Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Yanvar
  • 27
  • Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir

Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir

redaktor 27/01/2025
1716363122_1

Azərbaycanda uzun illər hesabına ərsəyə gəlmiş meşələrin bu gün asanlıqla, kütləvi şəkildə qırğına məruz qalması son ayların ən aktual mövzularındandır. Elə bir ay bundan əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən “Monte Ferro” şirkətinin Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsməsi. az qala, böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə nə az-nə çox – təxminən 8 milyon manatdan çox ziyan dəyməsi barədə və şirkətin bir neçə əməkdaşının Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi də bu mövzulardandandır.
Qeyd edək ki, “Plazalar kralı” kimi tanınan Aydın Dəmirçinin oğlu Qafar Dəmirçinin həbs edilməsə, meşə fonduna vurulan maddi ziyan ödəndikdən sonra azadlığa buraxıldı.
Qeyd edək ki, meşə fondunun məhv edilməsi, torpaqlarının əkilməsi, meşələrin kürünərək yerində müxtəlif təyinatlı obyektlərin tikintisi artıq kütləvi hal alıb. Bu tək respublikanın şimal bölgəsində deyil cənubunda olan meşə torpaqlarında da baş verir. Cəlilabad Masallı, Yardımlı meşələrinin kütləvi şəkildə qırılması barədə elektron media resurslarında kifayət qədər məlumatlar var.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın və  Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün ölkənin müxtəlif yerlərində yeni yaşıllıq zonaları salınır, yol kənarları dekorativ ağaclarla bəzədilir. Bununla bərabər ucqar rayonlarda, gözdən uzaq bir çox dağ kəndlərinin ərazilərində yerləşən meşələrdə isə nadir ağaclar kəsilməkdə davam edir. Meşələrin qorunmasına və inkişaf etdirilməsinə birbaşa məsul olan dövlət qurumu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bu kimi hallara sadəcə səthi açıqlamalar verir, bir çox hallarda susqunluq nümayiş etdirir, bir çox hallarda isə sadəcə seyrçi rolunda qalır.
Qeyd etdiyimiz kimi Masallı, Yardımlı, Cəlilabad meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı elektron mediada və sosial şəbəkələrdə son aylar adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlinir. Məlumatlarda sakinlər bu rayonlarda meşələrin kütləvi şəkildə qırılması ucbatından ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Yardımlı rayonunun Ləzir meşələrinin 1 saylı meşəbəyliyin 2A saylı dolayında yüzlərlə cavan ağac qanunsuz şəkildə meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilərək satılması, Cəlilabad meşəbəyliyinin 1, Göytəpə meşəbəyliyinin 13 və 16 saylı meşə dolaylarında ağacların kütləvi kəsilməsi, Masallı rayonunun Böyük Xocavar kəndindəki meşələrin məhv edilməsi ilə yayılmış və təkzib olunmamış video və foto faktlar da bu qəbildəndi. Meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır.
Redaksiyamıza daxil olan başqa bir məlumatda bildirilir ki,11 saylı RMTM- nin Göytəpə meşəbəyliyinin 12 saylı dolayı və 18 saylı dolaylarda meşə fondu torpaqlarda taxıl əkılməsi və Masallı rayonunun Yeyənkənd meşəbəyliyində kənar meşə adlanan ərazisində və yeni Zuvand kənd meşə fondu torpaqlarında qanunsuz evlərin tikilməsi halları baş vermişdir.
Qeyd edək ki, bir neçə rayona aid olan sözügedən ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət dairəsindədir. RMTM- nin direktoru Nəsimi Nəsibovdur. “Yuxarıların adamı” olan Nəsimi Nəsibovu güya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sözügedən Mərkəzdə uzun illər baş verən qanunsuzluqların qarşısının alınması məqsədi ilə təyin ediblər. Lakin Nəsimi Nəsibov da meşələri talayan əvvəlki rəhbərlərin yolunu tutmağa üstünlük verib.
Redaksiyamıza verilən məlumatda bildirilir ki, 11 saylı RMTM- nin direktoru Nəsimi Nəsibov bütün bunları adı hal kimi qəbul edir. Görünür ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov da Nəsimi Nəsibova təsir etmək iqtidarında deyil. Qəribə orasıdır ki, sübut və dəlillərlə yayılmış video faktlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi də heç bir açıqlama vermir. Sanki bu meşələrin onlara heç bir aidiyyatı yoxmuş. Butün bunlar son nəticədə meşələrin keçəlləşməsinə səbəb olmaqla yanaşı, nazirin apardığı “Yaşıl Dünya” siyasətin əksinə olaraq “Yaşıl soyqırım”a vəsilə olur.
Qeyd edək ki, 24.12.2024 -cü il tarixdə ‘Yaşıl Dünya Naminə Həmrəylik ili’ çərçivəsində 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində ağacəkmə aksiyası təşkil edilmişdir. Sözügedən aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak edib, ağac əkib. Amma nazirdən fərqli olaraq 11 saylı RMTM- nin direktoru Nəsimi Nəsibov ucqar meşələrdə qiymətli ağac növlərinin kəsilib, satılmasına şərait yaradır.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin sonunda “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlara edilən dəyişiklikləri təsdiqləyib.
Sözügedən dəyişikliklər ölkə ərazisində mövcud yaşıllıqların mühafizəsi və onun məhvinə yönələn hərəkətlərin daha sərt şəkildə cəzalandırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb.Yeni dəyişikliklərin əvvəlkindən fərqi nədir?
– İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinin əvvəlki redaksiyasına görə, ağac kəsilməsində hesablanan ziyanlar 1000 manatı keçdiyindən materiallar hüquq-mühafizə orqanlarına göndərilirdi və əməl böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilirdi. Yeni dəyişiklikdə əməlin cinayət tərkibi yaratması üçün dəymiş ziyanın məbləği 5 000 manat müəyyən olunub və təqsirkar şəxslərin yüksək məbləğdə inzibati cərimə edilməsi mexanizminin tətbiqi mümkün olacaq.
Həmçinin qanunvericiliyin ədalətlilik prinsipi baxımından Cinayət Məcəlləsinin 259-cu maddəsinin sanksiyasında olan cərimə cəzaları dəyişikliyə əsasən manatla deyil, yaşıllıqların məhvinə görə təbiətə dəymiş ziyanın iki-dörd misli miqdarında müəyyənləşdirilərək tətbiq ediləcək. Buna uyğun olaraq yeni dəyişikliklərə görə 5 000-20 000 manatadək hesablanan məbləğ xeyli miqdar sayılır və xeyli miqdarda ağac kəsməyə görə cinayət əməlinin kateqoriyası ağırlaşdırılaraq az ağır cinayət hesab olunacaq. Hazırkı redaksiyada 20 000-50 000 manatadək külli miqdar, yeni təsbit edilən xüsusilə külli miqdar anlayışı isə 50 000 manatdan yuxarı məbləği əhatə edir.
Aktualinfo.org-un təqdim etdiyi bu foto və video faktlardan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi görəsən 11 saylı RMTM- nin direktoru Nəsimi Nəsibovu hansı şəkildə cəzalandıracaq.
Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib – Göz qabağındadı
Next: “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə işbirliyindən Adil Kərimlinin xəbəri varmı

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.