Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2024
  • Dekabr
  • 16
  • Gənclər və İdman Nazirliyindən bir gündə iki tender udan “RTZ”  MMC-nin əsl sahibi əslində kimdir?

Gənclər və İdman Nazirliyindən bir gündə iki tender udan “RTZ”  MMC-nin əsl sahibi əslində kimdir?

redaktor 16/12/2024
1734334151_idman-g-naz-1536x864

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Qaraçuxur idman zalının tikintisi üzrə tikinti-quraşdırma işlərinin (əlavə işlər-düzəliş) davam etdirilməsi məqsədilə işlərin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 470.757,28 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 06.12.2024-cü ildə dərc edilib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliy 06.12.2024-cü ildə “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bülbülə idman zalının tikintisi üzrə işlərin (lll mərhələ) davam etdirilməsi məqsədilə işlərin satın alınması üzrə də 504.160,71 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 25.12.2018-ci ildə “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə  tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması və fasad işləri üzrə lisenziya verib.
Buna baxmayaraq Gənclər və İdman Nazirliyinin satınalma Komissiyası  “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda. Göründüyü kimi Gənclər və İdman Nazirliyi xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında RTZ” (VÖEN: 1400440411) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.05.2001-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BƏŞİR SƏFƏROĞLU, ev 191, m. 26-27, qanuni təmsilçisi kimi isə Ağayev Rahim Fazil oğlu qeyd olunub.
Reyestr məlumatlarına görə MMC 2006-cı ilə qədər TAM ORTAQLI RTZ FİRMASI kimi fəaliyyət göstərib. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Babayev Nəsrulla Natiq oğlu olub. Daha sonra Məmmədov Zabit İlyas oğlu 2018-ci ilə qədər, ondan sonra Ağayev Rahim Fazil oğlu MMC-nin qanuni təmsilçiləri olub.
Apardığımız ətraflı araşdırma zamanı məlum oldu ki, MMC-yə rəhbərlik etmiş şəxslərdən biri, Məmmədov Zabit İlyas oğlu hal hazırda “Silk Way Holding”ə məxsus olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin (Silk Way West Airlines) Müşahidə Şurasının sədrinin 9 müşavirindən biridir. Sədrin idman üzrə müşaviri Hüseynov Fikrət Akif oğlu bu ilin sentyabr ayına qədər qədər Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri və AZAL-a məxsus futbol klubunda rəhbər vəzifəsində çalışıb. MMC-nin Gənclər və İdman Nazirliynin iki tenderinin qalibi olması bununla əlaqəli olma ehtimalını artırır.
MMC-nin hazırki qanuni təmsilçisi Ağayev Rahim Fazil oğlu “Premier Audit və Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur.
“RTZ” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi Babayev Nəsrulla Natiq oğlu kimdir? Elektron medianın 2016-cı ildə yaydığı məlumatda 38 yaşlı Nəsrulla Natiq Oğlu Babayevin Bakıda Salatın Əsgərova küçəsi, ev 156 ünvanında qeydiyyatda olduğu, 2006-cı ildə Kiprdə qurulan “Vanmec Limited” şirkətinin də təsisçi və direktorlarından biri olduğu bildirilir. Nəsrulla Babayevin atası Natiq Babayev məşhur neftçi-mühəndis Nəsrullah Babayevin oğludur.  Anası Dilarə Məmmədəliyeva isə 2007-ci ildən 2 saylı Bakı Baza Tibb Kollecinin direktorudur. Qeyd edək ki, Dilarə Məmmədəliyeva 1990-1992-ci illərdə 2 saylı Bakı Baza Tibb Məktəbinin tədris-hissə müdiri, 1992-2006-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 2006-2007-ci illərdə isə direktor əvəzi vəzifələrində çalışmışdır.
Apardığımız araşdılrma zamanı məlum oldu ki, Nəsrulla Babayevin təsisçisi olduğu “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 28.12.2020-ci ildə Dilarə Məmmədəliyevanın direktoru olduğu 2 nömrəli Bakı Baza Tibb Kollecinin keçirdiyi 34.042,56 manat dəyərində kotirovka sorğusunun qalibi olub.
Göründüyü kimi “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 nömrəli Bakı Baza Tibb Kollecdə kotirovka sorğusunu təsadüfən udmayıb. Elə Gənclər və İdman Nazirliyndən bir gündən 1 milyon manata yaxın dəyəri olan iki tenderin qalibi olması da təsadüfə oxşamır.

Aktualinfo.org

P.S. Dərc edilmədən öncə məqalədə qeyd olunanlara aydınlıq gətirilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinə və 2 saylı Bakı Baza Tibb Kollecin ünvanladığımız elektron məktuba heç bir münasibət bildirilmədi. Buna baxmayaraq tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

PAYLAŞIN:

Continue Reading

Previous: Rəhimə Yusibovanın adına yaradılan MMC-ləri idarə edən gözəgörünməz kimdi
Next: “Naxçıvan Yol Təchizat” MMC-də qanunun tələblərinə niyə əməl edilmir

OXŞAR MÖVZULAR

adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
seferber-xidm

Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir

admin 10/03/2026
leysan-ağdam

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır

admin 10/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.