Skip to content
30/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Oktyabr
  • 29
  • Şəki DYP əməkdaşlarının kəndlərdə nələr törətdiklərindən Ramiz Zeynalovun xəbəri varmı?

Şəki DYP əməkdaşlarının kəndlərdə nələr törətdiklərindən Ramiz Zeynalovun xəbəri varmı?

redaktor 29/10/2019
ramiz-zeynalov

Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürrəhimov Sadiq Məmmədəli oğlu tərəfindən Prezident İlham Əliyev cənablarına və Daxili İşlər Naziri Vilayət Eyvazova ünvanlanmış müracıət Daxili İşlər Nazirliyi əməkdaşlarının operativliyi nəticəsində həllini tapıb. Aktualinfo.org 05 oktyabr tarixində “Şəkidə Yol Polisi əməkdaşları vətəndaşın avtomobilini necə qaçırdı?” başlıqlı  məqalədə vətəndaş Sadıq Əbdürrəhimovun müraciətini ictimailəşdirdikdən sonra regionda böyük rezonans doğurub və Dövlət Yol Polisi əməkdaşlarından şikayətlər daha da çoxalmağa başlatib.Belə ki, özlərini Şəki DYP əməkdaşları kimi təqdim edən, lakin şəxsi VAZ 2106 markalı, 10 DJ 106 nömrəli avtomobillə Şəkinin bütün kəndlərində müxtəlif səbəblərdən cəriməsi olan ayrı- ayrı avtomobil sahiblərinə hədə qorxu,sürücülük hüququndan məhrum etmə adı ilə pul tələb olunması rayon sakinlərini dilə gətirib. Vətəndaş Sadıq Əbdürrəhimovun müraciətində göstərdikləri bir sıra məqamları nəzərə alaraq Aktualinfo.org sözügedən müracıəti ixtisarla oxuculara təqdim edir.O yazır ki,
Avtomobilimin şübhəli şəxslər tərəfindən qaçırılması ilə bağlı 4 oktyabr 2019-cu il tarixdə yuxarı orqanlara etdiyim şikayətlərdən sonra Oğuz-Balakən şosse yolun komandiri Əli müəllim, Şəki DYP Bölməsi rəisi məni telefonla dəvət etdilər. Qeyri-rəsmi olduğuna görə getmədim. Sonradan 16 oktyabr saat 11-00-da Şəki DYP rəisi rəsmi bildiriş göndərdi. 6-da DİN-nin polkovniki cənab Ceyhun Əliyev telefonda mənimlə məsələni müzakirə etdi və 16-da Şəkiyə gəlib izahat aldı. Elə Şəki Prokurorluğunda da 23-də müstəntiq Turala izahat yazdım. Amma bunların hamısı izahatı çox qısa etməyimi istəyirdilər. Bu gün də Ziyəddin Hümmətov Prokurorluqda yazdığı izahatında bir şahid kimi təsdiq etmişdir ki, DYP işçiləri olan mülki və polis formasındakı adamlar Sadiq Əbdürəhimovdan 1 il 2 ay əvvəl yazılmış 10 manatlıq cəriməni silmək üçün  200 manat pul istəmişlər, yoxsa avtomobili aparacaqlarını bildirmişlər. Sadiq pulu verməyəcəyini, cəriməni dərhal ödəyəcəyini bildirsə də onlar NİVAnı dedikləri kimi oğurlayıb apardılar.
Niva avtomobilini mən yalnız 23 oktyabrda DYP nın cərimə meydançasında götürdükdə təkərlərin hamısı boşalmış yarasız vəziyyətə düşmüş, akumulyator sıradan çıxmışdır. Vurduqları ziyandan isə danışmaq əvəzinə DYP inspektoru R.Adamov yazdığı izahatında guya mənim yazdıqlarımın hamısı böhtan xarakterli imiş. Halbuki bu adam oktyabrın 11-də əmimoğlu Mehdinin 077 500 7005 mobil nömrəsinə gizli nömrədən zəng edərək mənim gedib şikayət ərizəmi geri götürməyi tələb etmiş, bu günün sabahı da var deyərək təhdid mesajı yollamışdır.
Məsələ ilə bağlı DİN-nin 102 xidmətinə etdiyim zənglə bağlı Şəki RPŞ-də araşdırma aparılaraq 18 oktyabr 2019-cu il tarixli cavab məktubu göndərmişlər.:”Sizin 90 BX 213 nömrəli avtomobilinizə ödənilməyən cəriməsilə bağlı həbs qoyulduğu üçün baş inspektor Adamov tərəfindən saxlanılaraq (???) ( guya məni yolda hərəkətdə olduğum zaman saxlayıblarmış) DYP duracağına gətirilmişdir.Adamov izahat verib ki, yazdığınız böhtan xarakterlidir, heç bir qanuna zidd hərəkətlərə yol vermədiyini qeyd etmişdir. Hazırda göstərilən fakt üzrə Şəki rayon Prokurorluğunda araşdırma aparılır.”
Elə isə, niyə hadisənin baş verdiyi “Göynük petrol” yanacaqdoldurma stansiyasının kamera görüntüləri 3-4 gün əvvəl silinmişdir? Mən bu görüntülərə şəxsən baxdım və hadisələr 10 metr məsafədə ağacın üstündə yerləşən kamera vasitəsilə qeydə alınsa da mənə verməkdən imtina etdilər. İndi məlum oldu ki, mülkü formada DYP adı altında quldurluqla məşğul olanlar müəyyənləşsə də, hələlik yerli orqanlar nəyin bahasına olur olsun onların günahsız olmaları marağından hərəkət edirlər. Heç DİN-dən gələn polkovnik Ceyhun Əliyevin də vədlərinə inanmıram. Yerli prokurorluq apardığı araşdırmanı ört basdır etsə yenidən yuxarı prokurora şikayət edəcəyəm.
Sondada Sadıq Əbdürrəhimov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edir ki. sadə bir vətəndaş olaraq sizdən tələb edirəm! Dərhal mülkü formada DYP adı altında gəlib avtomobilimi əsassız olaraq oğurlayıb aparan, polis adına ləkə gətirən əməkdaşlarınız barəsində qanuni tədbirlər görülməsinə və avtomobilimə dəymiş zərərin ödənilməsinə göstəriş verəsiniz.
QEYD: Adamov izahatında qeyd edir ki, guya mənim avtomobilimi hərəktədə olarkən saxlayıbmış, əslində onunla birlikdə mülki vətəndaş Aqşin və 10 DJ 106 avtomobilinin sahibi məni zapravkanın yanında gözlədiklərini qeyd edir. Polisdə və prokurorluqda araşdırma zamanı isə guya Aqşin adlı şəxsin avtomobil oğurluğunda iştirak etməməsi qeyd edilir. Halbuki mənim avtomobilimi oğurlayarkən onun arxasınca Aqşin dədəsinə məxsus ağ rəngli, 10 DJ 106 nömrəli VAZ 21 06 avtomobillə arxadan gəlir. Ona görə də şikyətimə Şəkidə baxılmasına etiraz edirəm.
Aktualinfo.org-un Şəkidə rayonundan əldə etdiyi məlumatlara görə rayonda Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyəti bərbad vəziyyətdədir. Məlumatlara görə Dövlət Yol Polisinin rəisi Şaymir Uluxanovun yollarda onlara kifayət qədər rahat şərait yaratmasından irəli gəlir. Ötən yazıda da qeyd etdiyimiz kimi buna isə səbəb Şaymir Uluxanovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovla olan yaxın münasıbətləridir.Bu yaxın münasibətin yaranma tarixi isə deyilənlərəı görə Şaymir Uluxanovun Şəkidə uzun müddət DYP sisteminə rəhbərlik etmiş dayısı tərəfindən yaradılıb.
P.S. Vətəndaş Sadiq Əbdürrəhimovun şikayəti ilə başlı radaksiyamızla əlaqə saxlayan Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirdi ki, vətəndaşın müracıəti barədə hazırda tərəfimizdən araşdırmalar aparılır. Araşdırmanın nəticəsi barədə yaxın zamanlarda vətəndaşa və Aktualinfo.org redaksiyasına məlumat veriləcək.
Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Vilayət Eyvazov polis mayorunu qanunsuz əməllərinə görə işdən çıxardı
Next: “SSİ RETAİL” MMC-nin ofşor hesabları niyə yoxlanılmır?

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.