulu qaytarmırmış. Firuzənin bu 3 qonşusu guya ondan şikayət ediblər ki, Firuzə bizə faizlə pul verib. O səbəbdən pulları geri ala bilmirik.Polis Elçin də bu məsələni eşidib və bərk hirsəlinibmiş. Məslənin həll olunması üçün polis Elçin qəsdən mənim qulağıma yumuruq vurdu. Və dedi ki, get ekspert arayışı al və bu üç qonşudan şikayət etki, borc verdiyin  pulunu istərkən Firuzəni döyüb ona ağır bədən xəsarəti yetiriblərmiş. Firuzə plan üzrə belə də edib. İndi polisdə araşdırma gedir. Firuzənin biz aldadılmış Elşən və Zaura son sözü bu oldu ki, mənim arxamda polis Elçin durur. Və siz də nə istəyirsiz, kimə istəyirsiniz şikayət edin. Qorxmuruq.
Lakin Polis Elçinlə pulun qaytarılması barədə son dəfə telefonla danışanda o pulu yenə qaytaracağı vədini versə də mən bu sözlərə inanmadığımı və ondan nazir Vilayət Eyvazova, Baş Prokuror müavini Rüstəm Usubova şikayət edəcəyimi bildirdikdə Elçin  vecinə almadı, narahat olmadı və sadəcə pulumu qaytaracağını vəd verdi. Sonralar eşitdim ki, Elçin Firuzə ilə bizi kimi çox adamları aldadıb pullarını ələ keçirməklə məşğuldur Və bunu özlərinə peşə ediblər. Elə Mehdiabad qəsəbəsində bir yaşlı kişinin də 6000 manat pulunu alıblar vermirlər. Yazıq qorxusundan şikayət də etmir.Ona görə də polis adına ləkə gətirən, bizi kimi sadə vətəndaşlara qarşı etimaddan süi-istifadə edərək dələduzluq edən bu dəstənin fəaliyyəti barədə cənab nazirdən araşdırma aparılmasına göstəriş verməsini və bizə dəymiş maddi zaiyanın ödənilməsində köməklik göstərməsini xahiş etmişdim.
2. Mən, Zaur İsmayılov iş yoldaşım olan Firuzə Şirəliyeva və  onun əri kimi təqdim etdiyi Binəqədi rayon Pİ-nin polis mayoru olmuş Mehrəliyev Elçin Nüxrət oğlu tərəfindən aldanılaraq cəmi 30500( otuz min beş yüz) manat pulum mənimsənilmişdir. Belə ki, Firuzə bir iş yoldaşı olaraq bilirdi ki, mən özümə ev almaq üçün pul yığıram. O mənə yaxınlaşaraq təklif etdi ki, polis mayoru olan əri Elçin Mehrəliyev dəmir biznesilə məşğuldur. Yaxşı qazanmaq istəyirsənsə Elçinin dəmir alverinə pulla köməklik et. 2018-ci ilin sentyabrında əvvəlcə 2 dəfəyə 10000 manat, sonra isə 2000, 3000 və sonda 500 manat pulu verdim. Cəmi 30500manat. Pulu verəndən sonra onlar mənim etimadımı qazanmaq və daha çox pul qoparmaq üçün hissə hissə verdiyim pula görə əvvəl gətirib hər ay üçün 1000 manat qaytarırdılar ki, duyuq düşməyim.Sonradan Elçin özü verdiyim pulun 23500 manatının onda, qalan 7000 manatın isə Firuzədə olduğunu qeyd etmişdi. Firuzə yaxşı bilirdi ki, mən 9 ildir ki, ev almaq üçün pul yığıram. O məni sanki gipnoz edib o qədər yağlı vədlər verdi ki, axırda inandım və pullarımı hissə hissə verdim. Sonra qeyd etdilər ki, narahat olma Firuzə Ramin adlı qardaşına guya bizim Elşənlə birlikdə aldığımız pullara hansısa ev tikiblər və onun sənədləşməsi işini də Firuzənin qardaşı olan Raminə bu pulları verib həvalə ediblər. Lakin Ramin guya işi yarıtmamış və Elçin də hər dəfə telefon söhbətində qeyd etmişdir ki, O gedib Ramini möhkəm döyübmüş. Sonradan isə mən təsadüfən biləndi ki, mənim iş yoldaşım olan Elşən Məmmədovu da bu Firuzə tora salıb 15000 manat pulunu polis Elçinlə alıb mənimsəyiblər, mən şoka düşdüm. Mənim polis Elçinlə pulların qaytarılması barədə olan bütün telefon danışıqlarım yazılıbdır. Bu bir sübutdur. İndi mənə pul əvəzi vəd verdikləri kiməsə məxsus evin də sənədinin düzəlmədiyinə görə onu da vermirlər. Bir sözlə Elşəni də məni də bu dələduz dəstə əvvəlcədən planlı surətdə pullarımızı etimadımızdan süi-istifadə edərək aldadıb alıblar və dələduzluq ediblər. Elçin sonda mənə dediki, mən bir polis olaraq sizi şərləyə və tutdura bilərəm amma siz mənə heçnə edə bilməzsiniz.digər tərəfdən səsimizi çıxaracağımız halda bizi Elşənlə məni işdən qovduracağıilə də hədləyirlər ki, təki pulumuzu istəməyək.İş o yerə çatdı ki, sentyabr ayında rayonda yaşayan qoca valideynlərimin qapısına kriminal aləmin ünsürlərindən hesab olunan bir avaranı da saldırıb onlara hədə-qorxu gəldirib ki, oğlunuz polis dostumuz Elçin barədə yazdığı şikayətləri geri götürsün. Polis forması geyinən bu ünsür bizə qarşı bütün yaramaz hərəkətlərə əl atmışıdır. Amma bütün bunlara baxmayaraq biz sonda cənab general Vilayət Eyvazova dərin minnətdarlığımızı bildirirk ki, 08 gün əvvəl polis cildinə girmiş dələduzu əmrlə DİO orqanlarından qovmuşdur.
Polis mayoru olmuş E.Mehrəliyevin bizə və digərlərinə qarşı törətdiyi qanunsuz əməllər sübuta yetirildiyinə görə onun vəzifəsindən, işindən qovulması barədə cənab nazirin əmri bir daha sübut etmişdir ki, sabiq polis  bizə qarşı dələduzluq etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində də dələduzluq əməli cinayət hesab olunur.Ona görə də çox hörmətli cənab Prezidentdən və cənab Baş prokurordan xahiş edirik ki,   polis mayoru olmuş Elçin Mehrəliyev tərəfindən dələduzluqla mənimsənilmiş 15000 manat və 30500 manat pulmuzun qaytarılmasında köməklik göstərilməsi üçün Nərimanov rayon Prokurorluğunun əsassız qərarının ləğv edilərək işin araşdırlmasını Bakı şəhər Prokurorluğnda araşdırlmasına  göstəriş verəsiniz.  Sağ olun

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Prezidentin son çıxışlarından Adil Məmmədovla Vasif Novruzov Qobustanda nəticə çıxaracaqmı?
Next: Şəki DYP əməkdaşlarının kəndlərdə nələr törətdiklərindən Ramiz Zeynalovun xəbəri varmı?

OXŞAR MÖVZULAR

read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.