Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Yanvar
  • 24
  • QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib – Göz qabağındadı

QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib – Göz qabağındadı

redaktor 24/01/2025
1737699349_qics-famil-1536x983

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi qanda insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizənin təkmilləşdirilməsi və İİV infeksiyası ilə mübarizə aparmaq məqsədilə birdəfəlik istifadə vasitə və malların satınalınması üzrə 09.12.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “DADAŞ-N” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 424.012,94 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırırlır. Məlumat dövlət satınalmalarının internet portalında 23.01.2025-ci ildə dərc edilib.
Müsabiqənin şərtlərinə görə “DADAŞ-N” MMC QİÇS-lə Mübarizə Mərkəzini daşıyıcı parcalı loqolu 40 ədəd, kepka loqolu orta 50 ədəd, birdəfəlik istifadə vasitə (N3) 90 000 paçka, xüsusi loqolu cap edilmiş yazili fincan 5 ədəd, loqolu yazı koynək 50 ədəd kimi mallarla təchiz etməlidir.
Bundan əlavə Respublika QİÇS-lə Mübarizə Mərkəzi insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə işinin təkmilləşdirilməsi və profilaktikası məqsədilə malların satınalınması üzrə 10.12.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “GLOBAL STATIONERY OFFICE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 198.075,39 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırırlır. Məlumat dövlət satınalmalarının internet portalında 23.01.2025-ci ildə dərc edilib.
Bu müsabiqənin şərtlərinə görə “GLOBAL STATIONERY OFFICE” MMC QİÇS-lə Mübarizə Mərkəzini “Məlumat yazılı nişan yaxalıq” 18.200 ədəd, “Xüsusi loqo yazılı qovluq tipli çanta” 18.800 ədəd, iki tərəfli yazılı gel qələm 22.250 ədəd, “Xüsusi yazı məlumatlı qeydiyyat bloknot” 19.500 ədəd kimi mallarla təchiz etməlidir.
Bu məlumatlardan da göründüyü kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzi yuxarıda qeyd etdiyimiz şirkətlərlə bir gün ərzində ümumi dəyəri 622 088 manat dəyəri olan iki satınalma müqaviləsi bağlamağa hazırlaşır.
İndi gəlin QİÇS-lə Mübarizə Mərkəzinin aldığı altı yüz min manatdan çox dəyəri olan mallara nəzər salaq. Hesablasaq ən keyfiyyətli 40 ədəd parcalı loqolu daşıyıcının, 50 ədəd loqolu kepkanın, 5 ədəd xüsusi loqolu fincanın, 50 ədəd loqolu koynəyin qiyməti 3-4 min manat etməz. Mərkəzin almaq istədiyi 90 000 paçka birdəfəlik istifadə vasitəsi  (N3) isə qarışıq kontraseptivlər və estrogenlərlərdir. “Aptekonline.az” dərman çatdırılma xidmətinin saytında (N3) 1 paçka kontraseptivin (prezervativ) qiyməti 1-5 manat arası dəyişir. Əgər topdan alınarsa bu qiyməti xeyli aşağı da salına bilər. İndi kim zəmanət verə bilər ki, “DADAŞ-N” MMC 1 mantlıq vasitəni QİÇS-lə Mübarizə Mərkəzinə 3 manata, yaxud da 2 manatlığı 4 manata satmayacaq.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DADAŞ-N”  (VÖEN:4401087631) Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.10.2016-cı il tarixdə Qarabağ Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 500 manat olan MMC-nin hüquqi ünvanının AĞDAM RAYONU, AĞDAM ŞƏHƏRİ, 20 YANVAR KÜÇƏSİ , ev Ağdam Sənaye Parkı, qanuni təmsilçisi kimi isə Dadaşov Nəsimi Cəfər oğlu qeyd olunub. MMC-nin ilk hüquqi ünvanı QƏBƏLƏ RAYONU, VƏNDAM kəndi olub.
“DADAŞ-N” MMC daha çox yumşaq inventarlar və xüsusi geyimin satınalınması ilə məşğuldur. Mətbuata yayaılan məlumata görə MMC-nin direktoru Nəsimi Dadaşov 1995-ci ildən fəaliyyət göstərən müəssisənin Azərbaycanda sənaye üsulu ilə xalça istehsalını həyata keçirən yeganə şirkət olduğunu vurğulayıb. Maraqlıdır şirkət 1995-ci ildən fəaliyyət göstərirsə nədən Vergi Xidmətinin məlumatlarında 2016-cı ildə qeydiyyata alındığı göstərilir.
Ötən ilin martında yayılan digər bir məlumata görə “DADAŞ-N” MMC-nin qanuni təmsilçisi və direktoru Dadaşov Nəsimi Cəfər oğlu Ağdam Sənaye Parkında özünə məxsus olan iplik və xalça fabriki inşaa etdirir. İş adamı ölkəmizdə iş icazəsi olmayan İran İslam Respublikasının vətəndaşı Nikrouz Forouzandehi həmin fabrikinin memarı və layihə rəhbəri kimi çalışdırıb. Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən şirkətin sahibinə İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Nəsimi Dadaşov İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinib və 15.000 manat məbləğində cərimə edilib. Qeyd edək ki, Dadaşov Nəsimi Cəfər oğlu bundan başqa “BARAMA-N”, “SASAR İSTEHSAL MALLARI”, “NƏSİMİ 1965″ ,”SARAR İSTEHSAL MALLARI” MMC-lərin də qanuni təmsilçisidir.
QİÇS-lə Mübarizə Mərkəzinin iki yüz min manata yaxın vəsait ayırdığı digər satınalmada da şübhəli məqamlar çoxdu. Mərkəz 18.200 ədəd məlumat yazılı nişan yaxalıq almaq istəyir ki, “umico” marketdə müxtəlif ölçülərdə yazılı yaxa nişanlarının qiyməti 45 qəpikdən başlayaraq 2 manata qədər dəyişir. “Antaris” ofis ləvazimatları mağazasında qovluq tipli çantaların qiyməti isə 5-12 manat arası dəyişir.”Libraf” mağazalarında isə iki tərəfli yazılı gel qələmin qiyməti 32 qəpokdən başayıb 1,10 manata qədər dəyişir. “Antaris” ofis ləvazimatları mağazasında qeydiyyat bloknotların qiyməti səhifəsinə görə 6 manatdan 30 manata qədər qədər dəyişir.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GLOBAL STATIONERY OFFICE”  (VÖEN:1405058441) Məhdud Məsuliyyətli Cəmiyyətinin12.02.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ,BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV, ev 15, m. 24, qanuni təmsilçisi kimi isə Cavadov Mayıl Pərviz oğlu qeyd olunub.
MMC daha çox dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə məşğuldur. Yalnız 2024-cü ildə bir çox dövlət qurumlarının keçirdiyi 60-dan çox açıq tender və kotirovka sorğularının qalibi olub. Respublika QİÇS-lə Mübarizə Mərkəzi sözügedən MMC ilə 291.723,02 manat məbləğində 15.02.2024-cü ildə, 29.172,02 manat məbləğində 14.05.2024-cü ildə də iki satınalma müqaviləsi bağlayıb. Topdan dəftərxana ləvazimatı satışı ilə məşğul olan bu MMC-nin nə saytı aktiv deyil. Marsol qrupun məlumatlarında MMC -nin 12-dən artıq xarici şirkətlərin təmsilçisi olduğu göstərilir. Ünvaı isə  Sədərək TM şirniyat sıra 11 mağaza 71-73-də yerləşir.
Göründüyü kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzi “DADAŞ-N”  və “GLOBAL STATIONERY OFFICE” MMC-lərlə hələ pərakəndə satış qiymətləri ucuz olan mallara ümumi dəyəri 622 088 manat vəsaiti bir gün ərzində ayırıb. Yüz minlərlə manat dövlət vəsaitinin bu kimi malların alınmasına ayrılmasını mütəxəsislər hesablasa daha yaxşı olardı. Amma qiymətlərin şişirdildiyi də burada açıq-aydın görsənməkdədir.
Qeyd edək ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədovdur. O, bu vəzifəyə 02 sentyabr 2021-ci ildə hələ səhiyyə nazirinin birinci müavini olarkən Teymur Musayevin əmri ilə təyin edilib.

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: “Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür
Next: Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.