Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Noyabr
  • 2
  • “SSİ RETAİL” MMC-nin ofşor hesabları niyə yoxlanılmır?

“SSİ RETAİL” MMC-nin ofşor hesabları niyə yoxlanılmır?

redaktor 02/11/2019
mikayil_cabbarov-750x470

Bu yazı da məqalədən daha çox bir rəsmi müracıətdir. Bu yazı Azərbaycan Respublikasının Baş Prokuroru  Zakir Qaralovun, Daxılı İşlər Naziri Vilayət Eyvazovun, yeni yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarovun, İqtisadiyyat Nazirliyi yanında yeni yaradılmış Dövlət Vergi Xidmətinin, Maliyyə Nazırliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Respublika Hesablama Palatasının, yeni yaradılmış İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətii rəhbərlərinin nəzərinə çatdırılması üçündür. Çox istərdik ki, yuxarıda adlarını çəkdiyimiz səlahiyyətli qurumlar bu yazıda göstərdiklərimiz qanun pozuntulurının köklü şəkildə araşdırılmasına göstəriş versinlər, qanun çərçivəsində tədbir görsünlər və münasıbət bildirsinlər.
“…orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır.”
Bu sözlər Prezident İlham Əliyevin son çıxışlarından bir sitatdır. Biz bir mətbuat orqanı olaraq ölkədə bəzi məmur və onlara yaxın şəxslər tərəfindən qanunsuzluqlara yol verilməsi barədə məlumatları daim geniş ictimaiyyətin diqqətinə çatdirmaqla yanaşı aidiyyatı qurumlar tərəfindən tədbirlər görülməsinin, ölkə başçısının korrupsiyaya qarşı apardığı mübarizənin tərəfdarı olmuşuq. Lakin bir çox hallarda aidiyyatı qurumların səhlənkarlığı ucbatından vətəndaşların hüquqlarının pozulması əhali arasında dövlətə qarşı narazılıqlar yaradır ki, bu da cənab Prezidentin dediyi kimi, inkişafımızı lənğidə və gələcəyə olan planlarımızı sarsıda bilər.
Son vaxtlar ölkə mətbuatının gündəmindən düşməyən və hər bir nazirin yaxın qohumlarına məxsus 10 manatlıq MMC-lər tərəfindən tenderlər vasitəsilə milyonlarla dövlət vəsaitlərinin talanması faktlarının sayı durmadan artır. Sanki elə belə də olmalıymış kimi, heç bir dövlət rəsmisi bu tender oyunlarında nələrin baş verdiyinə reaksiya vermir. Məlum olduğu kimi belə 10 manatlıq MMC-ləri Azərbaycanda bu gün hər kəs aça bilər. Lakin görəsən açdıqdan sonra hər kəs bu MMC-nı işlətmək iqtidarında ola bilərmi?

Aktualinfo.org-un barəsində araşdırma apardığı MMC 5-10 manatlıqlardan deyil. Bu MMC-nin təkcə nizamnamə kapitalı 25000000.00 manatdır. Sözügedən MMC-nin fəaliyyəti ilə bağlı bir müddət öncə yaydığımız məqalədə də göstərmişdik ki, “SSİ RETAİL” MMC Azərbaycanda xarici ölkələrdən gətirilən, dəbdə olan brend geyim mllarının satışı ilə məşğuldur. Bu gün həmin geyim mağazalarına demək olar ki, paytaxtın hər yerində rast gəlmək olur və artıq Gəncə, Sumqayıt kimi şəhərlərdə də mağazaları mövcuddur. Əsasən də gənclərin böyük həvəslə üz tutduğu “Celio”,  “New Yorker”,”Manqo”,”Next” kimi brend geyim mağazalarında qiymətlərdən söz gedə bilməz. Bu barədə biz ötən yazımızda da qeyd etmişdik və bir daha bu mövzuya qayıtmaq istəməzdik.  Sadəcə onu bildirmək istərdik ki,xarici ölkələrdən çox ucuz qiymətlərə alınan bu malların Azərbaycanda dəyərindən qat-qat baha satılmasından, vətəndaşların göz görə -görə aldadılmasından geniş ictimaiyyətin xəbəri olmalıdır. Digər tərəfdən də bu brend malları Azərbaycana hər kəs gətirə bilərmi? Əlbəttə gətirə və qeyd etdiyimiz mağazalardakından da ucuz qiymətə sata bilərlər. Lakin buna imkan verilirmi? Əminik ki, İqtisadiyyat Nazirliyi yanında yeni yaradılmış Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu barədə yaxın gələcəkdə lazımi ölçülər götürəcək
Ötən yazımızda onu da qeyd etmişdik ki, “New Yorker”, “Manqo”, Next”, “Celio” kimi brend geyim mallarının ölkəmizdə  satışını həyata keçirən “SSİ RETAİl” MMC Azərbaycanda qazandığı pulları ofşorlar vasıtəsi ilə xarıcı ölkələrdəki bank hesablarına yerləşdirir. Qanunvericiləkdə bu kimi hallar necə tənzimlənir? Bir MMC xarici ölkədə bank hesabı aça bilərmi? MMC-nin əldə etdiyi gəlirlərin xarıcı ölkələrə köçürülməsi hansı qaydalarla aparılır? Bütün bu kimi suallara cavabı biz növbəti yazımızda mütəxəsislərdən almağa çalışacağıq.
Qeyd edək ki, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi yönündə dövlət tərəfindən çox mühüm addımlar atılır. Sahibkarlara yaradılmış bu kimi şəraitdən sui-istifadə edənlər, əldə etdiyi gəlirləri respublika ərazisində, regionlarda bir çox işlərə yatırmaq əvəzinə xarici ölkələrdəki banklara qoyaraq şəxsi məqsədləri üçün istifadə edirlər. “SSİ RETAİL” MMC-nin bu kimi yollarla ölkədən çıxardığı pulun miqdarını indi kimsə bilməz. Çünki sözügedən şirkət artıq neçə illərdir ki, bu sahədə fəaliyyət göstəriri və bahalı brend geyimlərin satışından hesabına kifayət qədər böyük məbləğdə pullar oturur. Aidiyyatı qurumlar tərəfindən bu MMC-nin fəaliyyəti köklü və ciddi şəkildə araşdırılarsa çox qaranlıq məsələlərin üstü açılar.

Aktualinfo.org əldə etdiyi “SSİ RETAİL” MMC-yə aid olan bu bank sənədlərini dərinliklərinə qədər araşdırılması üçün Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarısənə rəsmi şəkildə müracıət edəcək. Bu sənədlərdə görsənən bank hesabları ofşor ölkələrdəki banklarda açılıb. Bu hesablara yönləndirilmiş pulların hansı məqsədlərlə köçürülməsini araşdırmaq məhz sözügedən qurumun üzərinə düşür. Burada Vergilər Nazirliyinin də üzərinə böyük iş düşür. Biz bir mətbuat orqanı olaraq ipucu verdik. Əminik ki,artıq ləğv edilmiş Vergilər Nazirliyinin keçmiş rəhbəri Mikayıl Cabbarov bir İqtisadiyyat Naziri kimi “SSİ RETAİL” MMC-nin fəaliyyətini hərtərəfli araşdırılmasına göstəriş verəcək. Axı Cənab Prezident İqtisadiyyat Naziri kimi onu qəbul edəndə “…Mən bilirəm, sizə nazir kimi, xüsusilə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmişiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz…” – deyə ona inamını bildirmişdi.
Görəsən “SSİ RETAİl” MMC hansısa imtiyazlara sahibdirmi?  Bu MMC-nin arxasında hansı yüksək vəzifəli durur? Mikayıl Cabbarov həmin yüksək çinli məmurun MMC-nin bank hesablarından xarıcı ölkələrə köçürdüyü pulların qarşısını ala biləcəkmi? Bizi izləyin.
Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Şəki DYP əməkdaşlarının kəndlərdə nələr törətdiklərindən Ramiz Zeynalovun xəbəri varmı?
Next: Əkbər Hacıyevin “Azəriqaz”da 80 min civarında aylıq icarə haqqı verdiyi naməlum kimdir?

OXŞAR MÖVZULAR

adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
seferber-xidm

Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir

admin 10/03/2026
leysan-ağdam

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır

admin 10/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.